Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-81/2023 31.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək, cavabdehdən gördüyü işin haqqı kimi 10500 (on min beş yüz) manat pulun və ərizənin verilməsi üçün ödədiyi 133 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin məsul işçisidir. O, 2019-cu ildə şirkətdə işləmiş, lakin indiyədək gördüyü işin dəyəri kimi 14700 manat əmək haqqını ala bilməmişdir. Cavabdehin təqsiri üzündən o məcbur olaraq bankdan kreditlə pul götürüb özü ilə işləməyə apardığı iki köməkçi ustanın hər birinə 2000 manat ödəməyə məcbur olmuşdur. Lakin pulu çatmadığı üçün o ustalardan Rəşada 1000 manat hələ də borclu qalmışdır. Rəşad adlı usta sonradan Vətən Müharibəsində iştirak etmiş, döyüş əməliyyatlarında yaralanaraq qazi olmuşdur. O cavabdehdən əmək haqqını ala bilmədiyi üçün bir sıra yuxarı təşkilatlara şikayət ərizələri yazmışdır. Bundan sonra şirkətin rəhbəri İslam Abdullayev onu çağıraraq bildirdi ki, “sənin əmək haqqını Cavabdeh ödəyəcəkdir”. Cavabdeh da bununla razılaşdı, həmin vaxt əmək haqqı kimi ona borclu olduğu 10500 (on min beş yüz) manat məbləğə dair yazılı qəbz vermişdir. Bundan sonra cavabdeh onu inandırdı ki, bundan sonra gördüyü işə görə onun əmək haqqısını vaxtında ödəyəcəkdir. O da cavabdehə inanıb işini davam etdirərək tamamlamışdır. Lakin cavabdeh yenə də əvvəlki kimi onun etibarından istifadə edərək gördüyü işlərin pulunu ödəməmişdir. O indiyədək cavabdehin dalınca gedib gəlməkdən yorulmuş, cavabdeh bu gün-sabah edərək bugünədək onu süründür. O, artıq görür ki, cavabdeh onu aldadır. Ona görə də, o, gördüyü işin pulunu cavabdehdən məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə onun arasında 10500 manat borc pula dair sadə yazılı əqd bağlanmışdır. Bugünə kimi həmin borcdan ona pul ödənilməmiş, cavabdeh ona hər dəfəsində yalan vədlər verərək borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı 10500 (on min beş yüz) manat məbləğində borcu xx.xx.2020-ci il tarixədək qaytarmasını öz öhdəsinə götürmüşdür; "xxxx" ASC tərəfindən verilmiş 10191 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə iddia vermək üçün 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir; 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh sadə yazılı əqd əsasında iddiaçıya olan 10500 manat məbləğində borcunu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Belə ki, məhkəməyə cavabdeh tərəfindən iddiaçıya olan borcunun geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni təmin edilmiş tələbə mütənasib olaraq “X2” Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən tutulmalı məbləğ 121,50 (bir yüz iyirmi bir manat, əlli qəpik) manat müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10500 (on min beş yüz) manat məbləğində borc pul və ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun 121,50 (bir yüz iyirmi bir manat, əlli qəpik) manat hissəsinin əvəzi tutulmalıdır. Qeyd оlununlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10500 (on min beş yüz) manat məbləğində borc pul və ödənilmiş 133 manat dövlət rüsumunun 121,50 (bir yüz iyirmi bir manat, əlli qəpik) manat hissəsinin əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-81/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-81/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver