Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-849/2023 30.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 10213,8 manat borcun silinməsi tələbinə dair mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 10213,8 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Nəzarət departamenti satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən hesablanmış 10213,8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə vəsatətlə müraciə edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 12 saylı Gəncə Ərazi Vergilər Departamentində ********** saylı VÖEN-lə qeydiyyatdadır. İddiaçı iddia tələbini müdafiə edəərk izahatında bildirmişdir ki, o öz təsərrüfatına dair suvarma işlərini aparmaq üçün artezian quyusundan istifadə edir. Həmin quyuya gedən elekrik enerjisi "xxxx" ASC tərəfindən kəsilmiş, ona 10213,8 manat borc hesablanmışdır. O hər hansı sahibkarlıq fəaliyyətini həyata keçirmir. Buna görə də mülki işə baxılmasını və iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı vəkili və X3 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici, işlərin kommersiya məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. İddia tələbindən və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergi ödəyiçisi kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. Hazırda onun sahibkarlıq subyekti kimi fəaliyyəti dayandırılsa da, iddia onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 014897 saylı aktda fəaliyytə növünün ticarət olduğu qeyd edilmişdir. İddiaçı ona məxsus olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 12 saylı Gəncə Ərazi Vergilər Departamentində ********** saylı VÖEN-lə qeydiyyatdadır. Onun sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdə dayandırılmış, barəsində akt isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 vəsatəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 vəsatəti təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 10213,8 manat borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində kassasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-849/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-849/2023
30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver