Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-750/2024 18.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdeh Goranboy Rayonu Tatarlı Bələdiyyəsinə qarşı “ölçmə işlərinin yenidən aparılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayonu Tatarlı Bələdiyyəsinin hərəkətləri nəticəsində yaranmış problemlərin aradan qaldırılması üçün İddiaçı, X2 və X1 məxsus torpaq sahələrinə yerində baxış keçirilməklə ölçmə işlərinin yenidən aparılması, həmin torpaq sahələrinin koordinatlara uyğun naturada yenidən verilməsi üzrə zəruri işlərin aparılması, torpaq sahəsinin mühafizə zolağından kənarda hesablanıb verilməsi və kommunikasiya yollarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar düzgün göstərilməmişdir. İddiaçının FİN məlumatı kimi qeyd edilmiş xxxxxxx iddiaçıya aid deyildir. “Elektron Məhkəmə” İnformasiya Sistemində isə “İddiaçı” axtarılarkən həmin adda şəxsin olması müəyyən edilməmişdir. Odur ki, iddiaçı kimi göstərilmiş İddiaçı şəxsiyyətini müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş xx.xx.2022-ci il tarixli, 30044 nömrəli qəbzin surəti təqdim edilmişdir. MPM-in: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Goranboy Rayonu Tatarlı Bələdiyyəsinə qarşı “ölçmə işlərinin yenidən aparılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-750/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-750/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver