Məhkəmə qərarları › İş №2(045)-41/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-41/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-41/2025 28.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin törətdiyi cinayət əməli nəticəsində ona vurmuş olduğu ziyan” tələbinı dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu aldadaraq cinayət yolu ilə ələ keçirdiyi 24200 manat pul və ödənilmiş 162,60 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh müxtəlif vaxtlarda onun etibarından istifadə etməklə 24200 manat pulunu ələ keçirib dələduzluq etmiş buna görə də, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilmişdir. X3 Cinayətlər Məhkəməsində baxılarkən cavabdehə qarşı mülki iddia qaldırmamışdır. Ona görə də, iddianı indi qaldırıb ona vurulmuş 24200 manat məbləğində maddi ziyanı tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, 177.2.2-cüi maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə, əsasən fəyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Cavabdeh 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh 06 iyun 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) ay 22 (iyimi iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-300/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 1(100)-37/2024 nömrəli dəyişdirilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixdə törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibini yaradan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edlməmiş, hökm qalan hissədə dəyişdirilməmişdir; "xxxx" ASC-nin ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı hazırkı iddia tələbi üzrə 163 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 1(104)-300/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə qismən dəyişdirilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmiş, təkrar özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə xx.xx.2018-ci il tarixdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə sonuncunun icazəsi ilə daxil olaraq oradan “Samsung” markalı 1 ədəd televizor, “Çinar” markalı 1 ədəd soyuducu, 2 ədəd xalça, 1 dəst mətbəx mebeli və internet avadanlıqları olmaqla ümumi dəyəri 1100 manat olan əşyaları gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə İddiaçı özünü Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşı kimi təqdim edərək geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun pul verəcəyi halda oğlu X1 Gəncə şəhərində yerləşən istintaq təcridxanasına nəzarətçi vəzifəsinə təyin edilməsi üçün qeyd olunan Baş Polis İdarəsinin adı istintaqa məlum olmayan vəzifəli şəxs və şəxslərinə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədini yerinə yetirilməsi müqabilində etibardan suiistifadə etmə və aldatma yolu ilə xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Kapitalbank” filialının qarşısında 3000 (üç min) manat, daha sonra 2018-ci ilin noyabr ayında, günü istintaqa məlum olmayan tarixdə İddiaçı yaşadığı ünvan 2 ünvanında 23000 (iyirmi üç min) manat pulu, vahid niyyətlə cəmi 26000 (iyirmi altı min) manat məbləğində əmlakı ələ keçirərək zərərçəkmiş şəxsə qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, yəni tamah niyyəti ilə inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə İddiaçı şəxsi ehtiyacının olmasını və qısa müddət ərzində qaytaracağını yalandan vəd verərək, vədini yerinə yetirməyərək etibardan sui-istifadə etmə və aldatma.yolu ilə xx.xx.2018-ci il tarixdə İddiaçı yaşadığı ünvan 2 ünvanında zərərçəkmiş şəxsdən 1200 (min iki yüz) manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxsə qarşı ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Cavabdeh İddiaçı cinayət nəticəsində 24200 manat məbləğində zərər vurması və zərərin əvəzinin qaytarılmadığı müəyyən edilmişdir. Odur ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekunda məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 24200 (iyirmi dörd min iki yüz) manat məbləğində dəymiş zərər və ödənilmiş 162,60 (bir yüz atlmış manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 24200 (iyirmi dörd min iki yüz) manat məbləğində dəymiş zərər və ödənilmiş 162,60 (bir yüz atlmış manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar