Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-495/2024 05.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçilər Ərizəçi* və Ərizəçi2 (Maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxsə məxsus olması və doğum faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi* və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anaları X* Allahverdiyeva və adının Tərgül olması faktının doğum şəhadətnaməsində təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçilər doğum haqqında şəhadətnamələrində analarının soyad və adının düzgün yazılmadığını qeyd etmişlər. Yəni, analarının adı X3 olduğu halda doğum haqqında şəhadətnamələrdə müvafiq olaraq X6 və X4 göstərilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, doğum haqqında şəhadətnamə hüquqmüəyyənedici sənəd deyil, vətəndaşlıq vəziyyəti aktıdır. Lakin, qanunverici vətəndaşlıq vəziyyəti aktlarının deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Halbuki, ərizə “sənədin şəxsə məxsus olması və doğum faktının müəyyən edilməsi” şəklində adlandırılsa da ərizəçilər məhkəmədən mərhum anaları X* Allahverdiyeva və adının Tərgül olması faktının doğum şəhadətnaməsində təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göründüyü kimi ərizəçilər sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamə deyil, nəticə etibarilə səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər ki, bu da qanunaziddir. Belə ki, hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır və hazırkı xahişə də xüsusi icraat qaydasında baxıla bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı müəyyən edilərkən qətnamənin nəticə hissəsində sənədin məxsus olduğu şəxsin adının, atasının adının, soyadının göstərilməsinə əsaslanan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir. Göründüyü kimi ərizəçilər özlərinin deyil, doğum haqqında şəhadətnamələrində analarının soyad və adının düzgün yazılmadığını qeyd etmişlər. Ərizəçilərin doğum haqqında şəhadətnamələrində analarının soyad və adının düzgün yazılmaması vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərdir və bu səhvlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Lakin, ərizəçilər həmin sənədləri verən orqana hazırkı ərizədə göstərilənlərə uyğun müraciət etməmişlər. Belə ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs məktubundan görünür ki, orqana yalnız Ərizəçi* müraciət etmiş və ona fərqli məzmunlu cavab göndərilmişdir. Odur ki, ərizəçilər tələblərinə uyğun olaraq müvafiq qeydiyyat şöbəsinə, tələbləri təmin edilmədiyi halda həmin inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 nömrəli Qərarının: 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir; 6.*-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər; 6.3-cü bəndində qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. MPM-in: **4.*.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; *53.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi* və Ərizəçi2 (Maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxsə məxsus olması və doğum faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçilər Ərizəçi* və Ərizəçi2 qaytarılsın. Ərizəçi2 tərəfindən ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizəçilər Ərizəçi* və Ərizəçi2 tələblərinə uyğun olaraq müvafiq qeydiyyat şöbəsinə, tələbləri təmin edilmədiyi halda həmin inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-495/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-495/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver