Məhkəmə qərarları › İş №2(045)-738/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-738/2024

22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-738/2024 22.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində borc pul və dövlət rüsumuna görə ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh pula ehtiyacı olduğu üçün ondan borc olaraq xx.xx.2023-cü il tarixdə 4800,00 (dörd min səkkiz yuz) manat pul almış və bu haqda yazılı şəkildə öz xətti ilə yazılmış qəbz vermişdir. Ancaq borcun qaytarılması ilə bağlı razılaşdığı müddət keçməsinə baxmayaraq onun 4880,00 manat pulunu qaytarmır. Dəfələrlə özünə müraciət etsə də, “qaytaracam” deyir, ancaq qaytarmır. Odur ki, Cavabdeh cəmi 4800,00 (dörd min səkkiz yüz) manat borcun və bu borcun vaxtında qaytarılmaması səbəbindən, hər il üçün ən aşağı Bank faizi-5% məbləğində faizlərin, yəni 240,00 manat və məhkəməyə ödənilmiş 68,00 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını iddia və xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edərək bildirdi ki, onun həqiqətən də iddiaçıya 1200 manat məbləğində borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir və bu barədə olan ərizəsini məhkəməyə təqdim edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 aprel 2023-cü il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı 4800 manat borca pul götürmüş və həmin pulu yaxın vaxtda qaytarcağını öz öhdəsinə götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş 12286 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iş üzrə 67 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə yazılı müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh iddiaçıya olan 1200 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmiş, nəticədə iddiaçıya 1200 manat borcu qalmış, buna görə iddiaçının cavabdehdən verdiyi pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır və iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərinə əsaslanmaqla hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1200 (bir min iki yüz) manat məbləğində borc pul və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1200 (bir min iki yüz) manat məbləğində borc pul və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar