Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-651/2025 07.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X2 üçüncü şəxs kimi göstərilməklə) cavabdeh Goranboy Rayon Su X1 İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixdə əMAS-da dəyişiklik olunan zaman baş vermiş texniki səhvin düzəldilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkonunla xx.xx.2024-cü il tarixdə meşə gözətçisi vəzifəsi üçün olan əmək müqavilənin xx.xx.2024-cü il tarixi üçün müvafiq qaydada xitam oluna bilməsi üçün və başlanma tarixi xx.xx.2024-cü il, bitmə tarixi isə xx.xx.2025-ci il olmaq əvəzinə texniki xəta səbəbi ilə başlanma tarixi “xx.xx.2025”-ci il, bitmə tarixi isə xx.xx.2025-ci il tarixli müqavilənin əMAS alt sistemində müvafiq olaraq dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı bəndinə əsasən fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi elektron sistemdə əmək müqaviləsinə dəyişiklik zamanı yol verilmiş texniki səhvin aradan qaldırılması ilə bağlıdır ki, bu hal da fərdi əmək mübahisəsinin təsir dairəsinə düşmür. Məhkəmə hesab edir ki iddiaçının tələbi məhkəmə qaydasında baxılmalı tələb olmadığına görə iddiaçı sözügedən ziddiyyətin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara və MPM-in 153, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial X3 Rayon Şöbəsi üçüncü şəxs kimi göstərilməklə) cavabdeh Goranboy Rayon Su X1 İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixdə əMAS-da dəyişiklik olunan zaman baş vermiş texniki səhvin düzəldilməsi” barədə iddia ərizəsi qəbul edilməkdən imtina edilsin və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-651/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-651/2025
07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver