Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-419/2023 02.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanması, iddia ərziəsi və sənədlərin əsillərinin onlara geri qaytarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. Beləliklə, iddiaçı iddia ərziəsinin və sənədlərinin əsillərinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 57.60 manat dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 259 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X2 tərəfindən ödənilmiş 57.60 (əlli yeddi manat altmış qəpik) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-419/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-419/2023
02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver