Məhkəmə qərarları › İş №2(045)-642/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-642/2023

26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-642/2023 26.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və daha sonra dəqiqləşmə ərizəsi ilə Cavabdeh 2000 (iki min) manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Dəliməmmədli şəhəri Yuxarı Sarov sakini plastik ayna qapi ustası X2 yanvar Plastik ayna 2022-ci il tarixdə qapıya gələrək xahiş etdi ki, “mənə əl tut mal götürmüşəm 2000 manat pul ver sənədə hörmət edəcəm işləyib iki ay müddətinə sənin 2000 manatını (iki min manat) pulunu qaytaracam” Həyat yoldaşı X3 Plastik kartını ona verərək pulu qaytarana kimi kartdan istifadə etməsini demiş, lakin o baxmışdır ki, plastik kartın müddəti 2022-ci ilin fevral ayında vaxtı bitmişdir. O, cavabdehə vaxtı keçmiş kartı ona nəyə görə verirsən demiş, sonuncu isə “narahat olma yoldaşı məktəbdə müəllimə işləyir və kartı götürüb dəyişdərəm” sözlərini demişdir. Bundan sonra 2022-ci ilin fevral ayında cavabdeh plastik kartı ondan götürərək getmişdir. O, cavabdehə dəfələrlə zəng etmişdir ki, plastik kartı niyə gətirmədiyini dedikdə, cavabdeh “kart Goranboy rayon maarif şöbəsindədi işim çoxdu deyə götürə bilmirəm” demişdir. 2022-ci ilin aprel ayında cavabdeh plastik kartı ona vermiş və bundan sonra iş yerini dəyişməyə izi itirməyə başlamışdır. Onun əlacı kəsildikdə plastik kartda pulun olmamasının sababini örgǝnmək üçün Sarov orta məktəbinə getmişdir ki, səbəbini öyrənsin. Məktəbdən ona dedilər ki, X1 qış mövsümündə peçlari siniflərdə qalayan vəzifəsində işləyir. 2022-ci il in noyabr ayında cavabdeh qapıya gəlmiş, qış açılışı il əlaqədar olaraq həmin kartı Goranboy rayon təhsil şöbəsində qeydiyyatdan keçirmək lazımdır ki, ora pul köçsün, lakin sonra məlum olmuşdur ki plastik kart saxtadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh uzun müddətdir tanıyır. Cavabdeh Təhsil şöbəsində yeməkxanada işləyir və məhkəmədən xəbərdardır. Cavabdeh ondan 2000 manat məbləğində pulu borca almış və həmin borcun qaytarılmasına dair qəbz almışdır. Hazırda qəbzdə göstərilən vaxt başa çatmış, lakin sonuncu göstərilən şərtlərə məhəl qoymur. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, İddiaçı 2021-ci ilin fevral ayında 2000 (iki min) manat borca pul almış və borcunu 2022-ci ilin mart ayında iddiaçıya qaytaracağını öz öhdəsinə götürmüşdür. Məhkəmə, iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş sözügedən müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində borc pul tutulmalıdır. Qeyd оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T Е T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində borc pul tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar