Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-470/2023 31.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X19 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Goranboy rayon Notariat ofisi maraqlı şəxs kimi göstərilməklə) qarşı “miras əmlakın bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Cinli Boluslu (indiki Boluslu) kəndində yerləşən mərhum valideyinləri, anası X2 və atası X8 miras qalan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə arasında bərabər paylara bölünərək naturadan ayrılaraq ona verilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1959-cu ildə Goranboy rayonunun Cinliboluslıı (indiki Boluslu) kəndində anadan olmuş və hazırda da həmin kənddə yaşayır. X10 qızı 06 fevral 2019-cu ildə Goranboy rayonunun Boluslu kəndində, atası- X16 oğlu 05 mart 2014-cü ildə Goranboy rayonunun Boluslu kəndində vəfat etmişdir. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, atası - X11 və anası - X5 övladıdır. Valideynlərinin sağ olan vərəsələri qalmışdır, qızı- İddiaçı, qızı - Cavabdeh2 və qızı-Cavabdeh1. Valideynlərinin sağlıqlarında Goranboy rayonunun Cinli Boluslu (indiki Boluslu) kəndində şəxsi mülkiyyətlərində 0,74 ha kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün pay torpaq sahəsi olmuşdur. Bu barədə olan JN-234 KOD 50910018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiqlənmiş surətlərini məhkəməyə təqdim edir. Valideynləri vəfat etdikdən sonra o, miras qalan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməklə mirası qəbul etmiş lakin, buna baxmayaraq cavabdehlər bununla razı deyillər və mirasın qanun üzrə vərəsələr arasında bölünməsini istəyirlər. O, razıdır ki, valideynlərindən miras qalan pay torpaq sahəsi vərəsələr arasında qanuna uyğun olaraq bölünsün. Cavabdehlər isə bununla razılaşmırlar və mübahisə yaradırlar. O, Goranboy Rayon Dövlət Notariat Ofisinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, valideynlərindən miras qalan əmlaklar barədə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin lakin, notarius ərizəsini müsbət həll etməmiş və ona məhkəməyə müraicət etməyi məsləhət edilmişdir. Bu barədə olan Goranboy rayon Notariat Ofisinin 06 aprel 2022-ci il tarixli 86 saylı məktubunu məhkəməyə təqdim edir. İndi tələbi ondan ibarətdir ki, qeyd etdiyi miras torpaq sahəsi bölünsün, pay torpaq sahəsinin 1/3 hissəsi, yaxud 0,24 ha hissəsi onun, 1/3 hissəsi, yaxud 0,24 ha hissəsi isə cavabdehlərin hər birinin mülkiyyət hüquqları tanınsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, Goranboy rayonu Boluslu kəndində mərhum valideyinlərindən ona və digər cavabdehlərə miras qalmış torpaq sahəsi onun payına düşən hissəsi bölünsün. Miras əmlakın cavabdehlərlə məhkəmədən kənar bölünməsi mümkün olmamışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Goranboy rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci və 185.6-cı maddələrinə əsasən işə cavabdehin və maraqlı şəxsin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 234, Kod 50910018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli 07 saylı qərarına əsasən 2,61 hektar torpaq sahəsi Goranboy rayonu, Boluslu kənd sakinləri X11, X5, X6, X3, X1, X7, X4 mülkiyyətinə verilmişdir; Qasım İsmayılov rayon VVAQ tərəfindən verilmiş V-ЖГ seriyalı 273967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1959-cu ildə Qasım İsmayılov rayonunun Cinli-Boluslu kəndində doğulmuş, atası X16, anası X9r; Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 667405 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 05 mart 2014cü il tarixdə “kardiogenşok, miokardın kəskin infarktı” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 989510 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2019-cu ildə “srebral ateroskleroz” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 270845 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2016-cı ildə “ağciyər ürək çatmamazlığı, ağciyər vərəmi” səbəbindən ölmüşdür; Goranboy rayon vətəndaşlıq aktlarının dövlət qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 081849 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 02 iyun 2001-ci ildə “ağ ciyər, ürək çatışmamazlığı” səbəbindən ölmüşdür; Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 86 nömrəli məktubundan görünür ki, İddiaçı mərhumlardan qalan miras əmlakən qəbulu faktının təsdiqi (mirasın qəbulu üçün prosessual müddətin bərpası) və mirasın bölüşdürməsi ilə əlaəqdar mübahisələrin qanunamüvafiq qaydada həll edilməsi üçün aidiyyəti üzə məhkəmə müraciət etməyi tövsiyə edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 274572 nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1962-ci ildə Goranboy rayonunun, Boluslu kəndində doğulmuş, atası X16, anası X9r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1968-ci ildə Goranboy rayonunun, Boluslu kəndində doğulmuş,atası X16, anası X9r; Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayonunun Cinli Boluslu (indiki Boluslu) kəndində yerləşən mərhum valideyinləri, anası X2 və atası X8 miras qalan 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər ilə arasında bərabər paylara bölünərək naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin olaraq həmin daşınmaz əmlakın miras kütləsinə daxil olması və iddiaçının qanuni üzrə vərəsə olması ağlabatan ehtimal olsa da, lakin iddiaçı tərəfdən sözügedən daşınmaz əmlaka dair qeydiyyata alınmış hüquqlarını əks etdirən sənədin əsli, ya da lazımi qaydada təsdiq edilmiş surəti və ya bu halı birbaşa təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçının mülkiyyət hüququ olmayan mübahisəli 0,74 ha torpaq sahəsinin paylara bölünməsi və iddiaçıya naturada payın ayrılıb verilməsi mümkünsüzdür. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Goranboy rayon Notariat ofisi maraqlı şəxs kimi göstərilməklə) qarşı “miras əmlakının bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-470/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-470/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver