Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-517/2025 14.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh*, DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsi, * saylı Gəncə Regional Cavabdeh3, Goranboy Rayon Notariat Ofisi və Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (X**, X*2, X9 və X*0 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) “vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların etibarsız hesab edilməsi, mirasdan pay ayrılması, vərəsəlik hüququnun müdafiəsi barədə” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vərəsəlik hüququnun tanınması, onun vərəsəlik hüququnun müdafiəsi üçün mərhum valideynləri: atası - X2 və anası - X* qalan Goranboy rayonunun Məşədiqaralar kəndində yerləşən *40.60 kv. m. ölçüdə fərdi yaşayış evinin */6 hissəsi ölçüdə, 0,27 ha həyətyanı torpaq sahəsinin */6 hissəsi ölçüdə, 0.6* ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin */6 hissəsi ölçüdə mənə çatası mirasdan vərəsəlik payını qəbul etmiş hesab edilməyi, Cavabdeh* adına 3* mart 20*8-ci ildə saat *2:00-da Azərbaycan Respublikasının Goranboy rayonunun dövlət notariat kontorunda təsdiq edilən və Reyestrdə 2V-*03 № ilə qeydə alınan Vəsiyyətnamənin, Reyestrdə 2V-786 № ilə qeyd edilən, vərəsəlik işinin nömrəsi V- *44/2023 olan, * saylı Gəncə regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X7 X3, Reyestrdə 2V-787 Ne ilə qeyd edilən, vərəsəlik işinin nömrəsi V- *44/2023 olan, * saylı Ganes regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X7 X3, Reyestrdə 2V-788 Ne ila qeyd edilən, vərəsəlik işinin nömrəsi V- 496/2023 olan, * saylı Gəncə regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X*8 X3, Reyestrdə 2V-789 № ilə qeyd edilən, vərəsəlik işinin nömrəsi V- 496/2023 olan, * saylı Gəncə regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X*8 X3, Goranboy rayonu Məşədiqaralar kəndində 0,27 ha torpaq sahəsində yerləşən Fərdi yaşayış evinə İlkin qeydiyyat olaraq payının ümumi birgə kimi X4 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi: *8230*2596, Qeydiyyat tarixi xx.xx.2023 cü il, Dövlət Reyestrində 29 nömrəli kitabın 48 nömrəli vərəqində qeydiyyata alınan Daşınmaz əmlakın reyestr Nömrəsi 5090*309*402-*030* olan AR ƏMDXDDƏDK va Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış barədə məlumatların, Goranboy rayonu. Məşədiqəralar kəndində 0.27 ha torpaq sahəsində yerləşən *40.60 kv.m. ölçüdə Fərdi yaşayış evinin payı ümumi birgə kimi X4 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi: *8230*2596, Qeydiyyat tarixi xx.xx.2023 cü il, Daşınmaz əmlakın reyestr nömrəsi 5090*309*402-*030* olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatına haqqında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindan Çıxarışın etibarsız hesab edilməsi, Goranboy rayonu, Məşədiqaralar kəndində 0.27 ha torpaq səhəsində yerləşən *40.60 kv.m. ölçüdə Fərdi yaşayış evinin payı tam kimi Cavabdeh* adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi: *823022**2, Qeydiyyat tarixi - xx.xx.2023 cü il, Daşınmaz əmlakın reyestr №-si 5090*309*402-*030* olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatına haqqında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş qayda, forma və məzmununa riayət edilməmişdir. Yəni, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş, eyni zamanda xüsusi icraat qaydasıbda baxılmalı olan tələb iddia icraatı qaydasında verilmiş, bundan başqa bir-birini təkrarlayan tələblər irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.* və 307.2.9-cu maddələrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yeri haqda işlərə xüsusi icraat qaydasında baxır; *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; *52.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; *52.*.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 29898 saylı qəbzdən görünür ki, İddiaçı nümayəndəsi X8 tərəfindən *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in *49, *52, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh*, DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsi, * saylı Gəncə Regional Cavabdeh3, Goranboy Rayon Notariat Ofisi və Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi oğluna qarşı “vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların etibarsız hesab edilməsi, mirasdan pay ayrılması, vərəsəlik hüququnun müdafiəsi barədə” iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının nümayəndəsi X5 geri qaytarılsın. İddiaçı və nümayəndəsi X5 izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-517/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-517/2025
14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver