Məhkəmə qərarları › İş №2(045)-548/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-548/2024

12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-548/2024 12.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi X2, Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) pulun alınıb Ədliyyə Nazirliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş *(045)-045/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib 0* il 07 ay *8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına xx.xx.2022-ci il tarixində daxil olduqdan sonra Hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq 3*.05.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh ayağına sonuncu elektron qolbağ *6.09.2022-ci il tarixdə bağlanmış, mobil qurğu və adapteri ona təhvil verilmişdir. Cavabdeh probasiya nəzarətində olduğu müddətdə ona tətbiq olunmuş elektron nəzarət vasitəsi olan mobil qurğuda heç bir zədə və ya müdaxilə aşkar olunmamışdır. Cavabdeh cəzasını *8.0*.2024cü il tarixdə çəkib qurtarmışdır. Bundan sonra Cavabdeh tətbiq olunmuş elektron nəzarət vasitələri deaktiv olunmuş və ondan təhvil alınmışdır. Elektron nəzarət vasitələri Cavabdeh təhvil alınarkən, tərəfimizdən baxış zamanı heç bir müdaxilə və ya zədə aşkar olunmamış, təhvil alınan günədək izləmə məlumatlarını tam və düzgün ötürmüşdür. Lakin, elektron nəzarət vasitələri Ədliyyə Nazirliyi Elektron Monitorinq İdarəsinə təhvil verildikdən sonra Goranboy RİPŞ-ə Texniki rəy göndərilərək mobil qurğunun zərbə nəticəsində ana platasında elektron elementin qopduğu müşahidə edilmiş, həmçinin mobil qurğunun təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu göstərilmişdir. Odur ki, cavbadeh (məhkum olunmuş şəxs) Cavabdeh elektron nəzarət təstinin dəyəri 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) pul alınaraq Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi icra məmuru X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh (məhkum) Məmmədov X* Rayon Məhkəməsi tərəfindən verilmiş *(045)-045/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib 0* il 07 ay *8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh probasiya nəzarətində olduğu müddətdə mobil qurğuda heç bir zədə və ya müdaxilə aşkar olunmamış və Cavabdeh cəzasını çəkib qurtardıqdan sonra tətbiq olunmuş elektron nəzarət vasitələri deaktiv olunmuş və ondan təhvil alınmışdır. Mobil qurğu təhvil alınarkən heç bir müdaxilə və ya zədə aşkar olunmamış, lakin Ədliyyə Nazirliyi Elektron Monitorinq İdarəsi tərəfindən aparılmış yoxlama nəticəsində mobil qurğunun zərbə nəticəsində ana platasında elektron elementin qopduğu müşahidə edilmiş, həmçinin mobil qurğunun təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu göstərilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, mobil qurğu onun tərəfindən işlək vəziyyətdə təhvil alınmış. Məhkum cəzasını çəkdiyi müddətdə də qurğuda hər hansı siqnal ötürmə problemi yaranmamışdır. Mobil qurğunun üzərində hər hansı cızıq və ya zədə izləri aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib 0* il 07 ay *8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçı probatoru Rəşad Həsənov tərəfindən elektron nəzarət vasitəsi onun ayağına bağlanmış və mobil qurğu ona təhvil verilmişdir. O, probasiya nəzarətində olduğu müddətdə mobil qurğuda heç bir zədə və ya müdaxilə aşkar olunmamış və cəzanı cəkib qutardıqdan sonra mobil qurğu tam işlək vəziyyətdə probator tərəfindən təhvil alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, elektron qolbağ yanvar ayında işlək vəziyyətdə iddiaçıya təhvil vermişdir. Elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşməsində onun heç bir təqsiri yoxdur. Cəzanı çəkdiyi müddətdə mobil qurğunun enerji yiğmasında heç bir problem olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində göstərdi ki, sözügedən mobil qurğu 2022-ci ildə ona təqdim edilmiş və aparılmış yoxlama nəticəsində məlum olmuşdur ki, qurğunun içərisində olan enerji yığma blokunda nasazlıq vardır. Həmin nasazlıq mobil qurğunun siqnal ötürməyə heç bir təsiri yoxdur. Hazırda mobil qurğu işlək vəziyyətdədir, lakin nasazlıq aradan qaldırılmamış və mobil qurğunun enerji ilə təmin edilib-ediliməməsini görmək mümkün deyildir. Bu da öz növbəsində qurğunu yararsız vəziyyətə gəlib çıxara bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin *(045)-045/2022 saylı, xx.xx.2022-ci il taarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib 0* il 07 ay *8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və s. vəzifələr qoyulmuşdur; İddiaçı tərəfindən verilmiş *8 yanvar 2024-cü il tarixli aktdan görünür ki, “Attenti” markalı (mobil qurğu-35654480, qolbağ-*6988) elektron nəzarət dəsti təhvil alınmış, təhvil alınmış elektron nəzarət vasitələrində heç bir müdaxilə və ya zədə aşkar olunmamışdır; 23.0*.2024-cü il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış zamanı müəyyən olunmuşdur ki, zərbə nəticəsində ana platada elektron element qopmuşdur. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin **(045)-045/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib 0* il 07 ay *8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına xx.xx.2022-ci il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq 3*.05.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ bağlanmış və mobil qurğuda ona təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkdiyi müddətdə mobil qurğunun nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun zərbə nəticəsində ana platasında elektron elementin qopduğu aşkar edilmiş, təmiri mümkün olmaması və istifadəyə tam yararsız olması aşkar edilmişdir. İddiaçı hazırda dəymiş ziyanı cavabdehdən tələb etsə də, elektron nəzarət qurğusunun zədələnməsində cavabdehin təqsirli olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsinin izahatından da görünür ki, elektron nəzarət qurğusunun cavabdehə təhkim olunduğu dövr ərzində həmin qurğu normal işləmiş, nasazlıqla bağlı hər hansı məlumat daxil olmamışdır. Hazırda iddiaçı mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, onun dəyəri kimi 2277,40 manat məbləğin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: *5-2.*-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir; *5-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir; *5-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvericilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsitələrinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmiş və elektron nəzarət vasitəsi cavabdehə təhvil verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müqaciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin yararsız hala salınmasına görə 2277.40 manat maddi ziyan tələb etsə də, məhkəmə həmin tələbi əsassız hesab edir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla (tərəflərin izahatı və mülki iş materialları) Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsi *8.0*.2024-cü il tarixdə İddiaçınə heç bir müdaxilə və ya zədə aşkar olunmadan təhvil verilmişdir (əsas *8.0*.2024-cü il tarixli akt). İddiaçı isə ümumiyyətlə həmin zədənin nədən ibarət olması, eləcə də cavabdehin hansı təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində zədənin baş verməsi barədə hər hansı dəlilə istinad etməmiş, sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun normasının tələbinə görə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu qanun normasında söhbət tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki məhkəmə icraatında tərəfləri sübut etmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh hərəkətlərində zərərin ödənilməsi üçün tələb olunan hallar, yəni zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması sübut olunmur. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qurğunun zədələnməsi cavabdehin iradəsindən kənar baş verdiyindən, təqsirli hərəkət nəticəsində törədilmədiyindən, məhkəmə tərəfindən maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusunun yaranması müəyyən olunmadı. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar