Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-556/2023 28.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “təsisçi hüququnun həyata keçirilməsi, maneənin aradan qaldırılması, işə bərpa və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Goranboy rayon "xxxx" MMC və Cavabdeh2 tərəfindən onun təsisçi - sürücü hüququnun həyata keçirilməsinə, Goranboy-Naftalan-Tapqaraqoyunlu marşurutunda öz avtobusu ilə sürücü kimi işləməyinə yaradılmış maneənin aradan qaldırılmasına, həmin mürşurutda işə bərpa edilməyinə, cavabdehin qanunsuz hərəkətlərinə son və qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər, yəni 28 fevral 2023-cü il tarixdə İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. MPM-in *52.*.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “təsisçi hüququnun həyata keçirilməsi, maneənin aradan qaldırılması, işə bərpa və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-556/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-556/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver