Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-587/2024 08.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Goranboy şəhəri, Vüqar Bayramov 6 mərtəbəli bina, 10 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və ona dövlət tərəfindən verilən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Ağaiar qızı ilə 25 mart 1994-cü ildə el adəti ilə ailə həyatı qurmuşdur. 16 noyabr 1994-cü il tarixində Goranboy rayon Səfikürd kənd İƏDU nümayəndəliyində nikahı təsdiqlətdirmişdir. Ailə münasibətləri pozulduğu üçün 31 oktyabr 2023-cü il tarixində nikahı pozulmuşdur. xx.xx.2008-ci il tarixli, 26 saylı Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Goranboy rayonunda inşa edilmiş ünvan 1ov 6 mərtəbəli bina 10 saylı mənzil ünvanında yerləşən yaşayış binasında 2 otaqdan ibarət 84,4 kv mənzil onun mülkiyyətinə verilmişdir. Qeyd edilən mənzildə heç kim pasport qeydiyyatında deyil. Bugün o, faktiki olaraq cavabdehlə ailə olaraq yaşamır. O, hal-hazırda dövlətin ona Qarabağ Müharibəsi qazisi kimi verdiyi evdə yaşaya bilmir. Məcburən qardaşına məxsus Goranboy rayon Səfikürd kəndində yerləşən fərdi evdə sığınmışdır. Onun özünün evi olmasına baxmayaraq o, öz evində yaşaya bilmir. Məhkəmənin diqqətinə çatdırır ki, ona məxsus olan mənzildə Cavabdeh başqa ünvanda pasport qeydiyyatındadır. Onun qeyd edilən mənzildə yaşaması-qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, onun qeyd edilən mənzilə daxil olmasına cavabdeh tərəfindən maneə törədilir. Cavabdeh onu qeyd edilən və ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən mənzil üzərində hüquqlarını həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqlarını məhdudlaşır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Vətəndaş Goranboy rayon Səfikürd kəndində qeydiyyatda olduğu üçün və ona məxsus mənzilə hər hansı bir hüququ olmadığından qeyd edilən mənzildən çıxarılmalıdır. Şəxs öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq başqa yerdə yaşaması, lakin onun mənzilində onun yaşamaması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh onun keçmiş arvadıdır. Sözügedən mübahisəli mənzil ona Qarabağ müharibəsi qazisi olduğu üçün dövlət tərəfindən verilmişdir. Onunla cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. Hazırda o, özünə məxsus mənzildən sərbəst istifadə edə bilmir. Belə ki, Cavabdeh Goranboy rayonu Səfikürd kəndində pasport qeydiyyatında olmasına baxmayaraq, ona məxsus mənzildə yaşayır. 2021-ci il tarixdə cavabdeh onun mülkiyyətində olan mənzilin qapısını qıraraq, içəri daxil olmuş və orada məskunlaşmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin mənzilə 2008-ci ildən növbəyə dayansa da, mənzil ona 2014-cü ildə təhvil verilmiş, mənzil ona verilərkən ailə üzvlərinin sayı nəzərə alınmışdır. Sözügedən mübahisəli mənzil onun xüsusi mülkiyyətində olduğu üçün o, qarşı tərəfə kompensassiya ödəmək istəmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izhatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə arasında olan nikah 2014-cü il tarixdə pozulmuşdur. İddiaçı özünün yaşadığı Goranboy rayonu, Səfikürd kəndində yerləşən mənzilinə köçürülməyini istəmədiyi üçün o, sözügedən mübahisəli mənzilə köçürülmüş və iddiaçı bu barədə razılıq ərizəsi vermişdir. Hazırda uşağı ilə birlikdə orada yaşayır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlildir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 466227 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Goranboy Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur; Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş Ə seriyalı 010411 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlildir; Goranboy rayon Məhkəməsinin 2(045)-126/2014 nömrəli, 20 fevral 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh, azyaşlı uşağı 30 dekabr 2005-ci il təvəllüdlü X3 ilə birlikdə Goranboy rayonunun Səfikürd kəndində X2 adına olan 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan 2 yaşayış otağından ibarət evdən içəri daxil olarkən sağ tərəfdə yerləşən otağına köçürülməsi qət edilmişdir; Dövlət Sosial Təminat Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Qarabağ müharibəsi əlilliyinə görə imtiyazı olan İddiaçı 5 (beş) nəfər ailə üzvü ilə birlikdə xx.xx.2008-ci il tarixdə 26 nömrəli sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Goranboy rayonunda inşa edilmiş 2 otaqlı, 84,4 m2 sahəsi olan, İ blok, İV mərtəbə, 10 nömrəli mənzilə növbəyə dayanmışdır; İddiaçı Goranboy rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, Goranboy rayon Məhkəməsinin 2(045)-126/2014 nömrəli, 20 fevral 2014-cü il tarixli icra sənədinə əsasən Cavabdeh azyaşlı qızı X3 ilə birlikdə Goranboy rayonunun Səfikürd kəndində X2 adına olan mənzilə köçürülmüşdür. Bildirir ki, 28 avqust 2014-cü il tarixdə dövlət tərəfindən verilmiş Goranboy şəhərində müharibə əlilləri üçün tikilmiş 10 nömrəli mənzilin verilmişdir. Tələbkarların məhkəmə qərarında göstərilmiş evin əvəzinə ona verilmiş evə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-462/2014 nömrəli, 18 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 1994-cü il tarixdə Goranboy rayon Safikürd kənd İƏDÜ nümayədəliyində bağlanmış nikahın pozulması, 30 sentyabr 2015-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması, 30 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 mart 2014-cü il tarixdən başlayaraq, hər ay 70 manat sabit pul məbləğində aliment İddiaçı tutulub, Cavabdeh verilməsi qət edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-4/925 nömrəli, 16 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, mülki işin 36-cı vərəqəsində olan İddiaçı adından olan xx.xx.2014-cü il tarixli ərizədəki əlyazma mətni – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspert tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 16 noyabr 1994-cü il tarixdə ailə həyatı qurmuşlar. İddiaçı birgə nikah dövründə 2008-ci ildə dövlət sifarişinə əsasən inşa edilmiş məzillərə ailə tərkibinin sayı nəzərə alınmaqla imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanmış və iddiaçıya ünvan 1ov küçəsində yerləşən 6 mərtəbəli binanın 10 saylı mənzili verilmişdir. Bundan sonra Goranboy Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən tərəflərin aralarında olan rəsmi nikah pozulmuş və Goranboy Rayon Məhkəməsinin digər qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X3 ilə birlikdə Goranboy rayonunun Səfikürd kəndində yerləşən evə köçürülməsi qət edilsə də, iddiaçının yazılı razılığına əsasən cavabdeh azyaşlı uşağı ilə birlikdə ünvan 1ov 6 mərtəbəli binanın 10 saylı ünvanında yerləşən mənzilə köçürülmüşdür. Hazırda iddiaçı bildirir ki, cavabdehlə nikahları pozulduğu üçün onun mübahisəli mənzildən çıxarılmasını istəyir, lakin cavabdeh könüllü olaraq ona məxsus mənzildən çıxmır və sonuncunun qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Məhkəmə işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, ünvan 1ov 6 mərtəbəli bina 10 saylı mənzil İddiaçı Musatafa oğluna ayrılarkən ailə üzvləri, yəni iddiaçının keçmiş arvadı və uşaqları da nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin sözügedən mübahisəli mənzil üzərində ümumi birgə mülkiyyət hüququ vardır. Odur ki, iddiaçının keçmiş ailə üzvü olmuş Cavabdeh qeyd olunan mənzildə yaşaması üçün hüquqi əsasları olduğundan onun həmin mənzildə yaşaması iddiaçının mənzil hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il qərarının 4.8-ci bəndində qeyd olunur ki, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Azərbaycan Respublikasının Konstitusiyasının: 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçıya cavabdehə bazar qiymətinə uyğun olaraq kompensasiya verməsi təklif edilsə də, sonuncu yaşayış sahəsinin mülkiyyətçisi olduğunu əsas gətirərək bununla razılaşmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinəəsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-587/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-587/2024
08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver