Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-458/2025 03.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 33000 manat pulun alınıb ona verilməsi tələbini irəli sürmüşdür. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Mirsadulla Mirqasımov 55. ev. 13. mənzil 1-də yaşayır. Özü fərdi əməklə məşğuldur. Qeuyd etmək istəyir ki, Cavabdeh onun restoranında usta işləyərkən onu tanımışdır. Həmin vaxtı da Cavabdeh ondan notarius vasitəsilə 17.000 manat borca pul alıb mebel sexi açıb iş görəcəyini və birlikdə pul qazanacağına söz vermişdir. Bunu xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi təsdiq edir. Həmin müqavilənin 1-ci bəndinə əsasən "Borc verən” qismində İddiaçı "Borc alan" qismində X1 17.000 manat məbləğində pulu borc verir. Kredit müqaviləsinin 2-ci bəndinə görə "Borc alan" (Cavabdeh) krediti xx.xx.2023-cü il tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Bundan başqa, ondan açacağı sexdə istifadə etmək üçün taxtakəsən dəzgahlar və digər avadanlıqlar və material almaq adı altında ondan 16.000 manat pul almışdır. Qeyd etmək istəyir ki, Cavabdeh nəzərdə tutduğu sexi açmış, sex təqribən 2-3 ay fəaliyyət göstərdikdən sonra Murad ondan xəbərsiz sexdəki avadanlıqları, materialları və dəzgahları sataraq Qazaxstana qaçmışdır. Bildirir ki, sexin fəaliyyət göstərdiyi 2-3 ay ərzində əldə edilmiş qazancdan ona heç nə çatmamışdır. Onda olan məlumata görə iş görmək adı altında apardığı pulları orada xərcləyib Azərbaycana qayıtmışdır. Murad Azərbaycana qayıtdıqdan sonra o hər dəfə onunla əlaqə saxladıqda ona ümumilikdə 33.000 manat pulu geri qaytaracağına söz versə də, bugünə qədər o, 33.000 manat puldan geri və ona heç nə qaytarmamışdır. Buna görə də Cavabdeh 33000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh iddiaçıdan notaral qaydada bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən 17.000 manat borca pul almışdır. Bundan başqa, açacağı sexdə istifadə etmək üçün taxtakəsən dəzgahlar və digər avadanlıqlar və material almaq adı altında iddiaçıdan 16.000 manat pul almışdır. Bunu cavabdeh özü də təsdiq edə bilər. Buna görə də Cavabdeh 33000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o iddiaçıdan xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 17.000 manat borca pul almışdır. Əlavə 16000 manat pulun alınması isə yalandır, onu qəbul etmir. İddiaçıdan əlavə pul almamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən görünür ki, "Borc alan" (Cavabdeh) 17.000 manat borc pulu İddiaçı alır və krediti xx.xx.2023-cü il tarixədək "Borc verənə", İddiaçı qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş ********** saylı xx.xx.2025 tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 220 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh 17.000 manat borc pulu İddiaçı almış və krediti xx.xx.2023-cü il tarixədək "Borc verənə", İddiaçı qaytarmağı öhdəsinə götürmüş, lakin qaytarmamışdır. Cavabdeh iddianı qismən qəbul edərək İddiaçı 17000 manat borcu olduğunu etiraf etmişdir. Lakin iddiaçı 17000 manat puldan əlavə Cavabdeh 16000 manat pul verdiyini iddia etsə də məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, bu fakt təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iddia ərizəsində tələb edilmədiyindən iddia tələbi üzrə ödənilmiş 220 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində qeyd etdiyi 17000 manat borcdan əlavə 1600 manat borc pulun verilməsinə dair hər hansı sübut təqdim etmədiyindən, cavabdeh iddianı qismən qəbul etdiyindən iddia tələbi 16000 manat pulun alınması hissəsində qismən təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 220 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-458/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-458/2025
03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver