Məhkəmə qərarları › İş №2(045)-567/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-567/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-567/2023 19.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 "xxxx" ASC-nin xeyrinə 1287,92 manat borcun, ödənilmiş 32,88 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Goranboy” filailı (bundan sonra Bank adlandırılacaq) ilə X6 (bundan sonra cavabdeh adlandırılacaq) arasında bağlanmış BPM**********99 nömrəli xx.xx.2022-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair Müqaviləyə (bundan sonra Müqavilə adlandırılacaq) əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Filialın müştərisi olan X1 müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) xx.xx.2022-ci il tarixdə sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 1850,20 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində kartın balansına 562,28 manat vəsait mədaxil etməsinə baxmayaraq, kartdan 1850.20 manat məbləğində vəsait məxaric etmiş və bu zaman cavabdehin kart hesabında 1287.92 manat məbləğində mənfi qalıq formalaşdırılmışdır. Bankın “Gəncə" filialı tərəfindən təqdim edilmiş 01 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X4 banka 1287,92 manat borcu qalmışdır. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh X6 məhkəməyə gəlməmiş və məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin Goranboy filialı (ABB) ilə X6 (Müştəri) arasında xx.xx.2022-ci il tarixli, BPM**********99 saylı kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləsindən görünür ki, ABB X5 4 il müddətinə bir ədəd plastik kart vermişdir; "xxxx" ASC tərəfindən verilmiş əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, X6 1287,92 manat məbləğində borcu vardır; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, "xxxx" ASC 32,88 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı məhkəməyə ödəmişdir; Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli, BPM**********99 kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləsindən görünür ki, bank borcalana 4 il müddətinə 1 ədəd plastik kart vermişdir Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində kartın balansına 562,28 manat vəsait mədaxil etməsinə baxmayaraq, kartdan 1850,20 manat məbləğində vəsait məxaric etmiş və bu zaman cavabdehin kart hesabında 1287,92 manat məbləğində mənfi qalıq formalaşdırılmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, cavabdeh öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh X6 oğlundan iddiaçı "xxxx" ASCnin xeyrinə 1287,92 manat borc pul, ödənilmiş 32,88 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ: İddia təmin edilsin. Cavabdeh X6 oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 1287,92 manat borc pul, ödənilmiş 32,88 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar