Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-407/2025 17.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, İddiaçı X2 üçüncü şəxs olmaqla Cavabdehnə qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Aslanov X* Asəf Tofiq oğlu üçüncü şəxs olmaqla Cavabdehnə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat *2:45-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. İşin məhkəmə hazırlıq iclası *7.03.2025-ci il tarixə, saat **:45-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı X2 üçüncü şəxs olmaqla Cavabdehnə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında dövlət rüsumunun ödənilməsinə dair qəbz aşkar edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X2 üçüncü şəxs olmaqla Cavabdehnə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-407/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-407/2025
17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver