Məhkəmə qərarları › İş №2(045)-425/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-425/2024

09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-425/2024 09.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış borc müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh ona olan 1107,00 manat borc məbləğinin geri qaytarılmasını və onun bir vətəndaş kimi pozulan hüquqlarını bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayon Şıxəli Qurbanov küçəsində yaşayan Cavabdeh rayonda yerləşən "Stroy Market" adlı xırdavat mağazasından xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ümumi dəyəri 1107,00 (bir min yüz yeddi) manat məbləğində evinin təmiri məqsədi ilə material götürmüşdür. Cavabdeh həmin vaxt ona yaxınlaşaraq çətin vəziyyətdə olduğunu, ona əl tutmağını, yaxın qohumları və ətrafındakı insanların yanında başı aşağı olmaması üçün həmin 1107,00 manat məbləğin onun tərəfindən ödənilməsini yaxud da zamin durmasını xahiş etmişdir. Cavabdeh da həmin məbləğin, övladının xeyir işindən sonra (mart ayının 15-ə kimi) ona qaytarmağa söz vermişdir. O da bu şəxsin halına acımış, ona inanmış, köməyə ehtiyyacı olmasını göz önünə qoyaraq Cavabdeh kömək etmək qərarına gəlmiş və xırdavat mağazasına xx.xx.2023-cü il tarixdə 1107,00 manat məbləğində ödəniş etmişdir. Lakin, sonradan Cavabdeh müxtəlif bəhanələr gətirərək, yalanlar danışaraq ona olan borcundan boyun qaçırmışdır. Bundan sonra Cavabdeh ilə görüşmüş və qarşılıqlı razılıq əsasında xırdavat mağazasına xx.xx.2023-cü il tarixdə 1107,00 manat məbləğində bu şəxsin yerinə ödəniş etdiyinə görə aralarında borc müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2.1 maddəsinə əsasən Cavabdeh borcu 01 avqust 2023-cü il tarixədək qaytarmalı idi. Ancaq yenədə bəhanələr gətirərək borcu sentyabr ayı ərzində qaytaracağını bildirdi. O, yenə də səbr göstərərək yəqin ki, borcu qayatarar deyib gözləmişdir. Ancaq bu günə kimi hələdə ona olan borcunu qaytarmamışdır. Dəfələrlə şifahi qaydada xahiş eləmiş, yalvarmış, Goranboy Poçt vasitəsilə məktub göndərmişdir ki, onun iki körpə övladı var, və həmin məbləğə çox ehtiyyacı var. “Mən sənin çətin vaxtında əlindən tutmuşam” sözlərin qarşısında yenədə borcu qaytarmaq yerinə ona müxtəlif yalanlar danışır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı (borcverən) Cavabdeh (borcalan) 1107 manat məbləğində borc vermiş, borcverən pulu 01 avqust 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; Hökümət ödəniş Portalının ********** nömrəli, 07 dekabr 2023-cü il tarixli və “ASAN ödəniş” sisteminin **********98 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 31,1 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş borc müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh borc müqaviləsinə əsasən iddiaçıya olan 1107 manat məbləğində borcunu borcverənə 01 avqust 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Belə ki, məhkəməyə cavabdeh tərəfindən iddiaçıya olan borcunun geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1107 (bir min yüz yeddi) manat məbləğində borc pul tutulmalıdır. Qeyd оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1107 (bir min yüz yeddi) manat məbləğində borc pul tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar