Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-881/2023 13.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru X7, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə qarşı (X*0 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dərs yükünün bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin 2022-2023-cü il tədris ilində coğrafiya fənni üzrə *2 saat dərs saatı və 3 saat fakultativ dərs saatı yükünün ixtisasına uyğun olaraq bərpa olunaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2009-20*3-cü illərdə Gəncə Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil almışdır. 20*6-cı ildə Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə *6 saat dərsə coğrafiya fənnindən yerdəyişmə etmişdir. 02 avqust 20*7-ci il tarixdə keçirilmiş müəllimlərin işə qəbul üzrə imtahanından 36 bal toplamışdır. 26 may 20*8-ci il tarixdə keçirilmiş diaqnostik qiymətləndirmə imtahanından 48 bal toplamışdır. Hal-hazırda Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyir. Məktəbdə coğrafiya ixtisası üzrə tək müəllimə o işləyir. 20*6-cı ildən 20*9-cu ilədək məktəbdə coğrafiya fənni üzrə *6 saat dərs saatı və 3 saat fakultativ dərs saatı verilmişdir. Lakin, 20*9-2020-ci tədris ilində ona verilmiş *6 saat dərsdən qanunsuz olaraq 2 saat dərs alınaraq qeyri-ixtisas müəlliməyə verilmişdir. Bu qanunsuz hərəkətdən Elm və Təhsil Nazirliyinin X*5nə elektron ərizə ilə müraciət etmişdir. X*5 bu qanunsuzluğu araşdıraraq alınan 2 saat dərsin qaytarılması barədə qərar vermişdir. 2020-202*-ci tədris ilində məktəbin direktoru X*2 tərəfindən ona *4 saat dərs verildiyi bildirilmişdir. Lakin, 03 oktyabr 2020-ci il tarixdə məktəbin direktoru bildirmişdir ki, ona *0 saat dərs və * saat fakultativ verilmişdir. Qanunsuz olaraq 4 saat dərs və * saat fakultativ qeyri-ixtisas müəlliməyə verilmişdir. Bu qanunsuz hərəkətdən dəfələrlə məktəb rəhbərliyinə və təhsil şöbəsinə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülməmiş və açıqlama da verilməmişdir. Sadəcə olaraq məktəbin direktoru bildirmişdir ki, yuxarıdan göstəriş verilib ki, həmin müəlliməyə coğrafiya fənnindən dərs verilsin. 2022-2023-cü tədris illərində məktəbdə coğrafiya fənni üzrə *2 saat dərs saatı və 3 saat fakultativ dərs verilmişdir. Həmin dərs saatlarından 8 saat dərs və 2 saat fakultativ dərs saatı ona verilmişdir. Digər 4 saat dərs saatı və * saat fakultativ dərs saatı ondan qanunsuz olaraq kəsilərək coğrafiya ixtisası olmayan X8 verilmişdir. Bu qanunsuz hərəkətdən dəfələrlə məktəb rəhbərliyinə, təhsil şöbəsinə, Gəncə-Daşkəsən regional təhsil idarəsinə, Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. Bütün müraciətləri Gəncə-Daşkəsən regional təhsil idarəsinə yönləndirilmişdir. Gəncə-Daşkəsən regional təhsil idarəsi tərəfindən heç bir tədbir görülməmişdir. Hesab edir ki, Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin qanunsuz hərəkətləri aşağıdakılardır: *. Gəncə-Daşkəsən regional təhsil idarəsi dərs saat bölgüsünü heç bir əsası olmadan müəllimlərin MİQ (müəllimlərin işə qəbulu) və diaqnostik qiymətləndirmə imtahanında topladığı bala əsasən bölüşdürmüşdür. Goranboy rayonu T.Məmmədov adına Hazırǝhmədli kənd tam orta məktəbində coğrafiya ixtisası üzrə tək coğrafiya müəlliməsi o olmağına baxmayaraq qeyri-ixtisası olan müəlliməyə coğrafiya fənni üzrə qanunsuz dərs vermiş və dərs bölgüsü aparmışdır.
2. 20*6-cı ilə kimi uzun müddət Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbində coğrafiya ixtisası üzrə kadr olmamış və həmin dərs saatları tarix müəllimləri arasında bölüşdürülərək keçilmişdir. 20*6-cı ildə coğrafiya fənni üzrə dərs saatları vakanta çıxarılmışdır. Tədris müəssisəsində ixtisaslı kadr olmadıqda və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən müəssisədə və digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət etmək mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və elan olunur. Bir halda ki, Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi qeyri-ixtisası olan müəllimə X5 coğrafiya fənni üzrə müəllimə kimi işləməyinə razılıq verirdisə həmin dərs saatları niyə vakanta çıxarılırdı.
3. 20*9-2020-ci tədris ilində ona verilmiş *6 saat dərsdən qanunsuz olaraq 2 saat dǝrs alınaraq qeyri-ixtisas müəlliməyə verilmişdir. Bu qanunsuz hərəkətdən Təhsil Nazirliyinin X*5nə elektron ərizə ilə müraciət etmişdir. X*5 bu qanunsuzluğu araşdıraraq alınan 2 saat dərsin qaytarılması barədə qərar vermişdir. Həmin tədris ilində Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyinin dərs bölgüsünü qanunsuz etdikləri aşkar olunmuşdur.
4. Qeyri-ixtisası olan müəllimə X*0 MİQ (müəllimlərin işə qəbulu) imtahanında iştirak etməmişdir. Çünki uzun müddətdir həmin məktəbdə sənədlərdə tarix müəlliməsi kimi işləyir. Coğrafiya ixtisası üzrə MİQ (müəllimlərin işə qəbulu) imtahanında iştirak etməyən müəllimə dərs saatı bölgüsü zamanı dərs verilməsi qanunsuzdur.
5. Qeyri-ixtisası olan müəllimə X* Universitetinin toxuculuq ixtisasını bitirmişdir. 200*-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının yenidən hazırlanma fakultəsində tarix ixtisası üzrə 6 ay kurs keçmişdir. Lakin, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialından verilən diplom saxta olduğu üçün tanınmamışdır. Elm və Təhsil Nazirliyi tərəfindən diplomu tanınmayan şəxsin tədris müəssisəsində müəllim kimi fəaliyyət göstərməsi qanunsuzdur və Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi bu halı gizlədərək Azərbaycan Respublikasının Qanunlarını, Təhsil haqqında əmr və sərəncamları kobud şəkildə pozaraq icazə vermişdir.
6. Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyinin dərs saat bölgüsünü diaqnostik qiymətləndirmə imtahanında topladığı bala əsasən bölüşdürməsi qanunsuzdur. Çünki, Gəncə- Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi həmin müəllimənin qanunsuz şəkildə diaqnostik qiymətləndirmə imtahanında iştirak etməsinə şərait yaratmışlar. Dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir araşdırılma aparılmamışdır. Bu hal araşdırılmalıdır. Qeyri-qanuni olaraq diaqnostik qiymətləndirmə imtahanında iştirak etməsinə şərait yaradan şəxslər cəzalandırılmamışdır.
7. Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən qeyri-ixtisası olan müəllimə X8 öz tarix ixtisasına uyğun olaraq tarix fənnindən dərs saatı verilmir, amma, qanunsuz olaraq coğrafiya ixtisası dərs saatı verilir və diaqnostik imtahanda iştirak etməyinə şərait yaradılaraq qanuniləşdirməyə çalışırlar. Əgər qanuni şəkildə Elm və Təhsil Nazirliyi həmin diplomu tanıyırsa tarix fənni üzrə dərs saatı ayrılsın və tarix üzrə diaqnostika imtahanında iştirak etməyinə şərait yara bilərdilər. Hesab edir ki, Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən yuxarıda qeyd edilən hüquqi bazalar əsasında onun dərs saatlarından kənarlaşdırılmağı və qeyri-ixtisas müəlliməyə verilməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının ratifikasiya etdiyi Beynəlxalq hüquqi aktlarda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş normalar və prinsiplərin qorunmasına dövlətin vətəndaş olaraq onlara verdiyi təminat Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Goranboy rayonu T.Məmmədov adına Hazırǝhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən həmin məktəbin coğrafiya müəllimi olaraq dərs saatlarının azaldılaraq ixtisasına uyğun olmayan müəlliməyə vermək qanunsuz hərəkətdir. Həmin qanunsuzluğun nəticəsində o, mənəvi sarsıntı keçirmiş və bu şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, iztirab keçirmiş, hazırda onun sağlamlığının pozulması nəticǝsində fiziki əzab çəkir. Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi dərs bölgüsü zamanı qanunlara və mövcud qaydalara əməl etməmiş, bu cür qanunsuz əməllərin aradan qaldırılması və onun əvvəlki dərs yükünün bərpa olunmasını tələb etməyi qanunun müddəalarına müvafiqdir və bu barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, metodik birləşmənin rəhbəridir. Dərs bölgüsü iclası onun iştirakı olmadan keçirilmişdir. 20*6-cı ildən Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbdə işləyir. Onun 20*9-cu ilədək *6 saat dərs yükü olmuşdur. Məktəbdə 20*9-cu ildə *6 saat coğrafiya və 3 saat fakultativ olmuşdur. *4 saat coğrafiya dərsi ona verilmiş, 2 saat coğrafiya, 3 saat fakultativ isə qeyriixtisas müəllimi olan üçüncü şəxs X8 verilmişdir. 20*9-cu ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciətindən sonra 2 saat coğrafiya dərsi də ona qaytarılaraq *6 saat coğrafiya dərsi tam ona verilmiş, fakultativ olmamışdır. X6 isə yalnız fakultativ qalmışdır. X*0 2002-ci ildən 20*6-cı ilədək məktəbdə coğrafiya dərslərini tədris etmişdir. X5 təhsili yoxdur, Texnologiya Universitetinin toxuculuq ixtisasını bitirmiş, 6 ay tarix fənni üzrə kurs keçmişdir. Dərs saatları vakanta çıxarılmasaydı o da həmin məktəbə gəlməz, başqa məktəbdə işləyərdi. O, *6 saat dərsin hamısını istəmir, məqsədi məktəbdə coğrafiya müəllimi olduğu halda dərs saatlarınin niyə vakanta çıxarılmasının aydınlaşdırılmasıdır. Hazırda 8 saat coğrafiya, 2 saat fakultativ, cəmi *0 saat dərsi var. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru X*2 bildirdi ki, o, iddia tələbini qəbul etmir. Pedaqoji şuranın 40 nəfər üzvü var, iclasda 3* nəfər iştirak etmiş, 9 nəfər iştirak etməmişdir. 2022-2023-cü tədris ilində coğrafiya fənni üzrə *2 saat dərs yükü və 3 saat fakultativ ayrılmışdır. Şagird sayı azaldığına görə siniflər bağlanmış və dərs saatları azalmışdır. 20*6-cı ildə *7 sinif komplekti olmuş, hal-hazırda 6 sinif bağlanmış, ** sinif qalmışdır. 20*6-cı ildə *7 sinif komplekti, 22 saat coğrafiya dərsi olmuşdur. 20*8- 20*9-cu tədris ilində iddiaçıya *6 saat, X8 isə 6 saat dərs yükü verilmişdir. 20*9-cu ildə isə 3 sinif azalmış, *4 sinif komplekti qalmış, dərs yükü 22 saatdan *6 saata düşmüşdür. 2022-2023-cü tədris ilində 3 sinif azalmış, ** sinif komplekti qalmış, *2 saat coğrafiya dərsi və 3 saat fakultativ olmuşdur. 20*6-cı ildə *6 saat dərs vakanta çıxarılmış, iddiaçıya *6 saat da dərs verilmişdir. Hazırda sinif komplektləri azaldığından dərs saatları da azalmışdır. İddiaçının istinad etdiyi sənəd əsassızdır. Dərs bölgüsü Təhsil Nazirliyinin səlahiyyətinə aid deyildir. 20*9-cu ildə dərs saatları üçüncü şəxsdən qeyri-qanuni alınmış, sonradan özünə qaytarılmışdır. 2022-2023-cü tədris ilində rəsmi olaraq *2 saat coğrafiya dərsi və 3 saat fakultativ olmuşdur. Mövcud olan dərslər isə 2 müəllim arasında bölüşdürülmüşdür. Dərs bölgüsü qanuni aparılmışdır. İddiaçı və üçüncü şəxs diaqnostik imtahandan keçmişlər və məktəbdə coğrafiya müəllimi olaraq işləyirlər. Onlar arasında dərs yükü diaqnostik qiymətləndirmə ballarına əsasən bölüşdürülmüşdür. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X*0 bildirdi ki, o, 2002-ci ildən Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbdə müəllim işləyir. İxtisasca tarix müəlliməsi olsa da 2002-ci ildən həmin məktəbdə coğrafiya dərslərini tədris edir. Həmin vaxt məktəbdə coğrafiya müəllimi olmadığından tarix müəllimləri coğrafiya dərslərini tədris edirdi. 20*6-cı ildə xəbəri olmadan onun dərs saatları vakanta çıxarılmışdır. *6 saat dərs vakanta çıxarılmış, 6 saat dərs ona verilmişdir. İddiaçı məktəbə qeyriqanuni köçürülmüşdür. Əgər iddiaçı qanuni gəlmiş olsaydı diaqnostik imtahana buraxılardı. İddiaçı MİQ-dən keçmədiyinə görə *6 saat dərslə diaqnostik imtahana buraxılmamış, o, 6 saat dərslə diaqnostik imtahana buraxılmışdır. O, 20*6-cı ildə diaqnostik imtahanın nəticələrinə əsasən sırf coğrafiya müəllimi kimi təsdiq olunmuşdur. Qeyri-ixtisas müəllimi də olsa *0 ildən artıq * müəllim sırf o fənni tədris edirsə həmin sahə üzrə ixtisas müəllimi hesab olunması barədə həmin vaxt təhsil nazirinin qərarı olmuşdur. O da *4 il işlədiyi üçün Təhsil Nazirliyi onun xəbəri olmadan onu diaqnostik imtahana coğrafiya fənni üzrə göndərmiş və o, diaqnostik nəticələrinə əsasən coğrafiya müəllimi kimi təsdiq olunmuşdur. İddiaçı isə coğrafiya ixtisası üzrə universitet bitirsə də MİQ-dən keçmədiyinə görə Qırıxlı məktəbində uşaq birliyi işləmişdir. Odur ki, öz ixtisası üzrə MİQ-dən keçməyən müəllim uşaq birliyindən gəlib fənn müəllimi kimi işləyə bilməz. İddiaçı isə həmin vaxtdan qanunsuz işləyir. İddiaçı ondan * il sonra saxta arayışla MİQ-dən keçmiş və məktəbə müəllim gəlmişdir. O, 7 ildir ki, iddiaçının əsassız şikayətləri nəticəsində əziyyət çəkir, keçən müddət ərzində iddiaçının qeyri-qanuni yollarla məktəbə müəllim gəlməsi barədə məsələyə qayıtmaq istəməmiş, lakin artıq səbri tükənmişdir. MİQ-dən keçməyən şəxs müəllim işləyə bilməz, iddiaçı da MİQ balı olmadığından uşaq birliyi işləmişdir. İddiaçının hansı əsasla məktəbə gəlməyi, ondan dərs tələb etməyi sual doğurur. O, diaqnostik imtahandan keçmiş, ümumi 26 bal, ixtisas üzrə *3 bal toplamış və bala əsasən onun dərsi bölünüb verilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: *4 fevral 20*4-cü il tarixli bakalavr diplomunun surətindən görünür ki, Gəncə Dövlət Universiteti tərəfindən İddiaçı coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir; *5 sentyabr 20*6-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbi ilə (direktor X*2) işçi İddiaçı arasında *5 sentyabr 20*6-cı il tarixdə əmək müqaviləsi bağlanmış və işçi coğrafiya müəllimi vəzifəsinə qəbul edilmişdir; Azərbaycan Respublikası təhsil nazirinin ** oktyabr 20*9-cu il tarixli əmrinin surətindən görünür ki, X3 rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir; Goranboy Rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış *0 mart 202*-ci il tarixli məktubdan görünür ki, o, 20*6-20*7-ci tədris ilində Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbində coğrafiya fənni üzrə dərs saatlarını tədris etmək üçün rayonun Qırıxlı kənd tam orta məktəbində UBTR-i vəzifəsindən Hazırəhmədli kənd tam orta məktəbinə müəllimlərin işə qəbulu müsabiqəsindən kənar müəllim təyin edilmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.20*7-ci il tarixli xx-xx-2446/*6 nömrəli məktubu əsasında Hazırəhmədli kənd tam orta məktəbinə müddətsiz əmək müqaviləsi əsasında coğrafiya müəllimi təyin edilmişdir. X*0 *987-ci ildə Azərbaycan Texnologiya Universitetinin “toxuculuq” ixtisasını, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “tarix müəllimi” ixtisası üzrə yenidən hazırlanma fakültəsini bitirmişdir. xx.xx.2003-cü il tarixli 54 nömrəli əmrlə Hazırəhmədli kənd tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. 0*.09.2004-cü il tarixdən X8 dərs bölgüsü zamanı 4 saat coğrafiya dərsi verilmişdir. X*0 20*7-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən coğrafiya fənni üzrə keçərək 26 (*3 ixtisas) bal toplamışdır. Hazırəhmədli kənd tam orta məktəbində 2020/202*-ci tədris ilində coğrafiya fənni üzrə *4 saat dərs saatı, 2 saat dərsdənkənar məşğələ saatı vardır. Həmin dərs yükü coğrafiya müəllimləri arasında DQ nəticələrinə əsaslanaraq ədalətli şəkildə bölünmüşdür. İddiaçı ** saat, X8 isə 5 saat dərs verilmişdir; Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin *4 sentyabr 2022ci il tarixli 0* saylı məktəb pedaqoji şurasının iclas protokolundan çıxarışdan görünür ki, məktəbin dərs bölgüsü aşağıdakı kimi aparılmışdır: *. İddiaçı – Vİ coğrafiya 2 saat, Vİİİ coğrafiya 2 saat, İX coğrafiya 2 saat, X coğrafiya 2 saat, Vİ fakultativ * saat, Vİİİ fakultativ * saat = *0 saat. 2. X*0 – Vİİ coğrafiya 2 saat, Xİ coğrafiya 2 saat, Xİ fakultativ * saat = 5 saat. Vİİ – sinif rəhbəri; Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin *5 sentyabr 2022ci il tarixli *42 saylı əmrindən çıxarışdan görünür ki, məktəbdə 2022-2023-cü tədris ilində müəllimlərin dərs bölgüsü aşağıdakı qaydada müəyyənləşdirilmişdir: *. İddiaçı – Vİ coğrafiya 2 saat, Vİİİ coğrafiya 2 saat, İX coğrafiya 2 saat, X coğrafiya 2 saat, Vİ fakultativ * saat, Vİİİ fakultativ * saat = *0 saat. 2. X*0 – Vİİ coğrafiya 2 saat, Xİ coğrafiya 2 saat, Xİ fakultativ * saat = 5 saat. Vİİ – sinif rəhbərliyi. Əsas: pedaqoji şuranın *4 sentyabr 2022-ci il tarixli * №li qərarı; Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *2 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, X*0 *995-ci ildən 2000-ci ilə qədər Hazırəhmədli kənd T.Məmmədov adına tam orta məktəbdə dərnək rəhbəri olaraq çalışmışdır. X*0 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun tarix ixtisasını bitirmiş, həmin ildən Hazırəhmədli kənd T.Məmmədov adına tam orta məktəbin coğrafiya müəllimi olaraq çalışmışdır. 20*7-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarında coğrafiya fənni üzrə iştirak etmiş, *3-ü ixtisas olmaqla 26 bal toplamışdır. Məktəbdə coğrafiya fənni üzrə ümumi dərs yükü *2 saat əsas dərs saatı, 3 saat isə dərsdənkənar məşğələ olmaqla *5 saat təşkil edir. Dərs bölgüsü zamanı ixtisas müəllimlərinin diaqnostik qiymətləndirmə və MİQ balları nəzərə alınaraq 8 saat əsas dərs 2 saat dərsdənkənar məşğələ olmaqla *0 saat İddiaçı (D/Q balı 48/36), 4 saat əsas dərs * saat dərsdənkənar məşğələ olmaqla 5 saat X8 (D/Q balı 26/*3) verilmişdir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin coğrafiya müəllimləri olmaqla həmin fənn üzrə dərsləri tədris edirlər. 2022-2023-cü tədris ilində məktəbdə coğrafiya fənni üzrə ümumi dərs yükü *2 saat əsas dərs saatı, 3 saat isə dərsdənkənar məşğələ olmaqla *5 saat təşkil etmişdir. Diaqnostik qiymətləndirmə balları nəzərə alınaraq iddiaçıya 8 saat coğrafiya, 2 saat fakultativ məşğələ olmaqla, cəmi *0 saat dərs yükü, X8 isə 4 saat coğrafiya, * saat fakultativ məşğələ olmaqla, cəmi 5 saat dərs yükü verilmişdir. İddiaçı məktəbdə coğrafiya ixtisası üzrə yalnız özünün ixtisaslı müəllim olduğunu, X5 isə ixtisasca müəllim olmaması və sonradan tarix fənni üzrə kurs keçməsini əsas gətirərək coğrafiya fənni üzrə əsas dərs saatları və fakultativ məşğələ saatlarının, cəmi *5 saat dərs yükünün bütünlüklə ona verilməsini tələb edir. Cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru X*2 isə iddia tələbini qəbul etməyərək dərs yükü bölgüsünün diaqnostik qiymətləndirmə ballarına uyğun qanuni aparıldığını bildirir. İddiaçı *0 saat dərs yükü ilə razılaşmayaraq X8 ayrılmış 5 saat dərs yükünün də ona verilməsini tələb edərək ümumi *5 saat dərs yükü ilə təmin olunması ilə bağlı cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsi olmaqla dərs yükünün bərpa olunması ilə bağlıdır və mübahisə aşağıdakı hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İ bəndinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır; 35-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 30.2-ci maddəsinə əsasən dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir; 36-*.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər; 36-2.*-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: *.0.2-ci maddəsinə əsasən ümumi təhsil müəssisəsi - ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsidir; 20.4-cü maddəsinə əsasən dövlət ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Pedaqoji Şura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin *9 noyabr 20*0-cu il tarixli, *486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.*.2.6-cı bəndinə əsasən dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya, “Kiçik akademiya” və digər bu kimi şagird birliklərinin fəaliyyəti Pedaqoji Şuranın vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20**-ci il *3 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.2-ci bəndinə əsasən dövlət ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.*0.20*5-ci il tarixli, 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın: 2.2-ci bəndinə əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi diaqnostik qiymətləndirilmənin məqsədidir; 3.*.*-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur; 3.*.2-ci bəndinə əsasən nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb olunur; 5.*-ci bəndinə əsasən diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum *0 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin *6.0*.20*5-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır; 5.2-ci bəndinə əsasən təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır; 6.*-cı bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edə bilərlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 20*8-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının: 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü *8 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü *8 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü *8 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi 3 maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir; 4.6-cı bəndinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 20*0-cu il tarixli, 2*5 nömrəli Qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin * (bir) stavka dərs yükü – *8 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik * (bir) stavka dərs yükü - *2 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 57-ci maddəsinin *-ci bəndinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir; 57-ci maddəsinin 2-ci bəndinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X4 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir; 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir; 67-2-ci maddəsinin *-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər; 294-cü maddəsinin *-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuradır. Ümumitəhsil məktəblərində ali idarəetmə orqanı olan ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuranın kollegial şəkildə qəbul etdiyi qərarları ilə müəllimlərin dərs yükünün təsdiq edilməsi və zəruri hesab edilən digər məsələlər həll edilir. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək, tədris ilinin əvvəlində müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Pedaqoji şuranın qərarı ilə təsdiq edilən dərs ilinin əvvəlində pedaqoji işçilərə elan olunan dərs yükü yalnız həmin tədris ilində qüvvədə olur. İddiaçının 2022-2023-cü tədris ili üçün dərs saatı əsaslı olaraq 8 saat coğrafiya, 2 saat fakultativ, cəmi *0 saat müəyyən edilmiş, belə qərarın qəbul edilməsi pedoqoji şuranın fəaliyyətini nizamlayan qanunvericilik normalarına uyğun olmuşdur. Dərs bölgüsü əmək və təhsil qanunvericiliyinin tələblərinə əməl edilməklə aparılmış, məktəbdə analoji vəzifə tutan üçüncü şəxs X5 dərs yükü ilə müqayisədə ədalətli tarazlığa riayət edilmiş, fənn üzrə dərs yükü balanslaşdırılmışdır. Coğrafiya fənni üzrə dərs yükünün müəllimlər arasında qeyri-proporsional bölündüyü də müəyyən edilmir. Üçüncü şəxs X5 dərs saatı iddiaçının dərs saatından artıq deyildir. Artıq dərs saatları mövcud olmadığından hər iki müəllim normativ aktlarla müəyyən edilmiş minimum dərs yükü ilə də təmin edilməmişlər. Dərs yükünün azalması məktəbdə sinif komplektlərinin azalması ilə bağlı olmuşdur. Məktəbdə ** sinif komplekti, 2 coğrafiya müəllimi və cəmi *5 saat dərs yükü mövcuddur. İddiaçıya dərs yükü normativ hüquqi aktların tələblərinə uyğun verilmişdir. Yuxarıda sözügedən maddi hüquq normalarının mənasına görə, təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. Pedaqoji şuranın qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmənin nəticələrinə görə daha çox, yəni 48 bal topladığına görə iddiaçıya 8 saat coğrafiya və 2 saat fakultativ olmaqla, cəmi *0 saat dərs yükü, 26 bal toplamış X8 isə 4 saat coğrafiya və * saat fakultativ olmaqla, cəmi 5 saat dərs yükü verilmişdir. İddiaçının dərs yükü bilavasitə dərs saatlarının azalmasına görə baş vermiş, mövcud dərs yükü diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun olaraq iddiaçı və üçüncü şəxs X*0 arasında bölüşdürülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 oktyabr 20*5-ci il tarixli, 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nda və digər normativ hüquqi aktlarda təhsil müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı və əməyinin düzgün dəyərləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınmalıdır. Hazırda iddiaçı onun dərs yükü azaldığına görə əmək hüququnun pozulduğunu iddia edir. Lakin, iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin pozuntusu aşkar edilməmişdir. Belə ki, əmək funksiyasının birtərəfli qaydada dəyişdirilməsi özlüyündə işçinin və ya işəgötürənin qanuni əsas olmadan əmək funksiyasının dəyişdirilməsini ehtiva edir. İddiaçı məktəbdə coğrafiya müəllimi vəzifəsinə işə götürülmüşdür. İşəgötürən tərəfindən iddiaçının əmək funksiyası dəyişdirilməmiş və o, başqa işə keçirilməmişdir. Göründüyü kimi, həmin norma əmək şəraiti və əmək funksiyasında dəyişiklik edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı iş üzrə iddiaçının əmək funksiyasında və ya əmək şəraitində hər hansı dəyişiklik olmamışdır. Çünki, iddiaçı yenə də həmin məktəbdə coğrafiya müəllimi kimi çalışmağa davam etməkdədir. İddiaçıya topladığı bala uyğun müvafiq dərs yükü də verilmişdir. İddiaçıya artıq dərs yükünün verilməməsi onun əmək funksiyasının dəyişdirilməsi, onun dairəsinin azaldılması demək deyildir. Məktəbdə ümumi dərs saatlarının azalması nəticəsi olaraq iddiaçının dərs yükünün azaldılması və diaqnostik qiymətləndirmə zamanı bilik və bacarığının yoxlanılmasının nəticəsinə uyğun olaraq iddiaçıya dərs yükünün verilməsi əmək funksiyasının dəyişdirilməsi kimi qiymətləndirilməməlidir. İddiaçı əvvəlki illərdə artıq dərs yükü ilə təmin edildiyi halda, 2022-2023-cü tədris ilində dərs yükünün azalması onun işlədiyi təhsil müəssisəsində yaranan obyektiv vəziyyətlə, yəni dərs saatlarının azalması ilə əlaqədar olmuşdur. Bu isə onu deməyə əsas verir ki, işəgötürən tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Bu baxımdan məktəbin səlahiyyətli orqanı olan pedaqoji şura tərəfindən dərs saatlarının iddiaçı və üçüncü şəxs X*0 arasında bölünməsi iddiaçının əmək funksiyasının azaldılması kimi qiymətləndirilə bilməz və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin mübahisəyə tətbiq edilməsinə əsas vermir. Həmçinin, iddiaçının üçüncü şəxs X5 qeyri-ixtisas müəllimi olması və müəllim ixtisasını bitirməməsi ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, iddiaçının diaqnostik qiymətləndirməyə buraxılması onun ixtisası ilə bağlı hər hansı irad bildirilməsini istisna edir. Yəni, hər hansı irad bildirilməyərək imtahana buraxıldığı vəziyyətdə qeyri-ixtisas müəllimi olması əsası ilə üçüncü şəxs X8 dərs yükü məsələsində hər hansı məhdudiyyət qoyulması düzgün olmaz. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması” Qaydalarının 3.*.*-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur. Göründüyü kimi, Qaydalar müəllimlərlə bağlı istisna müəyyən etməmiş, məktəbdə əmək müqaviləsi əsasında işləyən müəllimlərin hamısının diaqnostik qiymətləndirməyə cəlb edilməsi nəzərdə tutulmuşdur. Üçüncü şəxs X*0 orta məktəbdə müəllim vəzifəsində çalışırsa, onun bu vəzifəyə yararlılığı qanunvericilik qaydasında istisna olunmayıbsa, işçinin hansı əsasla, kim tərəfindən işə qəbul edilməsi əhəmiyyət kəsb etmir. Həmin əsasla iş yükündə, peşəkarlığının inkişafında və əmək haqqının artırılmasında fərqli münasibət ayrı-seçkiliyə yol verilməsi kimi qiymətləndirilməlidir. Üçüncü şəxs X5 məktəbdə 20 ildən artıq müddətdə coğrafiya ixtisası üzrə işlədiyi, diaqnostik qiymətləndirmədə müəyyən olunmuş normadan aşağı nəticə göstərmədiyi, həmin məktəbdə 2002-ci ildən coğrafiya fənnini tədris etdiyi nəzərə alınmalıdır. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin *2 oktyabr 2022-ci il tarixli məktubundan da görünür ki, X*0 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun tarix ixtisasını bitirmiş, həmin ildən Hazırəhmədli kənd T.Məmmədov adına tam orta məktəbin coğrafiya müəllimi olaraq çalışmışdır. 20*7-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarında coğrafiya fənni üzrə iştirak etmiş, *3-ü ixtisas olmaqla 26 bal toplamışdır. Məhkəmə qeyd edir ki, dərs yükünün bölünməsi zamanı fənn üzrə ümumi dərs saatlarının miqdarı, müəllimlərin topladığı diaqnostik balların cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır. Hazırkı iş üzrə məktəbdə coğrafiya fənni üzrə dərs saatlarının miqdarı *2, fakultativ saatların miqdarı 3 (cəmi *5 saat), coğrafiya müəllimlərinin sayı isə 2-dir (iddiaçı və üçüncü şəxs X*0). Diaqnostik qiymətləndirmədən iddiaçı 48, üçüncü şəxs X*0 isə 26 bal toplamışdır. Əmsalı tapmaq üçün *5-i (ümumi dərs saatlarının sayını) 74-ə (müəllimlərin diaqnostik ballarının cəminə (48 + 26)) böldükdə əmsal 0.2 alınır. Bu zaman 48 bal toplayan iddiaçı 0.2 x 48 = 9.6, yəni *0 saat, 26 bal toplayan üçüncü şəxs X*0 isə 0.2 x 26 = 5.2, yəni 5 saat dərs aparmalıdır. Göründüyü kimi dərs yükü də həmin qaydada bölünmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, yalnız 2022-2023-cü tədris ilində deyil, əvvəlki illərdə də məktəbdə olan coğrafiya fənni üzrə dərs yükləri iddiaçı və üçüncü şəxs X*0 arasında bölüşdürülmüşdür. 20*6-cı ildə məktəbdə 22 saat dərs yükü olmuş, 6 saat dərs yükü üçüncü şəxsə ayrılmış, *6 saat dərs yükü isə vakanta çıxarılmışdır. İddiaçı 20*6-cı ildə *6 saat vakant dərs yükünə məktəbə yerdəyişmə etmiş, 20*9-cu ilədək *6 saat dərs yükü olmuş, sonradan sinif komplektləri azaldığından iddiaçının dərs yükü tədricən azalmışdır. Həmin illərdə müvafiq olaraq üçüncü şəxs X*0 da dərs yükü ilə təmin olunmuş, coğrafiya dərsləri üçüncü şəxsdən alınaraq bütünlüklə iddiaçıya verilməmişdir. Hazırda iddiaçı dərs yükünün artırılmasını deyil, mövcud olan dərs saatlarının bütünlüklə ona verilərək *2 saat coğrafiya dərs yükü və 3 saat fakultativ ilə təmin edilməsini xahiş etmişdir. Belə olan halda üçüncü şəxs X*0 dərs yükündən tamamilə məhrum olmuş olacaqdır ki, bu da onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əmək hüququnun pozulmasına səbəb olmaqla Azərbaycan Respublikası Konstitusiyasına (35-ci maddə) və Əmək Məcəlləsinin müvafiq normalarına (9-cu maddə) ziddir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 2022-2023-cü tədris ili üçün dərs saatları ayrılmış və tədris ili artıq yekunlaşmışdır. Müəyyən olunmuş dərs yükü iddiaçının növbəti tədris illəri üçün də daimi dərs yükü olacağı anlamına gəlmir və məktəbdə dərs saatları artacağı təqdirdə növbəti tədris illərində iddiaçının dərs yükünün artırılması da istisna edilmir. Məhkəmə hesab edir ki, dərs bölgüsü zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmur. 2022-2023-cü tədris ili üçün iddiaçının dərs saatları ilə təmin edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məktəb üzrə 2022-2023-cü tədris ilində dərs bölgüsü zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi (*5 mart 20*7-ci il tarixli 5* nömrəli əmrlə təsdiq edilmiş) Qaydaları”nın 2.2-ci bəndinin tələblərinə əməl olunmuşdur. Hazırki iş üzrə cavabdehə qarşı yönəlmiş iddia tələbi əsaslı sayıla bilməz. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3* yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə qarşı (X*0 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dərs yükünün bərpa olunması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə qarşı (X*0 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dərs yükünün bərpa olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Tural Ələkbərov