Məhkəmə qərarları › İş №2(045)-605/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-605/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-605/2024 21.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 121,50 (yüz iyirmi iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin aprel ayından başlayaraq müxtəlif bəhanələrlə ayrı-ayrı vaxtlarda mütəmadi olaraq onu aldadaraq fəqli pul məbləğləri şəklində ondan ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində borc pul almışdır. Dəfələrlə pulu qaytarmağı cavabdehdən tələb etsə də, Cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh borcunun olduğunu etiraf edərək ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində borcunun olduğunu bildirmiş və bu barədə aralarında sənəd tərtib edilərək cavabdeh tərəfindən imzalanmışdır. Lakin, buna baxmayaraq yenə də borcunu qaytarmamışdır. Bunun nəticəsində isə o, xx.xx.2023-cü il tarixdə AR Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə zəng edərək şikayət etmişdir. Şikayətinin araşdırılması zamanı cavabdeh Polis şöbəsində izahat yazaraq ona olan borcunu etiraf edərək tez bir zamanda qaytaracağını bildirmişdir. Lakin, yenə də borcunun qaytarılması istiqamətində heç bir addım atmamışdır. Araşdırma nəticəsində Polis şöbəsi işin mülki xarakter daşıdığından məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh 10.500 (on min beş yüz) manat məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edir ki, onun həqiqətən də iddiaçıya 10500 manat məbləğində borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı 10400 manat borca pul götürmüş və həmin pulu qaytaracağını öz öhdəsinə götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş 7171 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iş üzrə 122 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə yazılı müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh iddiaçıya olan 10500 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmiş, nəticədə iddiaçıya 10500 manat borcu qalmış, buna görə iddiaçının cavabdehdən verdiyi pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır və iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10500 (on min beş yüz) manat məbləğində pul və ödənilmiş 121,50 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10500 (on min beş yüz) manat məbləğində pul və ödənilmiş 121,50 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar