Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-783/2024 30.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC-də işləyir. Gəncə şəhərində yerləşən torpaq sahəsinə işıq xəttinin çəkilməsi üçün Cavabdeh 2022-ci ilin yay aylarında 6000 (altı min) manat pul vermişdir. Cavabdeh işıq xəttinin çəkilməsinə söz vermiş və onu inandırmışdır. Lakin, müəyyən vaxt keçdikdən sonra o başa düşdü ki, Cavabdeh onu aldadır. Hər dəfə soruşanda üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyinə söz verərək onu yubatmışdır. Bütün bunlardan sonra cavabdehdən ya onun pulunu qaytarmasını, ya da işini görməsini tələb etmişdir. Azər ona bildirdi ki, cavabdeh pulu ondan alıb başqa bir şəxsə vermişdir, pulu verdiyi şəxsdən geri ala bilmədiyinə görə də onun pulunu da qaytara bilmir. Cavabdehdən dəfələrlə pulunu geri qaytarmasını tələb etdikdən sonra cavabdeh, ilkin olaraq 800 manatı geri qaytarmışdır. Daha sonra isə 200 manat və 300 manat olmaqla, cəmi 1300 manat pulunu geri qaytarmışdır. Sonra isə ona bildirmişdir ki, imkanı olmadığına görə pulu birdəfəlik qaytara bilmir, ayda 300 manat olmaqla hissə-hissə qaytarmağa gücü çatır. Belə olan halda cavabdehə təklif etmişdir ki, yazılı akt tərtib edək, borcunu da həmin akt əsasında 300 manat olmaqla hissə-hissə qaytarsın. Cavabdehlə bu barədə razılaşmışlar və 01 noyabr 2023-cü il tarixdə onun, X2, X3, X1 və cavabdehin iştirakı ilə akt tərtib etmiş və yazmışdılar ki, Cavabdeh ona olan 4700 (dörd min yeddi yüz) manat borcunu ayda 300 manat olmaqla ödəyəcəyini öhdəsinə götürür. Həmin akt Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Lev kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli İsmayılov tərəfindən təsdiqlənmişdir. Cavabdeh söz vermişdir ki, borcunu ayda 300 manat olmaqla, hətta imkanı olsa daha tez qaytaracaqdır. Lakin yenə də verdiyi sözə əməl etməmişdir. Borcunu qaytarmadığına görə o da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun pulunu vaxtında qaytarmağına görə o indiyədək heç bir iş görə bilməmişdir. Cavabdehin hazırda ona 4700 (dörd min yeddi yüz) manat borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək İddiaçı olan borcunu etiraf etmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 noyabr 2023-cü il tarixli, X2, X3, X1, Cavabdeh və İddiaçı iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı 4700 manat borcu vardır, həmin borcu Cavabdeh ödəməyə imkanı olmadığından hər ay 300 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür; xx.xx.2011-ci il tarixli, AA seriyalı 245056 nömrəli “Məcburi köçkün vəsiqəsi”ndən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə məcburi köçkün kimi Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Goranboy rayon şöbəsində qeydiyyata alınmışdır. Məhkəmə cavabdehin etiraflını nəzərə alaraq, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 2022-ci ilin yay ayında şifahi xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh Gəncə şəhərində yerləşən torpaq sahəsinə işıq xəttinin çəkilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin öhdəliyi icra edilməsi üçün İddiaçı Gölüoğlan oğlu tərəfindən 6000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və həmin puldan 1300 manatını iddiaçıya geri qaytarmış, nəticədə 4700 manat məbləğində borcu qalmışdır. Bu səbəbdən tərəflər arasında narazılıq yaranmış və hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə əsasən Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunmuşdur. MPM-in 119.2-ci maddəsinin tələbinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4700 (dörd min yeddi yüz) manat məbləğində borc pul və dövlət büdcəsinə 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4700 (dörd min yeddi yüz) manat məbləğində borc pul tutulsun. Cavabdeh dövlət büdcəsinə 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-783/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-783/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver