Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-434/2025 09.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh borc verdiyi 10000 (on min) manat məbləğində, 100 manat hüquqi xidmət haqqına ödədiyi və 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumuna ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Goran yolunun kənarında yerləşən "Abbas" mebel ticarət mağazasında xeyli müddət bir yerdə işləmişdir. Cavabdehlə onun arasında normal etibarlı münasibəti olmuşdur. Cavabdeh 2023-cü ilin avqust ayının əvvəllərində ona bildirdi ki, onun başqa bir şəxsə borcu yaranmışdır. Borclu olduğu şəxs ondan təcili olaraq pulunun qaytarılmasını tələb edir. Həmin borcu qaytarmaq üçün hazırda onun imkanı yoxdur. Ona görə ondan 10000 (on min) manat borcunu ödəmək üçün pul istədi. O da cavabdehə özündə olan və bir az da çatmayan hissəsini qohumundan pul götürüb 18 avqust 2023-cü il tarixdə Goranboy rayon notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-185 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş kredit müqaviləsi əsasında 10000 (on min) manat məbləğində pulu Cavabdeh borc vermişdir. Cavabdeh "Borc alan" krediti xx.xx.2025-ci il tarixinədək hər ay 500 (beş) manat məbləğdə pulu " Borc verənə" qaytarmağı öhdəsinə götürmüş və söz vermişdir. Lakin Cavabdeh öhdəliyi müqavilə üzrə icra etməmiş və ona olan borcu xx.xx.2023-cü il tarixdən hal-hazıradək 8500 (səkkiz min beş yüz) manatı və ümumilikdə 10000 (on min) manat borc pulu qaytarmamışdır. O cavabdehlə telefon vasitəsilə əlaqə saxlamaq istəmiş, onun telefon zənglərinə cavab verməmiş, telefonu açmamışdır. Göstərilən səbəbdən o ağır maddi vəziyyətə düşmüş, qohumunun qarşısında da borclu qalmışdır. Odur ki, o cavabdehdən məhkəmə qaydasında borc verdiyi 10000 (on min) manat pulu, hüquqi xidmət haqqına ödəmiş olduğu 100 manat pulu və dövlət rüsumuna ödədiyi 121 manat pulu tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli, 3M-185 reystr nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borcalana) 10000 manat məbləğində borc vermiş, borcalan krediti xx.xx.2025-ci il tarixədək hər ay 500 manat məbləği borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş ********* nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı vəkilin iddia ərizəsini tərib edilməsinə görə 100 manat məbləğində vəsait köçürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş ********* nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə bağlı 121 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş kredit müqaviləsinin Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh sadə yazılı əqd əsasında iddiaçıya olan 10000 manat məbləğində borcunu xx.xx.2025-ci il tarixədək hər ay 500 manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Belə ki, məhkəməyə cavabdeh tərəfindən iddiaçıya olan borcunun geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. Məhkəmə, iddia tələbinin hüquqi xidmət haqqına görə ödənmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, bu halı təsdiq edəcək, yəni İddiaçı iddia ərizəsinin tərtib edilməsinə görə vəkilin hesabına 100 manat vəsaitin ödənilməsini təsdiq edən qəbz təqdim olunduğu üçün iddia bu hissədə tam təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində borc pul, ödənilmiş 100 manat hüquqi yardıma görə xidmət haqqı və 121 (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat məbləğində dövlət rüsmunun əvəzi tutulsun. Qeyd оlununlаrа əsаsən, MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində borc pul, ödənilmiş 100 manat hüquqi yardıma görə xidmət haqqı və 121 (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat məbləğində dövlət rüsmunun əvəzi əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-434/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-434/2025
09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver