Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-74/2023 11.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “dəymiş zərər görə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (cəzasını çəkib qurtarmış) Cavabdeh tərəfindən yararsız hala salınmış elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri 2277,4 manat (bir iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pulun cavabdehdən alınıb Ədliyyə Nazirliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Naftalan şəhər Məhkəməsi tərəfindən verilmiş 1(*52)-*3/2*2* saylı 29.*6.2*2*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib *1 il *5 may 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına *4.*8.2*2*-ci il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq *4.*8.2*2*-ci il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ 24.*4.2*21-ci il tarixdə bağlanmış və mobil qurğuda ona təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkən müddət ərzində vaxt məhdudiyyətini və elektron nəzarət vasitəsini qorumaq vəzifəsini pozmuşdur. Belə ki, Cavabdeh təhkim olunmuş “Attenti” markalı mobil qurğu söndükdən sonra enerji ilə təmin olunsa da enerji yığmamış, yəni Cavabdeh mobil qurğunu qorumamış və nəticədə mobil qurğunun ana palatasında radioelektron elementlərin korroziyası baş verərək yararsız hala düşmüşdür. “Atennti” markalı nəzarət vasitəsindən biri yararsız olduqda başqa elektron nəzarət vasitəsi ilə komplektəşmədiyi üçün elektron nəzarət vasitəsinin tam dəyəri tələb olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi icra məmuru X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh (məhkum) Əsədov X4 şəhər Məhkəməsi tərəfindən *1 il *5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh cəzasını çəkən müddət ərzində vaxt məhdudiyyətini və elektron nəzarət vasitəsini qorumaq vəzifəsini pozmuş, yəni elektron nəzarət vasitəsi elektrik sobasına dəyərək ərimişdir. Bununla bağlı cavabdehə elektron nəzarət vasitəsinin yararsız vəziyyətə salınması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdiki, o, Naftalan şəhər Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və onun ayağına elektron qolbağ bağlanmışdır. Həmçinin qeyd edir ki, sözügedən qolbağ onun tərəfindən təhvil alınan gündən yararsız vəziyyətdə olmuşdur və qolbağının yararsız vəziyyətə düşməsində onun təqsiri yoxdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naftalan şəhər Məhkəməsinin 1(*52)-*3/2*2* nömrəli, 29.*6.2*2*-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək *1 il *5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və s. vəzifələr qoyulmuşdur; 22.*9.2*22-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış zamanı müəyyən olunmuşdur ki, ana platada radioelektron elementlərin korroziyası aşkar olunmuş və istifadəyə tam yararsızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Naftalan şəhər Məhkəməsi tərəfindən verilmiş 1(*52)-*3/2*2* saylı 29.*6.2*2*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib *1 il *5 may 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına *4.*8.2*2*-ci il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq *4.*8.2*2*-ci il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ bağlanmış və mobil qurğuda ona 24.*4.2*21-ci il tarixdə təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkən müddətdə mobil qurğunu ehtiyatsızlıq edərək ana platada radioelektron elementlərin korroziyası aşkar olunmuş və mobil qurğu yararsız vəziyyətə düşmüşdür. Odur ki, cavabdeh (məhkum olunmuş şəxs) Cavabdeh mobil qurğunun dəyəri tam olaraq 2277,4 manat pulu alınıb Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması iləəlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə, cavabdehin dəlili üzrə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ona təhvil verilmiş elektron nəzarət sisteminin yararsız vəziyyətə düşməsinə görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1*97.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*18-ci il 1* aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən xüsusi proqram təminatlı mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınmasına görə iddiaçıya 2277,4* (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277,4* (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalı, yəni iddia təmin edilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.14 və 9.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinə 42,77 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olununlara əsasən MPM-in 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə 2277,4* (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) tutulsun. Cavabdeh dövlət büdcəsinə 42,77 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-74/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-74/2023
11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver