Məhkəmə qərarları › İş №2(045)-698/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-698/2025

18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-698/2025 18.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3192 (üç min yüz doxsan iki) manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi və daha sonra qarşılıqlı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12987 (on iki min doqquz yüz səksən yeddi) manat pulun, hüquqi xidmət haqqına ödəmiş olduğu 600 manat pulun və dövlət rüsumuna ödədiyi 155 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən “Eltex"şirkətinin nəznində olan mağazada satıcı işləyir. Cavabdehidə oradan tanımışdır. Belə ki, mağazaya tez-tez gələrdi, müxtəlif əşyalar kreditə götürərdi, ödənişlərini vaxtlı-vaxtında edərdi. Aralarında belə yaxşı münasibət yaranmışdır. Cavabedeh 23 may 2022-ci ildə yenə də mağazaya gələrək müxtəlif əşyalar götürmüş və söhbət əsnasında ona bildirdi ki, onda müəyyən məbləğ pul var ki, onu istəyən olsa faizə borc verə bilər. Elə onun özünə pul lazım olduğu üçün bildirdi ki, “mənə lazımdır, lakin neçə faizə verəcəksən”. Cavabdeh əvvəlcə 10% dedi, lakin o xahiş etdi ki, 5% verərəsə o götürər. Razılaşmışlar və cavabdeh 23 may 2022-ci il tarixdə qızı ilə gələrək 10 ay müddətinə, hər ay 575 manat ödəmək şərti ilə ona 10.000 (on min) manat borc vermişdir. Bu barədə o da cavabdehə yazılı qəbz vermiş, həmin qəbzin surətini ərizəsinə əlavə edir. Razılaşdığı kimi o, hər ay cavabdehə 575 manat borcundan ödəmişdir. Cavabdehin təkidi ilə o həmin pulun bir hissəsini nəğd şəkildə, bir hissəsini isə cavadehin qızlarının daxili kreditlərinə ödəmişdir. Bu barədə olan ödəniş qəbzlrini ərizəsinə əlavə edir. Bütün bunlardan başqa cavabdeh işlədiyi mağazadan 1190 manat dəyərində “Taube SSS2RBK” televizorunu və onun qeyri rəsmi yaşadığı əri Qafur Həsənov 500 manat dəyərində olan “Samsung” A13 mobil telefonunu borc götürmüşdür. Ümumilikdə cavabdeh onu təhdid edərək ona qaytaracağı 15.000 (on beş min) manat pulun əvəzində ondan 18192 (on səkkiz min bir yüz dosxan iki) manat nəğd pul və mağazadan əmlak götürmüşdür. O cavabdehə artıq ödədiyi 18192-15000=3192 manat pulu bugün cavabdeh istəyir. Cavabdeh isə pulu qaytarmaq əvəzinə onu qeyri rəsmi yaşadığı Qafur Həsənovla hədələyir. Qafur Həsənov dəflərlə iş yerinə, hətta yaşadığı evə gələrək onu öldürməklə hədələyir, mağazanı, evi yandıracağını bildirir. Bu barədə o hətta məcbur olun Goranboy rayon Polis şöbəsinə müraciətdə etmişdir. (Qərarın surətini ərizəsinə əlavə edir). İndi istəyir ki, cavabdeh 3192 (üç min yüz doxsan iki) manat pulunu məhkəmə qaydasında mənə qaytarsın. O, cavabdehdən ona vurduğu mənəvi zərəri də tələb edə bilərdi, lakin onu hələ etmir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3192 (üç min bir yüz doxsan iki) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünün pul tələbin dair iddia ərizəsində bütün faktları və halları düzgün əks etdirməmiş, özünün üzərinə götürdüyü öhdəliyi icra etməmək, yayınmaq, mülki məsuliyyətdən özünü müdafiə etmək üçün əsassız dəlillər gətirmiş, hətta şər-böhtan ataraq bizə qarşı cinayət işi açdırmaq kimi hərəkətlərə, əməllərə yol vermişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli rəsmi qəbzlə ondan 10 aylıq müddətinə 10000 (on min), xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 11500 (on bir min beş yüz) manat məbləğində borc pul götürmüşdür. (iki vərəq borc qəbzi qarşılıqlı iddia ərizəsinə əlavə edilir). İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan borc götürdüyü 21500 (iyirmi bir min beş yüz) pulu qaytarmaq əvəzinə ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsinə 7 vərəq, 35 ədəd ödəmə qəbzləri əlavə etmiş, bu qəbzlərin 2-si başqa şəxslərə aid olmuş, 1 qəbz isə təkrar olaraq 2 dəfə əlavə edilmişdir. Bundan başqa, İddiaçı əllə yazılmış bir vərəqdə 18192 manat borc pulu ödəməsinə dair 10 sətirdən ibarət siyahını iddia ərizəsinə əlavə etmiş, həmin vərəqədə göstərilmiş rəqəmlər və məbləğlər şişirdilmiş, həmin rəqəmləri, məbləğləri təsdiq edən heç bir sübutlar mövcud deyildir. İddiaçı götürmüş olduğu borc pulları bağlamaq üçün süni, sübutlarla təsdiq edilməyən məlumatlardan istifadə etməyə çalışmışdır. Ona görə də o qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməli olur. İndi istəyir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan rəsmi qəbzlə iki dəfəyə (10000 + 11500) götürmüş olduğu cəmi 21.500 (iyirmi bir min beş yüz ) manat pul alınaraq ona verilsin. İşin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il il tarixə təyin edilmiş, təxirə salınmış və hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:45-ə təyin edilmişdir. Hesab edir ki, qarşılıqlı iddia verməyə haqlıdır. Onun cavabdehdən pul tələb etməyi qarşılıqlı öhdəlikdən əmələ gələn iddiadır, bir - biri ilə qarşılıqlı əlaqələri vardır, birlikdə baxılarsa daha obyektiv baxılıb tez nəticə verilə bilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli sadə yazılı əqddən görünür ki, İddiaçı Cavabdeh 10000 (on min) manat pulu borca götürmüş və 10 ay müddətinə qaytaracağını öz öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli sadə yazılı əqddən görünür ki, İddiaçı Cavabdeh 11500 manat pulu borca götürmüş və xx.xx.2024-cü il tarixədək qaytaracağını öz öhdəsinə götürmüşdür; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, İddiaçı məlumatı əsasında toplanmış və 1 nömrəli kitabda 58 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ilkin iddia tələbi üzrə 52 manat dövlət rüsumu ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh qarşılıqlı iddia tələbi üzrə 155 manat dövlət rüsumu ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh vəkilin qarşılıqlı iddia ərizəsi tərtib edilməsinə görə 100 manat məbləğində vəsait köçürmüşdür; Kapital Bank” ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh vəkilin məhkəmədə xidmət haqqı üçün 500 manat vəsait köçürmüşdür; Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında sadə yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə sadə yazılı əqd əsasında 10000 (on min) manat pulu borca götürmüş və 10 ay müddətinə geri qaytaracağı barədə, bundan başqa xx.xx.2023-cü il tarixdə sadə yazılı borc müqaviləsi əsasında 11500 (onbir min beş yüz) manat pulu borca götürmüş və xx.xx.2024-cü il tarixədək geri qaytaracağı barədə üzərinə öhdəlik görürmüşdür. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı borca götürmüş pulun artıqlaması ilə geri qaytarıldığını və ona görəd artıq ödədiyi 3192 manatını tələb edir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı yazılı əqdlər əsasında vermiş olduğu 21500 manat borc puldan ödənilməmiş 12987 manat hissəsinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə ilkin iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh öz tələbini əsaslandıra biləcək və qarşılıqlı iddianı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və tərəflərin birbirlərinin qarşılıqlı şəkildə hüquqlarının pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmənin qənaətinə görə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya 3192 manat məbləğində borcunun olması, ümumiyyətlə ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə alınmış borcun tam və ya artıq ödənilməsi məhkəmə araşdırması və iş materialları ilə sübuta yetirilmir. İlkin iddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ilkin İddiaçı ilkin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qarşılıqlı iddia tələbində ümumi borc olaraq 21500 manat qeyd edilsə də, həmin alınmış borc pul 2 hissədən ibarətdir. Yazılı qəbzlərdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 10000 manat və 11500 manat olmaqla, ümumilikdə 21500 manat borcu olduğunu və göstərilən tarixlərdə geri qaytaracağını qeyd etmişdir. Həmin borc məbləğindən 8513 manat hissəsi müxtəlif vaxtlarda İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılmış və nəticədə 12987 manat borcu qalmışdır. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etdiyi halda qarşılıqlı iddia üzrə cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya götürmüş olduğu pulu ona geri qaytardığını və borcu olmadığını bildirir. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, qarşılıqlı iddia üzrə cavabdeh borcunun olmamasını sübut etməli idi. Lakin, o, borcunun olmadığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı sübut edə bilməmişdir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya 12987 manat borclu olması iş materialları ilə öz təsdiqini tapmış, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə əlavə borcunun olmasını təsdiq edən sübutlar və qarşılıqlı iddia üzrə cavabdehin borc öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə, qarşılıqlı idida üzrə cavabdeh İddiaçı izahatında göstərdiyi xüsusata, yəni onun borcunun olmamasına dair qeyd edir ki, həmin sənəddə (qəbzlərdə) qarşılıqlı idida üzrə cavabdeh borcunun olduğunu qəbul etmişdir. Sözügedən sənəd isə qəti sübut kimi qəbul edilir. Qarşılıqlı idida üzrə cavabdeh götürdüyü borcu qaytardığını və borcun olmadığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 600 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən bu halı təsdiq edəcək qəbzlər təqdim olunduğu üçün iddia bu hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin edilməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun 8.1.3-cü maddəsinə əsasən tutulmalı məbləğ 129 manat müəyyən olunmalı (120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi ) və dövlət rüsumunun 26 manat hissəsi isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 12987 manat məbləğində borc pul, hüquqi xidmətə görə ödənilmiş 600 manat vəsait və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Cavabdeh xeyrinə 12987 manat məbləğində borc pul, hüquqi xidmət haqqına ödənilmiş 600 manat vəsait və ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar