Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-556/2024 05.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X1, həmçinin İddiaçı1 vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsi üçüncü şəxs kimi göstərilməklə, X9 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mülki hüquqlarının (daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı gözlənilən mülkiyyət və vərəslik hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X7 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 205 F saylı 50923028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmiş ünvan 1ində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə (onlar iddiaçıların, cavabdehin və digərlərin ümumi birgə mülkiyyətçi olduqları) dair, eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair (02 iyul 1998- ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X10 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə Cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia ərizəsində tələbini onunla əsaslandırmışdırlar ki, onlar, yəni iddiaçılar bir ailənin üzvləridir. Birinci iddiaçı ana, ikinci iddiaçı isə birincinin oğludur. Cavabdeh Füzuli oğlu ilə də ailə bağlılığı vardır. Birinci iddiaçının oğlu, ikinci iddiaçının isə qardaşıdır. Goranboy Rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 27 saylı Qərarı ilə ünvan 1ində ailə üzvləri olan subyektlərə 0,15 hektar fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququ JN 205 F saylı 50923028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmiş, o cümlədən ümumi birgə mülkiyyətçilər aşağıda göstərilən şəxslər hesab edilmişdir: X12, İddiaçı1, X9, İddiaçı2, Cavabdeh. Qeyd edir ki, X12, birinci iddiaçının həyat yoldaşı, digər iddiaçının və cavabdehin atası, o cümlədən X9, birinci iddiaçının qızı, digər iddiaçı və cavabdehin isə bacısıdır. X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. JN 205 F saylı 50923028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və Qeydiyyat Vəsiqəsi mövcuddur. Qeyd edilən texniki pasportda, o cümlədən Goranboy rayonlararası dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş X2 rayonu Rəhimli kəndində yerləşən dörd yaşayış otağından ibarət fərdi yaşayış evinin X10 adına mülkiyyət hüququ üzrə qeydə alınması göstərilmişdir. Hazırda onlar iddiaçılar JN 205 F saylı 50923028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmiş həyətyanı torpaq sahəsinə dair, eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair (fərdi yaşayış evi birinci iddiaçı M. Məmmədova ilə birgə nikah müddətində əldə edilmişdir, odur ki, ½ hissəsi mərhum X8 qalmış miras əmlakdır) mülkiyyət hüququnun təsdiq edilməsinə dair Dövlət reyestrindən çıxarış əldə etmək istəyirlər. Bununla bağlı hüquqi maraqları ondan ibarətdir ki, mərhum X8 miras qalmış əmlaka münasibətdə qanun üzrə vərəsəlik işi açılsın. Lakin, buna, yəni üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh Füzuli oğlu maneəçilik törədir. Eyni zamanda, bu maneələrə son qoyulması ilə bağlı tələbləri cavabdeh rədd edir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Təqdim olunan hüquqmüəyyənedici sənədlərə əsasən Ərazi İdarəsinin mütəxəssisi tərəfindən sözügedən əmlaka müayinə baxış keçirilməsi mülkiyyətçilərdən birinin etirazı səbəbindən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Füzuli oğluna, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsinə və X6 məhkəmə iclaslasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X9 ifadəsində göstərdi ki, iddiaçının biri anası, digəri isə qardaşıdır, eyni zamanda cavabdeh tərəfdə onun doğma qardaşıdır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və atasının vəfatından sonra ailədə mülk mübahisəsi yaranmışdır. Cavabdeh yəni, qardaşı Cavabdeh tərəfindən qanun üzrə vərəsəlik işinin açılmasına, mütəxəssislər tərəfindən ölçü işləri aparılmasına maneçilik törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 205 F saylı 50923028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 27 saylı qərarına əsasən 0,15 hektar torpaq sahəsi ünvan 2 sakinləri X10, İddiaçı1, X3, İddiaçı2 və Cavabdeh mülkiyyətinə verilmişdir; Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 145025 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci ildə “ağciyər-ürək çatmamazlığı COVİD-19” səbəbindən ölmüşdür; Dаşınmаz Əmlаkın Dövlət Kadastrı və Rеyеstri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilmiş 3-21-3-46/2-5419 nömrəli, 19 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmış və ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən əmlaka müayinə baxış keçirilməsi mülkiyyətçilərdən birinin etirazı səəbindən mümkün olmamışdır. Məhkəmə iddiaçıların izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, iddiaçılar onların və digər ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini DƏDRX-nin 7 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirmək istəsələr də, iş üzrə Cavabdeh buna maneçilik törətmiş, ölçmə işlərini aparan əməkdaşların işinə qəsdən maneələr törətmiş, iddiaçılar İddiaçı1 və X7 öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - mülki Məcəllə): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların mülkiyyət hüququ məhdudlaşdırılmamalı, onun mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüquqlarına təminat verilməlidir. Ona görə də, iddiaçılar İddiaçı1 və X1 mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 27 nömrəli qərarı ilə JN-205 F, KOD 50923028 nömrəli şəhadətnamə əsasında ünvan 1ində verilmiş 0,15 hektar torpaq səhəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldlrılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 27 nömrəli qərarı ilə JN-205 F, KOD 50923028 nömrəli şəhadətnamə əsasında ünvan 1ində verilmiş 0,15 hektar torpaq səhəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirilməsinə, müayinə və inventarlaşdırma işlərinin maneəsiz həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-556/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-556/2024
05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver