Məhkəmə qərarları › İş №2(045)-42/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-42/2024

30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-42/2024 30.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomaşına vurulan maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12365 (on iki min üç yüz altmış beş) manat vurulan maddi ziyanın, 127,10 (bir yüz iyirmi yeddi manat on qəpik) manatın yarısı - 63,55 (altmış üçn manat əlli beş qəpik) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ona məxsus “Mersedes” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşını Goranboy şəhəri H. Əliyev prospektində yerləşən “Bahar” şadlığ sarayının qarşısında qoyub həmin şadlıq sarayında olan toy məclisinə getmişdir. Təxminən saat 4 radələrində ona zəng gəldi ki, ona məxsus “Mersedes” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşın Goranboy şəhəri 58 kvartalda yerləşən Məscidin qarşısında yolun kənarında dayanmış vəziyyətdə olan “VAZ 2109” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına, “Azəriqaz” və “Azərişıq”a məxsus turbalara dəyərək maddi ziyan vurmuş və müəyyən olunmuşdur ki, həmin şəxs cavabdehdir və bu hadisə sərxoş vəziyyətdə olarkən maşını götürüb onun icazəsi olmadan aparmış və hadisə törədərək hadisə yerində qaçmışdır. Əlavə olaraq iddia ərizəsinə əlavə edilmiş “D” kooperativi sexinin müdürü tərəfindən verilmiş arayışda “Mersedes” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşının 30 (otuz) adda hissəsinə, ümumi dəyəri 12365 (on iki min üç yüz altmış beş) manat ziyan vurmuşdur. Cavabdehin valideyinləri vurulan ziyanı ödəməsinə söz versələr də bu günə kimi borcu ödəməmişlər. O, avtomaşını özü təmir etdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı özü könüllü olaraq açarı cavabdehə vermişdir. Bundan başqa cavabdeh dəfələrlə İddiaçı avtomobilini idarə etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gornaboy “D” avtomobillərə texniki xidmət və əsaslı təmir kooperativi tərəfindən verilmiş arayışdan görünür ki, “Mersedes-Benz” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 12365 manat məbləğində hesablanmışdır; xx.xx.2022-ci il tarixli, İN 01631 nömrəli alkotester rəyindən görünür ki, Cavabdeh həmin tarixdə saat 18:38-də sərxoş (1,305%) olmuşdur; Goranboy rayon İcra Hakimiyyətinin C-543 nömrəli, 05 dekabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş Qəyyumluq və himayıçilik komissiyasının iclas protokolundan görünür ki, Goranboy rayonu Səfikürd kənd sakini, xx xxx 2005-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 334.3-cü maddələri ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati protokol üzrə ona 80 (səksən) manat məbləğində inzibati cərimə növü tətbiq etmək haqqında qərar qəbul edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli 9/2825 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Tədqiq edilən 2000-ci il buraxılışlı “Mercedes-Benz E220 CDİ” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 12000,00 manat olmuş 2000-ci il buraxılışlı “Mercedes- Benz E220 CDİ” minik markalı, **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 9600,00 (12000,00- 20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Fotoşəkillərdən görünür ki, “Mersedes-Benz” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir; "xxxx" ASC-nin 26716 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 127,01 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Mersedes-Benz E200” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Goranboy şəhəri, 58-ci kvartalda yerləşən Məscidin qarşısında yolun kənarında dayanmış vəizyyətdə olan “VAZ 2109” markalı ** BG *** dövlət qediyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Rəsulov X2 rayon İcra Hakimiyyətinin C-543 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 334.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Məhkəmə ekspert rəyində göstərilmiş məbləği araşdıraraq ekspert rəyini mötəbər hesab edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 28 iyun 2024-cü il tarixli 9/2825 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən “Mercedes-Benz E220 CDİ” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 9600,00 (12000,00- 20%) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, göründüyü kimi, Cavabdeh təqsirli, hüquqazidd əməli ("Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törədilmiş yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulması tam sübuta yetirilir və bu səbəbdən “Mercedes-Benz E220 CDİ” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli 9/2825 nömrəli rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Mercedes-Benz E220 CDİ” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən həmin rəydə göstərilmiş 9600 manat məbləğ əsas götürülməli və bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin ödənilmiş 127,01 manat məbləğində dövlət rüsumunun yarısının, yəni 63,55 manatının tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməli, ödənilmiş dövlət rüsumunun yarısı 63,55 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavbdehdən iddiaçının xeyrinətutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 9600 (doqquz min altı yüz) manat məbləğində pul və ödənilmiş 63,55 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 11,20 manat hissəsi İddiaçı, 38,80 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 9600 (doqquz min altı yüz) manat məbləğində pul və ödənilmiş 63,55 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə xeyrinə ödənilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 11,20 manat hissəsi İddiaçı, 38,80 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar