Məhkəmə qərarları › İş №2(045)-599/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-599/2025

21.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-599/2025 21.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X5 İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsi, 1 saylı Gəncə Regional Cavabdeh3, Goranboy Rayon Notariat Ofisi və Cavabdeh5 Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (X11, X13, X9 və X10 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) “vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların etibarsız hesab edilməsi, mirasdan pay ayrılması, vərəsəlik hüququnun müdafiəsi barədə” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vərəsəlik hüququnun tanınması, onun vərəsəlik hüququnun müdafiəsi üçün mərhum valideynləri: atası - X2 və anası - X1 qalan Goranboy rayonunun Məşədiqaralar kəndində yerləşən 140.60 kv. m. ölçüdə fərdi yaşayış evinin 1/6 hissəsi ölçüdə, 0,27 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi ölçüdə, 0.61 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsi ölçüdə mənə çatası mirasdan vərəsəlik payını qəbul etmiş hesab edilməyi, Cavabdeh1 adına 31 mart 2018-ci ildə saat 12:00-da Azərbaycan Respublikasının Goranboy rayonunun dövlət notariat kontorunda təsdiq edilən və Reyestrdə 2V-103 № ilə qeydə alınan Vəsiyyətnamənin, Reyestrdə 2V-786 № ilə qeyd edilən, vərəsəlik işinin nömrəsi V- 144/2023 olan, 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X8 X3, Reyestrdə 2V-787 Ne ilə qeyd edilən, vərəsəlik işinin nömrəsi V- 144/2023 olan, 1 saylı Ganes regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X8 X3, Reyestrdə 2V-788 Ne ila qeyd edilən, vərəsəlik işinin nömrəsi V- 496/2023 olan, 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X19 X3, Reyestrdə 2V-789 № ilə qeyd edilən, vərəsəlik işinin nömrəsi V- 496/2023 olan, 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində təsdiq edilən 27 iyul 2023-cü il tarixli X19 X3, Goranboy rayonu Məşədiqaralar kəndində 0,27 ha torpaq sahəsində yerləşən Fərdi yaşayış evinə İlkin qeydiyyat olaraq payının ümumi birgə kimi X4 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi xx.xx.2023 cü il, Dövlət Reyestrində 29 nömrəli kitabın 48 nömrəli vərəqində qeydiyyata alınan Daşınmaz əmlakın reyestr Nömrəsi **********02- 10301 olan AR ƏMDXDDƏDK va Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış barədə məlumatların, Goranboy rayonu. Məşədiqəralar kəndində 0.27 ha torpaq sahəsində yerləşən 140.60 kv.m. ölçüdə Fərdi yaşayış evinin payı ümumi birgə kimi X4 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi xx.xx.2023 cü il, Daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dovlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatına haqqında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindan Çıxarışın etibarsız hesab edilməsi, Goranboy rayonu, Məşədiqaralar kəndində 0.27 ha torpaq səhəsində yerləşən 140.60 kv.m. ölçüdə Fərdi yaşayış evinin payı tam kimi Cavabdeh1 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi - xx.xx.2023 cü il, Daşınmaz əmlakın reyestr №-si **********02-10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatına haqqında ƏMDKnin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizəçi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri ddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş, eyni zamanda xüsusi icraat qaydasıbda baxılmalı olan tələb iddia icraatı qaydasında verilmiş, bundan başqa bir-birini təkrarlayan tələblər irəli sürülmüşdür. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarına olan Goranboy Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(045)- 517/2025 saylı qərardadından görünür ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının nümayəndəsi X6 geri qaytarılması qərara alınmışdır. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsi, 1 saylı Gəncə Regional Cavabdeh3, Goranboy Rayon Notariat Ofisi və Cavabdeh5 Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (X11, X13, X9 və X10 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) “vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların etibarsız hesab edilməsi, mirasdan pay ayrılması, vərəsəlik hüququnun müdafiəsi barədə” iddia ərizəsi geri qaytarılsın. Goranboy Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(045)-517/2025 saylı qərardadına əsasən ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması nəzərə alınsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar