Məhkəmə qərarları › İş №2(045)-69/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-69/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-69/2023 04.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanı üçüncü şəxs kimi göstərilmıklə) qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək 15 may 2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri görüş saatlarının müəyyən edilməsinin məhkəmənin öz mülahizəsinə buraxmaqla ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 avqust 2013-cü ildə cavabdehlə rəsmi nikah bağlamış va onların birgə nikahından 15 may 2015-ci il tarixdə X7 anadan olmuşdur. Cavabdehlə birgə yaşadığı müddətdə münasibetleri cavabdehin etik qaydalara zidd olan hərəkətləri nəticəsində ər-arvadlılıq münasibəti pozulub və cavabdeh Göygöl Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq nikahın pozulmasını və alimentin tutulmasına tələtmişdir. Məhkəmənin qətnaməsi ilə nikah pozulmuş va Gülşənin saxlanması üçün har ay 150 manat məbləğində alimentin tutulub cavabdehə verilməsi qət edilmişdir. Cavabdeh uşaqla birlikdə Goranboy rayonu Borsunlu kəndində valideynlərinin evində yaşayırlar. Əvvəllər cavabdeh onun uşaqla ünsiyyətdə olmağına şərait yaradırdı və o qizi Gülşənlə ünsiyyətdə olurdu. Cavabdeh gözlənilmədən Gülşəni götürüb işləmak adı ilə Bakı şəhərinə aparmış va müəyyan bir vaxtdan sonra geri qayıtmışlar. Qızı Gülşən birinci sinifi bitirib va cavabdeh uşağın təhsili ilə maraqlanmır və bu səbəbdən də Gülşən 1-ci sinifi bitirməyinə baxmayaraq ata-ana sözlərini yaza bilmir. Gülşen anasının himayəsində qaldığı üçün anası da onunla birlikdə uşağın səhhəti və təlim-tərbiyəsi ilə məşğul olmağa borclu idi. Gülşən onunla ünsiyyətdə olduğu müddətdə anasının yanına qayıtmaq istəməyib va buna baxmayaraq o, uşağı vaxtlı-vaxtında anasına qaytarmışdır. Son vaxtlar cavabdehin münasibəti tamamilə dəyişilib və cavabdeh bəhanələr gətirərək bildirir ki, guya Gülşən onunla görüşmək istəmir. Halbuki, cavabdeh uşağı özü öyrədib ki, "soruşsalar denən atamla görüşmək istəmirəm". Bu bəhanə ilə cavabdeh uşaqla onun görüşməyinə maneçilik törədir və bu səbəbdən də uşağı ilə görüşmək hüququndan mərhum olmuşdur. Qızı Gülşənlə hər ayın hər həftəsinin şənbə və bazar günləri ünsiyyətdə olmaq hüququ məhkəmə qaydasında tanınarsa qızının təlim-tərbiyəsi və təhsili ilə azda olsa məşğul olmaq imkanı olar. Heç olmasa uşağa Azərbaycan əlifbasını öyrədǝr. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, qızının hazırda 8 yaşı vardır və uşağın bütün təminatlarını ödəməyə hazırdır. Cavabdeh hazırda onun birgə nikahdan olan uşağı ilə görüşmək hüququnu məhdudlaşdırılmış və o, uşağını uzun müddətdir ki, görmür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanı məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxs Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 240960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə Göygöl şəhərində doğulmuş, atası İddiaçı, anası X3r; Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 iyul 2021-ci il tarixli, 2(066)- 849/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında 13 sentybar 2013-cü il tarixdə Göygöl Rayonu İcra Hakimiyyəti Başçısının Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah akt qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 15 may 2015-ci il təvəllüdlü X7 anasının, yəni iddiaçı X2 yanında saxlanılmış, 15 may 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı X2 xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 15 may 2015-ci il tarixdə X5 atası İddiaçı ilə ünsiyyətdə olmasını və görüş verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 15 may 2015-ci il tarixdə X7 doğulmuşdur. Göygöl Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə uşaq cavabdehin yanında qalmış və alimentin tutulması müəyyən edilmişdir. Uşaq hazırda cavabdehin himayəsindədir. İddiaçı ilə cavabdeh ayrı yaşayır. İddiaçı qızının inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşaqlara münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə İddiaçı qızı X5 ilə ünsiyyətdə olması yetkinlik çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Həmçinin, iddiaçı uşaqla ünsiyyətdə olmaq hüququnun həyəta keçirilməsi üçün müəyyən olunmuş görüş günlərinin saatlarının müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir; 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Göründüyü kimi, hazırda qızından ayrı yaşayan iddiaçının onunla ünsiyyətdə olma hüququnun təmin olunmasına ümumilikdə cavabdeh tərəfindən etiraz edilməmişdir. Məhkəmə bu halı, habelə İddiaçı uşağın fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının qızı ilə ünsiyyət hüququ təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, atanın qızı ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, onunla vaxt keçirmək, tərbiyələrində iştirak etmək və s. hüquqları var və müəyyən müstəsna hallar olmadan bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Lakin hazırkı iş üzrə qeyd olunan hüquqların müəyyən həddə məhdudlaşdırılması üçün əsaslar mövcuddur və bunu uşağın mənafeyi tələb edir. Yuxarıda sadalanan daxili və beynəlxalq qanunvericilik normalarının məzmunundan göründüyü kimi, bu qəbildən olan işlərə baxarkən məhkəmələr ilk növbədə uşağın mənafeyini üstün tutmalı, ailədaxili ziddiyyətli münasibətləri uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidirlər. Bununla belə məhkəmə, tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşağın yaşını və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq halları, eyni zamanda cavabdehin ünsiyyət imkanlarını məhdudlaşdırmamaqla iddiaçının qızı ilə ünsiyyət imkanından maksimum istifadə edə bilməsinin təmininin zəruriliyini, habelə cavabdehin iddiaçının qızı ilə ünsiyyətdə olmasına etiraz etməməsini nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçının qızı ilə ünsiyyətdə olması müddəti yalnız hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 18:00-dək müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladı 15 may 2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladı 15 may 2015-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququ təmin edil edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar