Məhkəmə qərarları › İş №2(045)-393/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-393/2025

14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-393/2025 14.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X4 cavabdehlər Cavabdeh1, X3 qarşı “zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 24225 manat pul vəsaitinin tutulub iddiaçılara İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, cavabdehlər Cavabdeh1 və X1 10.000 manat maddi və mənəvi zərərin əvəzinin İddiaçı1 ödənilməsi, iddiaçılar tərəfindən ödənilmiş 193 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. İddiaçılar İddiaçı2 və X5 lazimi qaydada məlumat verilməsinə baxmayraq məhkəmə iclasına gəlməmişdirlər, lakin məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. MPM-in: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra əriçəzi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********89 saylı qəbzdən görünür ki, İddiaçı1 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdehlər Cavabdeh1 və X3 qarşı “zərər” tələbi barədə iddia ərizəsi üzrə müki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar