Məhkəmə qərarları › İş №2(045)-575/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-575/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-575/2023 18.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Goranboy rayon şöbəsinin əməkdaşları tərəfindən hesablanmış 3986,69 (üş min doqquz yüz səksən altı manat altmış doqquz qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehlə aralarında razılıq əldə edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bu barədə olan barışıq sazişinin məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərişıq” ASC-nin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilən barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişinin məzmunundan görünür ki, “borcun silinməsi tələbinə dair” iddiası üzrə iddiaçı Goranboy rayonu, Qurbanzadə kəndində yaşayan İddiaçı ilə cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 razılığa gəlmişlər. Barışıq sazişinə əsasən tərəflər aşağıdakı öhdəlikləri üzərlərinə götürmüşlər:

1. İddiaçı iddia tələbini dəyişərək cavabdeh Azərişıq” ASC tərəfindən hesablanmış borcun silinməsini tələb etmir;

2. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixli, Akt R № 047159 saylı akta əsasən hesablanmış 3960 (üç min doqquz yüz altmış) manat məbləğində borcun azaldılaraq 350 ( üç yüz əlli) manat məbləğində müəyyən edilməsinə razılıq verərək həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür;

3. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 elektrik enerjisindən istifadəyə görə Enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı hesablanmış 3960 (üç min doqquz yüz altmış) manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcəyini öhdəsinə götürür; Məhkəmə, iş materiallarını, o cümlədən tərəflərin barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə ünvanlanmış ərizələrini araşdırıb, eyni zamanda barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, həmin barışıq sazişi qanuna və tərəflərin mənafeyinə uyğun olmaqla onlar arasında mübahisəni sülh yolu ilə həll edilməsini tənzimləyir, şərtləri hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməli, tərəflərə MPM-in 262.4-cü maddəsinin məzmunu izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında olan məhkəmə çəkişməsinin barışıq yolu ilə həll edilməsi proseduru beynəlxalq hüquqi aktlarda da nəzərdə tutulmuşdur. Belə ki, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 39-cu maddəsinə əsasən və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Nizamnaməsinin 62-ci maddəsinə müvafiq olaraq məhkəmə, məhkəmə prosesinin istənilən mərhələsində Konvensiya və ona dair protokollarda müəyyən edilən insan hüquqlarına hörmət əsasında məsələnin dostcasına həllini təmin etmək məqsədilə maraqlı tərəflərə (nəzərdə tutulan prosedurun məxfi olması şərtilə) öz xidmətlərini təqdim edə bilər. Əgər məhkəmənin tərəflərə təqdim etdiyi dostcasına həll etmə mümkündürsə məhkəmə faktların və əldə olunmuş razılığın qısaca əks olunduğu qərarla işə xitam verərək, onu baxılacaq işlərin siyahısından çıxarır. MPM-in: 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və MPM-in 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə "xxxx" ASC-nin nümayəndəsi X2 arasında 18 aprel 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı iddia tələbini dəyişərək cavabdeh Azərişıq” ASC tərəfindən hesablanmış borcun silinməsini tələb etməməlidir;

2. İddiaçı tələbində cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixli, Akt R № 047159 saylı akta əsasən hesablanmış 3960 (üç min doqquz yüz altmış) manat məbləğində borcun azaldılaraq 350 ( üç yüz əlli) manat məbləğində müəyyən edilməsinə razılıq verərək həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürməlidir;

3. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 elektrik enerjisindən istifadəyə görə Enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı hesablanmış 3960 (üç min doqquz yüz altmış) manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcəyini öhdəsinə götürməlidir; Tərəflərə MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verilməsinin, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar