Məhkəmə qərarları › İş №2(045)-685/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-685/2025

29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-685/2025 29.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2850 (iki min səkkiz yüz əlli) manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir kənddə yaşayır, hərmdə qohumluq əlaqələri vardır, yaxşı münasibəti olmuşdur. Eşitmişdir ki, Ceyhun ona vərəsəlik miras qalmış 1.70 ha pay torpaq sahəsini satmaq istəyir. Ona görə də ondan xahiş etdi ki, həmin torpaq sahəsini ona satsın. Cavabdehlə razılaşmış, hətta ona torpaq sahəsini sənədləşdirmək üçün etibarnamədə vermişdir. O, ayrı-ayrı vaxtlarda həmin torpaq sahəsi üçün cavabdehə cəmi 6000 (altı min) manat pul vermişdir. Cavabdeh sonda onu aldadaraq həmin torpaq sahəsini kənd sakini Rais adlı başqa birisinə satmışdır. Bu zaman o cavabdehdən ona verdiyi pulunu tələb etmişdir. Lakin, cavabdeh ona pulunu qaytaracağına söz versə də, yenə də onu aldatmış və pulunu vermək istəməmişdir. Ona görə də o, cavabdehin hərəkətlərindən Goranboy rayon Polis şöbəsinə şikayət etmiş və cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlamdır. Ərizəsinə əlavə etdiyi Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(045)-28/2024 saylı hökmü ilə cavabdeh barəsində 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müdddətə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Ərizəsinə əlavə etdiyi hökmün surətindən görünür ki, cavabdeh onu aldadaraq aldığı pulun 3500 (üç min beş yüz) manatını qaytarmş, qalan 2850 (iki min səkkiz yüz əlli) manatını isə istər məhkəmə zalında, istərsə də sonra söz versə də könüllü qaytarmaq istəmir. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu vermək istəmir. Ona görə də məhkəməyə müraciət etməli olur. İndi istəyir ki, cavabdeh 2850 manat pulunu məhkəmə qaydasında ona qaytarsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edir və onun həqiqətən də 2850 manat məbləğində iddiaçıya borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir və bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 1(045)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 49 manat məbləğində dövlət rüsumu ödəmişdir; “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçılığına görə 80 manat pensiya alır. Məhkəmə, tərəflərin izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Goranboy Rayon Məhkəməsinin 1(045)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə dələduzluq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2022-ci ildə istintaqa dəqiq məlum olmayan ayda və gündə vərəsəlik üzrə bibisindən ona, nənəsindən isə əmisi X1 miras qalmış Goranboy rayonu Veyisli kəndi ərazisində yerləşən 1,62 ha torpaq sahəsini satmaq imkanına malik olması barədə yalan vəd verib İddiaçı torpaq sahəsinin sonuncunun adına sənədləşdirilməsi üçün vacib olan sənədləri verməklə etibarını qazandıqdan sonra 2022-ci il ərzində hissə-hissə 1600 manat pulunu, 2023-cü ilin avqust ayında istintaqa dəqiq məlum olmayan gündə isə Cavabdeh cinayətkar niyyətindən məlumatı olmayan Rais Kərimovun vasitəsi ilə 4000 manat pulunu Goranboy rayonu Veyisli kəndi ərazisində alıb, vədinə əməl etməyərək vahid niyyətlə ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini öz ehtiyacları üçün xərcləyib qaytarmamaqla özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və maddi zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 2850 manat zərər vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü və cavabdehin iddianı etiraf etməsi ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Bundan əlavə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekunda məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2850 manat məbləğində dəymiş zərər tutulmalıdır. Cavabdeh dövlət rüsumundan azad olunduğu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2850 manat məbləğində dəymiş zərər tutulsun. Cavabdeh dövlət rüsumundan azad olunduğu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar