Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-551/2023 21.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ (iddia ərizəsinin geri qaytarılması haqqında) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, İddiaçı X* cavabdehlər Cavabdeh*, Cavabdeh2 xüsusi notariusu X5, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin və torpaq sahəsinin plan ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayonu, Nizami kəndində yerləşən, vaxtilə mərhum atası X4 adına qeyd edilən *2*,3 m2 sahəli (49,2 m2 yaşayış, 72,* m2 yardımçı sahə) mülkə dair Cavabdeh* adına verilmiş 30.**.202*-ci il tarixli 2V-453 reyestrli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və mərhum atası X4 adına verilmiş 28.*0.202*-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nü etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı kimi “X3” göstərilmiş və iddia ərizəsi həmin şəxs tərəfindən imzalanmışdır. Lakin, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəxsin adı və soyadı fərqlidir, yəni “İddiaçı”dur. Həmçinin, cavabdehlərdən Cavabdeh* qeydiyyat ünvanı iddia ərizəsində düzgün göstərilməmişdir. Bu isə öz növbəsində sənədlərin cavabdehə rəsmi qaydada verilməsini mümkünsüz edir. Bundan başqa cavabdehlərin (Cavabdeh2 xüsusi notariusu X6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin) adı iddia ərizəsində düzgün göstərilməmişdir. Həmçinin, iddia ərizəsində MPM-in *49.2.3-cü maddəsinin tələblərinə riayət olunmayaraq cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmişdir. MPM-in: *49.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və MPM-in *52, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X* cavabdehlər Cavabdeh*, Cavabdeh2 xüsusi notariusu X5, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin və torpaq sahəsinin plan ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2 izah olunsun ki, iddia ərizəsinin qaytarılması, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-551/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-551/2023
21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver