Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-846/2025 01.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məsim oğlundan 3000 manat məbləğində borc pul, eləcə də 50 manat ödənilmiş dövlət rusumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsasdandırmışdır ki, o, İddiaçı Oqtay oğlu kənd təsərrüfatı malların alqı-satqısı ilə məşqul olur. Hər ilə mövsüm vaxtı Göyçay rayonu olmaqla digər rayonlardan da, xurma meyvələri alır. 2023-cü ildə mövsüm vaxtı Goranboy rayon sakini Cavabdeh Məsim oğlundan xurma meyvəsinin alınmağı üçün 3000 manat pul vermişdir. Cavabdehlə xurma meyvəsini 1 ay müddətində ona təhvil verəcəyi barədə razılığa gəlmişlər. Bütün bu olanlar çəkiliş vasitəsi ilə qeydə alındı. Onunla arasında razılaşdığı vaxt bitdikdən sonra cavabdehdən xurma meyvələrini tələb etsə də, heç bir nəticəsi olmadı. Bir neçə aydan sonra cavabdehin ona xurma meyvələrini vermədiyini görüb ona verdiyi 3000 manat pulun geri qaytarmasını tələb etmişdir. Lakin, cavabdeh hər dəfə başqa-başqa bəhanələrlə ona verdiyi 3000 manat pulu qaytarmadı. Cavabdeh ona çatası 3000 manatı ödəmir və götürdüyü öhdəliyi icra etməkdən qərəzli boyun qaçırır. Artıq cavabdehin ona olan borcunu ödəməkdən boyun qaçırdığını görüb onun barəsində məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 3000 manat pulu cavabdehə beh olaraq ödəsə də, cavabdeh razılığa əməl etməyərək, şərtləşdirilmiş malı ona təhvil verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iş materiallarında olan 3000 manat almasına dair ərizə onun tərəfindən yazılsa da, həmin ərizə iddiaçının psixoloji təsiri (oğluna görə şantaj edilməklə) altında yazdırılmışdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Belə ki, aralarında olan razılaşmaya onun tərəfindən öhdəliyə tam əməl edilmişdir. Lakin buna dair yazılı sübutu yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Göyçay şəhərində yaşayan İddiaçı 3000 manat dəyərində xurma borcu vardır. O, İddiaçı olan borcundan boyun qaçırmır, ona olan borcunu 2024-cü ilin oktyabr ayında qaytaracaqdır; "xxxx" ASC-nin ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 50 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xurma meyvəsinin satışına dair sadə yazılı beh müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya vəd etdiyi malı təhvil verməyərək, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki qanunvericiliyin istinad olunan normalarına əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır, lakin bu tələbə riayət edilməməsi nəticəsində ödənilmiş məbləğin beh olub-olmamadığına şübhə yarandığı təqdirdə, həmin məbləğ avans kimi ödənilmiş sayılır, əgər əksi sübuta yetirilmirsə. Hazırkı işlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avans alğı-satqı müqaviləsi bağlanarkən həmin müqavilə üzrə alıcı tərəfindən satıcıya ödənilməli olan məbləğin bir hissəsidir. Yəni, alğı-satqı müqaviləsi olmadığı təqdirdə, avans mövcud olmur, alğı-satqı müqaviləsi bağlanmalıdır ki, alıcı həmin müqavilə üzrə avans ödəsin. Beh ödənildiyi zaman isə alğı-satqı müqaviləsi mövcud olmur, alıcı behi ödədiyi zaman alğısatqı müqaviləsinin bağlanacağı barədə üzərinə öhdəlik götürür və əgər bu öhdəliyi icra etməsə, ödədiyi beh satıcıda qalır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında beh haqqında yazılı razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, həmin öhdəliyə cavabdeh tərəfindən əməl edilməmiş və bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi (bundan sonra – MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatları arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında beh haqqında razılaşma bağlanmış və həmin razılaşmaya əsasən iddiaçı öhdəliyi yerinə yetirərək, 3000 manat behi cavabdehə vermiş, cavabdeh də malı verməsinə vəd versə də, öhdəliyini icra etməyərək, iddiaçıya nə malı, nə də ki, ona ödənilmiş 3000 manat behi alıcıya geri qaytarmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsAsdandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır Şərh оlununlаrа əsаsən MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-846/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-846/2025
01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver