Məhkəmə qərarları › İş №2(045)-875/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-875/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-875/2023 23.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi X*, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsi olan mobil qurğunun dəyəri *346,03 manat (bir min üç yüz qırx altı manat üç qəpik) pulun alınıb Ədliyyə Nazirliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş *(045)-49/202* saylı, 05.05.202*-ci il tarixli Hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM- nin *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinib 0* il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına *4.06.202*-ci il tarixində daxil olduqdan sonra Hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq *7.06.202*-ci il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh ayağına elektron qolbağ *7.06.202*-ci il tarixdə bağlanmış, evinə 3 ədəd nəzarət stansiyaları quraşdırılmış və digər elektron nəzarət vasitələri də ona təhvil verilmişdir. Cavabdeh probasiya nəzarətində olduğu müddətdə ona tətbiq olunmuş elektron nəzarət vasitəsi olan mobil qurğuda heç bir zədə və ya müdaxilə aşkar olunmamışdır. Cavabdeh Goranboy Rayon Məhkəməsinin 7(045)- 5*/202* nömrəli, 29.**.202*-ci il tarixli Qərarı ilə amnisitya tətbiq edilərək cəzadan azad olunmuşdur. Bununla əlaqədar H. Musayevə tətbiq olunmuş elektron nəzarət vasitələri deaktiv olunmuş və ondan təhvil alınmışdır. Elektron nəzarət vasitələri Cavabdeh təhvil alınarkən heç bir müdaxilə və ya zədə aşkar olunmamış, təhvil alınan günədək izləmə məlumatlarını tam və düzgün ötürmüşdür. Lakin elektron nəzarət vasitələri Ədliyyə Nazirliyi Elektron Monitorinq idarəsinə təhvil verildikdən sonra Goranboy RİPŞ-ə Texniki rəy göndərilərək mobil qurğuya texniki baxış zaman qurğunun taçskrinində problem nasazlıq olduğu aşkar edilmişdir. Odur ki, cavbadeh (məhkum olunmuş şəxs) Cavabdeh mobil qurğunun dəyəri *346.03 manat (bir min üç yüz qırx altı manat üç qəpik) pulu alınıb Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi icra məmuru X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh (məhkum) Musayev X2 Rayon Məhkəməsi tərəfindən 0* il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh probasiya nəzarətində olduğu müddətdə ona tətbiq olunmuş elektron nəzarət vasitəsi olan mobil qurğuda heç bir zədə və ya müdaxilə aşkar olunmamışdır. Cavabdeh Goranboy Rayon Məhkəməsinin 7(045)-5*/202* nömrəli, 29.**.202*-ci il tarixli Qərarı ilə amnisitya tətbiq edilərək cəzadan azad olunmuşdur. Bununla əlaqədar Cavabdeh tətbiq olunmuş elektron nəzarət vasitələri deaktiv olunmuş və ondan təhvil alınmışdır. Elektron nəzarət vasitələri Cavabdeh təhvil alınarkən heç bir müdaxilə və ya zədə aşkar olunmamış, təhvil alınan günədək izləmə məlumatlarını tam və düzgün ötürmüşdür. Lakin elektron nəzarət vasitəsinə texniki baxış keçirilən zaman qurğunun taçskrinində problem nasazlıq olduğu aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, Azərbaycan Respublikası CMnin *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinib Goranboy Rayon Məhkəməsi tərəfindən 0* il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçı probatoru Rəşad Həsənov tərəfindən elektron nəzarət vasitəsi onun ayağına bağlanmış və mobil qurğu ona təhvil verilmişdir. Elektron nəzarət vasitəsi onda olduğu müddət ərzində heç bir müdaxilə və ya zədə olmamışdır. Bundan sonra onun barəsində amnisitya tətbiq edilmiş və Goranboy Rayon Məhkəməsi tərəfindən cəzadan azad olunmuş və elektron nəzarət vasitəsi Rəşad Həsəsnov tərəfindən zədəsiz təhvil alınmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş eti. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin *(045)-49/202* saylı, 05.05.202*-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in *77.2.* və *77.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 0* (bir) il *4 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və s. vəzifələr qoyulmuşdur; Goranboy Rayon Məhkəməsinin 7(045)-5*/202* saylı, 29.**.202*-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in *77.2.* və *77.2.3-cü maddələri bilinərək 0* il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respblikası Milli Micləsinin 05 noyabr 202*-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşıdırlması cəzasından dərhal azad edilmişdir; xx.xx.2022-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun taçskrinin problemi aşkar edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin *(045)-49/202* saylı, 05.05.202*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin *77.2.* və *77.2.3-cü maddələri ilə təqsirli bilinib 0* il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına *4.06.202*-ci il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq *7.06.202*-ci il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ bağlanmış və mobil qurğuda ona təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkən müddətdə mobil qurğunun nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun taçskrinin problemi aşkar edilmişdir. Odur ki, cavabdeh (məhkum olunmuş şəxs) Cavabdeh mobil qurğunun dəyəri tam olaraq *346,03 manat pulu alınıb Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması iləəlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə, cavabdehin dəlili üzrə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ona təhvil verilmiş elektron nəzarət sisteminin yararsız vəziyyətə düşməsinə görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*8-ci il *0 aprel tarixli, *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun taçskrinin problemi aşkar edildiyinə görə iddiaçıya *346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə *346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalı, yəni iddia təmin edilməlidir. Məhkəmə MPM-in **9.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanununun 8.*.2, 9.*.*4 və 9.4-cü maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, iddia büdcə təşkilatı tərəfindən verildiyinə görə iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunur, ona görə tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 33,46 (30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi) manat miqdarında dövlət rüsumu dövlət büdcəsinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə *346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat miqdarında vəsait tutulsun. Cavabdeh dövlət büdcəsinə 33,46 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar