Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-556/2025 15.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı X4 publik hüquqi şəxsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı X4 publik hüquqi şəxsinin Cavabdeh qarşı əşyaların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 publik hüquqi şəxsi Cavabdeh qarşı əşyaların qaytarılması tələbini irəli sürərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı (güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16-F) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 publik hüquqi ərizəsini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İstixana biznesi” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük-4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı ( güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16- F) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “İstixana biznesi” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 19 oktyabr tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “İstixana biznesi” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı (güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO- 20A-16-F) aşkar edilməmişdir. Cavabdeh aktivləri satdığını bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-Ə-54885/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdehtərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı ( güc: 60Kw, gərginlik: 220- 240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16-F) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı X4 publik hüquqi şəxsinin nümayəndəsi X3 iddia rələbini müdafiə edərək izahatında bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İstixana biznesi” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük-4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı ( güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16-F) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “İstixana biznesi” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 19 oktyabr tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “İstixana biznesi” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı (güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO- 20A-16-F) aşkar edilməmişdir. Cavabdeh aktivləri satdığını bildirmişdir. Müqavilə müddəti bitsə də Nazirlər Kabinetinin qərarına uyğun olaraq əşyalar aktla tərəfin mülkiyyətinə verilir. Lakin cavabdeh əşyalar onun mülkiyyətinə verilmədən əşyaları satmışdır. Buna görə də cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı (güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16-F) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, ona verilmiş əşyaları müqavilə müddəti bitəndən sonra satmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqavilədən görünür ki, Agentlik tərəfindən Cavabdeh “İstixana biznesi” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük-4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı ( güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16-F) natura şəklində verilmişdir. İş materiallarında olan əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqavilə və xx.xx.2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “İstixana biznesi” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. İş materiallarında olan 2024-ci il 19 oktyabr tarixli yekun monitorinq aktından görünür ki, Cavabdeh verilmiş “İstixana biznesi” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı (güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO- 20A-16-F) aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası’ nın 8 3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nm 9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzim ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Məhkəmə göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı (güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16-F) natura şəklində Agentliyə qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən 100 manat dövlət rüsumu alınıb dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2021-ci il tarixli 2022/ÖM/00495 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd istixana 8mx24m (192 kv) (metal konstruksiiya-sinklənmiş profildən və borudan, qoşulma aksesuarları ilə (qaynaqsız), yanlardan hündürlük - 3m, ortadan hündürlük - 4.5 m, yan profillər 2.5 mm qalınlığında, təsərrüfat boruları 2.0 mm qalınlığında, plastik örtük), 1 ədəd isitilik avadanlığı (güc: 60Kw, gərginlik: 220-240, istilik çıxışı: 238840 BTU/H, güc: 340Vt, hava axını: 1300 m3/saat, çənin həcmi:48 İt, BGE BGO-20A-16-F) natura şəklində X4 publik hüquqi şəxsinə qaytarılsın. Cavabdeh qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 100 manat məbləğində dövlət rüsumu alınıb dövlət mədaxilinə köçürülsün. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-556/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-556/2025
15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver