Məhkəmə qərarları › İş №2(045)-503/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-503/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-503/2024 03.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən fərdi ev onun istifadəsindədir və evə istifadədə olan işığa görə quraşdırılmış işıq sayğacına tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 640 (altı yüz qırx) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən fərdi ev onun istifadəsindədir və evə dair bütün kommunal, yəni elektrik, su, qaz təchizatları ilə təmin olunmuşdur. Qanunvericiliklə nəzərdə tutulan qaydarla lazımı təşkilatlarala onun arasında müqavilə bağlanmış, abunə kodları, həmçinin həmin evə dair elektrik sayğacına görə **********00998 saylı abonent kodu onun adına qeydə alınmışdır. Bugünədək "xxxx" ASC ilə heç bir mübahisə yaranmamış, ödənişlər də vaxtlı-vaxtında tərəfindən ödənilmişdir. 10 yanvar 2024-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayonu üzrə nümayəndələri tərəfindən ona məxsus yuxarıda qeyd olunan evə aid sayğaca baxış keçirilmiş və akt tərtib edilmişdir. Yoxlama zamanı tərtib olunmuş aktda qeyd olunmuşdur ki, evə dair sayğaca kənar xətt daxil olunur və küçə işıqlandırılması üçün sayğacdan kənar elektrik enerjisi istifadə edilir. Bildirmək istəyir ki, baxış keçirilən və akt tərtib olunan zaman bu barədə heç bir məlumatı olmamışdır. Həmçinin həmin akt əsasında da ona 640 manat cərimə hesablanmışdır. Belə ki, sonradan əldə etdiyi məlumata əsasən (aktı oxuduqdan sonra) ona məlum olmuşdur ki, akt tərtib olunarkən aktda onun tərəfindən küçənin işıqlanıdırlmasının təmin olunması qeyd olunmuşdur. Halbuki, küçənin işıqlandırması üçün onun sayğacından kənar əlavə xətt olaraq qoşulmamış və bu barədə tərtib olunmuş akt etibarsızdır. Onların necə bu qənaətə gəldiyi isə məlum deyil. Hesab edir ki, yoxlama nəticəsində qəbul edilən akt ləğv edilməli, ona hesablanmış əsassız cərimə silinməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, 10 yanvar 2024-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayonu üzrə nümayəndələri tərəfindən ona məxsus evə aid sayğaca baxış keçirilmiş və akt tərtib edilmişdir. Yoxlama zamanı tərtib olunmuş aktda qeyd olunmuşdur ki, guya o, sayğacdan kənar xəttdən istifadə etdiyi aşkar edilmişdir. Halbuki o, sayğacdan kənar xəttdən istifadə etməmiş, eləcə kənar xətdən təhlükəsizlik kamerası qurlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, 10 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin Goranboy EŞ-nin əməkdaşları tərəfindən ünvan 1ində elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi məlum olmuşdur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Goranboy EŞ-nin “Poroqram bazasında qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında akt tərtib edilmişdir. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi aktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Odur ki, qeyd edilənələri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, "xxxx" ASC-də nəzarətçi vəzifəsində işləyir, 10 yanvar 2024-cü il tarixdə digər əməkdaşlarla birlikdə Goranboy rayonu Xanqərvənd kəndində xidmətdə olarkən kənd sakini İddiaçı yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmiş və həmin vaxt barəsində akt tərtib edilmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş 323356 nömrəli, 10 yanvar 2024-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı (abonent kodu **********00998) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir; “CD” diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması videoçəkiliş aparılmaqla qeydə alınmışdır; "xxxx" ASC tərəfindən verilmiş 24 yanvar 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, istehlakçı İddiaçı (abonenti kodu **********00998) tərəfindən Goranboy rayon Xanqərvənd kəndində sayğacdan kənar çəkilmiş xəttin ləğv edilməsi qərara alınaraq oba 651,59 manat məbləğində borc hesablanmışdır; Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən X1ydalarına riayət edilməyərək yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evinin sayğacından kənar xətt vasitəsi ilə birbaşa olaraq X2 etmişdir. Nəticədə cavabdeh "xxxx" ASC tərəfindən yol verilmiş qanun pozuntusu aşkar edilərək müvafiq akt tərtib edilmiş, həmin akt əsasında abonentə (iddiaçıya) 651,59 manat məbləğində borc (cərimə) hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – NK) xx.xx.2005-ci il tarixli, 18 saylı “X1ydaları”nın təsdiq edilməsi haqqında” Qərarının: 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli aktından və xx.xx.2022-ci il tarixli icra vərəqindən göründüyü kimi "xxxx" ASC NK-nin sözügedən qərarına uyğun olaraq istehlakçı (İddiaçı)) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduğu üçün istehlakçı tərəfindən elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərini sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatını nəzərə almaqla yenidən hesablamış və dəyəri hesablayarkən on iki aylıq müddət həddini aşmayaraq son altı ay müddətini qeyd etmiş, həmçinin enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının (iddiaçının) iştirakı ilə akt tərtib etmiş, akta vurulmuş zərərin NK-nin Qərarının 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə etmiş, yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla qeydə alınmış, akt enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən imzalansa da, istehlakçı (iddiaçı) aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərini yenidən hesablayarkən hər hansı sui-istifadə hallarına və qanun pozuntusuna yol verməmişdir, ona görə iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “itirilmiş enerji sərfiyyatı üçün hesablanmış ziyanın silinməsi” tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar