Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-78/2024 09.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh olan 6000 (altı min) ABŞ dolları miqdarında borc pulunun və hüquqi xidmət üçün ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, müharibə veteranı və şəhid ailəsidir. Cavabdeh onun tanışıdır. Belə ki, cavabdeh N saylı hərbi hissədə sürücü vəzifəsində xidmətdə olarkən onlar tanış olmuşdur. Cavabdeh 03 mart 2021-ci ildə təxminən iki ay müddətinə, yəni 03 may 2021-ci ilədək qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək ondan 6000 (altı min) ABŞ dolları miqdarında borc pul almışdır (bu faktı təsdiq edən müqavilə qəbzini bu ərizəyə əlavə edir). Göstərilən müddət tamam olduqda o, Cavabdeh pulunun qaytarılmasını tələb etməyə başlamışdır. Lakin, cavabdeh ona verdiyi borc pulunu qaytarmaqdan imtina edir. Buna görə də o, pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə tərəflər məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımı qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq onlar məhkəmə iclаsınа gəlməmişlər. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə müraciət ünvanlayaraq stasionar müalicədə olduğu üçün üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini qeyd etmiş, onun iştirakı olmadan işə baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin (bundan sonra - MPM) 185-ci mаddəsinə əsаsən işə tərəflərin iştirаkı оlmаdаn bахılmаsını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qismən qəbul edir. O, İddiaçı əvvəl 1000 manat pulu faizə götürmüş və bunun əvəzində 6000 ABŞ dolları borc götürməsinə dair qəbz yazıb iddiaçıya vermişdir. O, məcbur olub belə bir qəbz yazmışdır. Belə ki, onun arvadı xəstəxanada olduğundan ona təcili pul lazım olmuşdur. Bundan əlavə İddiaçı hissə-hissə olmaqla 2000 manat pul götürmüşdür. Yəni, ümumilikdə İddiaçı 3000 manat pul götürmüşdür. Həmin puldan da 705 manat və 300 manat olmaqla, cəmi 1005 manat pulu İddiaçı kartına göndərmişdir. Həmin qəbzləri məhkəməyə təqdim edir. Yəni, hazırda onun iddiaçıya 2000 manat borcu vardır. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, iş materiallarında olan iddiaçıdan pulun alınmasına dair qəbz onun tərəfindən yazılmış və imzalanmışdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 084029 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır; Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı 6000 (altı min) ABŞ dolları pul almış və həmin məbləği 2 ay müddətinə qaytaracağına dair söz vermişdir; xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hesabına 705 (yeddi yüz beş) manat vəsait ödənilmişdir; xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hesabına 300 (üç yüz) manat vəsait ödənilmişdir; xx.xx.2023-cü il tarixli, 22219 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına (VÖEN **********) 50 (əlli) manat vəsait ödənilmişdir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, cavabdeh 03 mart 2021-ci il tarixdə iddiaçıdan 6000 ABŞ dolları məbləğində borc pul almış və bu barədə cavabdeh tərəfindən yazılı formada qəbz tərtib edilmişdir. Cavabdeh qəbzdə iddiaçıdan 6000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmiş, borc məbləğini 2 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtdan keçməsinə baxmayaraq cavabdeh borcunu tam qaytarmamışdır. Cavabdeh isə iddiaçıdan 6000 ABŞ dolları deyil, ümumilikdə 3000 manat borc aldığını və borcundan 1005 manat qaytardığını bildirir. Lakin, borc məbləği tam deyil, borcun müəyyən hissəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Cavabdehin borc öhdəliklərini istisna edən, habelə 6000 ABŞ dolları borc məbləğinin iddiaçıya tam qaytarılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi borc alınmış pulun qaytarılması barədədir. Müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbz mövcuddur. Bu qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, borcun tam ödənilməsini təsdiq edən sübutlar və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzə, həmin qəbz üzrə verdiyi 6000 ABŞ dolları məbləğində pulun qaytarılmamasına istinad edir. Cavabdeh iddiaçıdan 6000 ABŞ dolları məbləğində borc pul almış və bu barədə özü qəbz yazıb imzalamışdır. Mövcud olan qəbz artıq iddiaçını 6000 ABŞ dolları məbləğində pul borc verməsini sübut etmə vəzifəsindən azad edir. Cavabdeh isə iddiaçıdan 6000 ABŞ dolları deyil, ümumilikdə 3000 manat borc pul götürdüyünü və həmin məbləğdən 1005 manat qaytardığını bildirir. Lakin, cavabdeh borc məbləğinin 6000 ABŞ dolları deyil, 3000 manat olduğunu bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçı borc məbləğini və onun tam qaytarılmadığını sübut etmiş, cavabdeh isə iddiaçıya 2000 manat borcu qaldığını bildirsə də bunu sübut edə bilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh borcunun 6000 ABŞ dolları deyil, 3000 manat olduğunu sübut etməli idi. Qeyd edildiyi kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı qəbz ilə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh 23 və 27 avqust 2022-ci il tarixlərdə İddiaçı hesabına ümumilikdə 1005 manat vəsaitin köçürülməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etmiş və bununla da öhdəliyinin bir hissəsini icra etməsini sübut etmişdir. Məhkəmə, Cavabdeh izahatında göstərdiyi xüsusata, yəni onun tərəfindən yazılmış qəbzi pula ehtiyacı olduğundan məcburiyyət qarşısında yazmasına, əslində iddiaçıdan 6000 ABŞ dolları deyil, hissə-hissə olmaqla 3000 manat almasına dair qeyd edir ki, həmin sənəddə cavabdeh 6000 ABŞ dolları borcunun olduğunu qəbul etmiş və borcunu 2 ay müddətində qaytaracağına dair öhdəlik götürmüşdür. Sözügedən sənəd isə qəti sübut kimi qəbul edilir. Cavabdeh həmin sənədin pula ehtiyacı olduğundan məcburiyyət qarşısında yazıldığını, əslində iddiaçıdan 6000 ABŞ dolları deyil, 3000 manat aldığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə hesab edir ki, iddiaçının tələb olunan pul vəsaitini cavabdehə verməsi və həmin pulun iddiaçıya tam qaytarılmaması öz təsdiqini tapmışdır. Lakin, qalıq borc məbləği hesablanarkən cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüş 1005 manat (300 manat + 705 manat olmaqla) ümumi borc məbləğindən çıxılmalıdır. İş üzrə müəyyən olunduğu kimi tərəflər arasında hüquq münasibəti 2021-ci ildə yaranmışdır və müqavilənin predmeti ABŞ dolları olmuşdur. Cavabdeh tərəfindən iddiaçının hesabına 1005 manat vəsait isə 2022-ci il tarixdə köçürülmüşdür. Bu halda nəzərə alınmalıdır ki, həm 2021-ci il, həm də 2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına nisbəti eyni olmuşdur (1 ABŞ dolları = 1.7 Azərbaycan manatı). Belə olduğu halda 1005 manatın ekvivalenti olan 591.2 ABŞ dolları cavabdehdən tələb olunan məbləğdən çıxılmalıdır. Məhkəmə, iddiaçı tərəfindən tələb olunan 100 manat hüquqi xidmət haqqına dair qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 22219 nömrəli qəbzdən göründüyü kimi İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına (VÖEN **********) 50 (əlli) manat vəsait ödənilmişdir. Bu halda iddia həmin hissədə qismən təmin olunmalı və 50 (əlli) manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən, Cavabdeh 112.45 (yüz on iki manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5408.8 (beş min dörd yüz səkkiz ABŞ dolları səksən sent) ABŞ dolları məbləğində vəsait (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 50 (əlli) manat hüquqi xidmət haqqının əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, İddiaçı ödəməkdən azad edildiyi 112.45 (yüz on iki manat qırx beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5408.8 (beş min dörd yüz səkkiz ABŞ dolları səksən sent) ABŞ dolları məbləğində vəsait (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 50 (əlli) manat hüquqi xidmət haqqının əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 112.45 (yüz on iki manat qırx beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-78/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-78/2024
09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver