Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-403/2023 15.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman оğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiаçı “Qaz İxrac İdarəsi”nin nümayəndəsi X1, Cavabdeh Əndər oğlunun iştirakları ilə, İddiаçı “Qaz İxrac İdarəsi”nin Cavabdeh Əndər oğluna qarşı “tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiа ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiаçı “Qaz İxrac İdarəsi” iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əndər oğlu tərəfindən yüksək təzyiqli 325 mm-lik “Goranboy QPS” qolu qaz kəmərinin mühafizə zonasında inşa edilmiş obyektin (şadlıq sarayının) sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Qaz İxrac İdarəsi”nin nümayəndəsi X2 bildirdi ki, “Qaz İxrac İdarəsi” hazırki tələblə Cavabdeh Əndər oğluna qarşı iddia ərizəsi ilə müraciət edən zaman tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Daha sonra “X4” Goranboy rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 iyul 2018-ci il tarixli, 77 nömrəli sərəncamın etibarsız hesab edilməsi ilə bağlı ərizə ilə Gəncə İnzibati Məhkəməyə müraciət etmişdir. Həmin işə baxılan müddətdə hazırki iş üzrə icraat dayandırılmışdır. Lakin, onların iddiası Gəncə İnzibati Məhkəməsi tərəfindən təmin edilməmiş və sözügedən qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Lakin, Gəncə İnzibati Məhkəməsində və yuxarı instansiyalarda işə baxılan zaman Cavabdeh Əndər oğlu tərəfindən tikinti işləri tamamlandığından artıq onlar tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin bildirdi ki, “Qaz İxrac İdarəsi” nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxsdir. Cavabdeh Əndər oğlu isə fərdi sahibkardır. Yəni, tərəflər arasında yaranan mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əndər oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və onun VÖEN-i vardır. İş materiallarında olan: “Qaz İxrac İdarəsi”nin nizamnaməsinin 2.1-ci bəndinə əsasən İdarə hüquqi şəxsdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh Əndər oğlu 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır (VÖEN **********). Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını aradıraraq hesab edir ki, hazırki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarınabaxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il 10 nömrəli Qərarının: 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; 33-cü maddəsinə əsasən fərdi sahibkarlar, yəni sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi orqanlarında uçota alınır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə hüquqi şəxslə (“Qaz İxrac İdarəsi”) fərdi sahibkar (VÖEN-i olan Cavabdeh Əndər oğlu) arasında yaranmışdır, həmçinin mübahisənin predmeti və xarakteri də sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, hazırki iş üzrə tərəflər arasında yaranan mübahisə kommersiya mübahisəsidir (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir). MPM-in: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiаçı “Qaz İxrac İdarəsi”nin Cavabdeh Əndər oğluna qarşı “tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və МPМ-in 31.1, 35.1, 44, 263-264-cümaddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА ALDİ: İddiаçı “Qaz İxrac İdarəsi”nin Cavabdeh Əndər oğluna qarşı “tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (оn) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-403/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-403/2023
15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver