Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1025/2024 29.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçilər Ərizəçi və X4 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi və X16 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 19 yanvar 1983-cü il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kənd sovetliyi tərəfindən verilmiş İİ-СЛ seriyalı 321905 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin Ərizəçi, Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-JQ seriyalı 270501 nömrəli “Doğum haqqında şəhadətnamənin” ərizəçi X7 məxsus olması, Ərizəçi əri, ərizəçi X11in atası, 04 may 2024-cü il tarixdə ölmüş X3 20 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olması, atasının X17, anasının X20 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, xx xxxxxxx 1961ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuşdur. O, 19 yanvar 1983-cü il tarixdə, 20 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuş X12 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. 19 yanvar 1983-cü il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kənd sovetliyi tərəfindən verilmiş İİ-СЛ seriyalı 321905 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədə ərinin adı səhv olaraq “Malik” əvəzinə “Məlik” kimi, onun adı səhv olaraq “Emiş” əvəzinə “Yemiş” kimi qeyd edilmişdir. Onların birgə nikahıarından 28 yanvar 1990-cı il tarixdə X16 adında uşaqları olmuşdur. Bu barədə Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV- JQ seriyalı 270501 nömrəli “Doğum haqqında şəhadətnamədə” isə oğlunun atasının adı da səhv olaraq “Malik” əvəzinə “Məlik” kimi qeyd edilmişdir. X2 20 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmaqla, onun atasının X17, anasının adı isə X20 olmuşdur. Qeyd edilən faktlar ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş olsa da, onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Ona görə də qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi X7 məhkəmə iclasının vaxtı və yeri barəədə qabaqcadan məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X1 məhkəmə iclasında göstərdi ki, özü 1960-cı ildə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmaqla ərizəçilərin qonşusi olmaqla onları yaxından tanımışdır. Ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuşdur. O, 19 yanvar 1983-cü il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kənd sovetliyində qeyd etdirməklə X12 ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından 28 yanvar 1990-cı il tarixdə X16 adında uşaqları olmuşdur. X12 20 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuşdur. Onun atası X17, anası X20 olmuşdur. Məhkəmə iclasında dindirilən şahidlərdən X18 və X8 da şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçnin izahatlarını şahidlərin ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, Ərizəçi xx xxxxxxx 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuşdur, Xanlar şəhəri Aydın Hacıyev küçəsi ev 56-da yaşayır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, X19 28 yanvar 1990-cı il tarixdə Xanlar şəhərində anadan olmuşdur, Xanlar şəhəri Aydın Hacıyev küçəsi ev 56-da yaşayır. Mülki işə əlavə edilmiş 19 yanvar 1983-cü il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kənd sovetliyi tərəfindən verilmiş İİ-СЛ seriyalı 321905 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən məlum olur ki, 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuş X13 ilə xx xxxxxxx 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuş X5 19 yanvar 1983-cü il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kənd sovetliyində qeyd 7 nömrəli akt qeydi ilə rəsmiləşmişdir. Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-JQ seriyalı 270501 nömrəli “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, ərizəçi X19 28 yanvar 1990-cı il tarixdə Xanlar şəhərində anadan olmuşdur. Onun atası kimi X13, anası kimi isə X6 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs 06 iyul 2024-cü il tarixli xx/xx/05828-24 nömrəli arayışından məlum olur ki, 1961-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu Zod kəndində anadan olmuş X3 ailə üzvüləri xx xxxxxxx 1961-ci il təvəllüdlü Ərizəçi, 06 mart 1985-ci il təvəllüdlü X14, 25 mart 1987-ci il təvəllüdlü Əsgərova yeganə Malik qızı və 28 yanvar 1990-cı il təvəllüdlü X9r. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X12 04 may 2024-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçilər məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən oldu ki, Ərizəçi X12 ilə 19 yanvar 1983cü il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kənd sovetliyində qeyd 7 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə evlənmişlər. Bu barədə olan 19 yanvar 1983-cü il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kənd sovetliyi tərəfindən verilmiş İİ-СЛ seriyalı 321905 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədə ərin adı səhv olaraq “Malik” əvəzinə “Məlik” kimi, ərizəçinin adı səhv olaraq “Emiş” əvəzinə “Yemiş” kimi qeyd edilmişdir. Onların birgə nikahdan olan uşaqları 28 yanvar 1990-cı il təvəllüdlü X7 Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-JQ seriyalı 270501 nömrəli “Doğum haqqında şəhadətnamədə” isə atasının adı da səhv olaraq “Malik” əvəzinə “Məlik” kimi qeyd edilmişdir. X12 isə 20 oktyabr 1961-ci il tarixdə Ermənistan SSR Vardanes rayonu Zod kəndində anadan olmuş, onun atasının adı X17, anasının adı X20 olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin.
1. 19 yanvar 1983-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu (Ermənistan SSR Vardanes rayonu) Zod kənd sovetliyi tərəfindən verilmiş İİ-СЛ seriyalı 321905 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin.
2. 31 yanvar 1990-cı il tarixdə Xanlar rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-JQ seriyalı 270501 nömrəli “Doğum haqqında şəhadətnamənin” ərizəçi X7 məxsus olması faktı müəyyən edilsin.
3. X3 20 oktyabr 1961-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu (Ermənistan SSR Vardanes rayonu) Zod kəndində anadan olması, onun atasının X17, anasının X20 olması faktının müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov