Məhkəmə qərarları › İş №2(045)-882/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-882/2023

18.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-882/2023 18.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus evdən Cavabdeh cehiz əmlaklarının – 2 ədəd güzgülü termo, 1 ədəd üçkünc divan, 2 ədəd serviz yığılması üçün termo, 1 ədəd 12 şamlıq lyustur, 1 ədəd (qabaq) stol, 8 ədəd oturacaq stul, 1 ədəd kuxna mətbəxi (əşyasız), 1 ədəd şvaner, 1 ədə iki nəfərlik çarpayı, 1 ədəd sandıq, 1 ədəd güldan, 2 ədəd xalça, 1 ədəd tuxovka, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd tozsoran, 4 ədəd tək nəfərlik döşək, 4 ədəd təknəfərlik yorğan, 1 ədəd iki nəfərlik çarpayı döşəyi, 1 ədəd iki nəfərlik çarpayı yorğanı, 6 ədəd böyük yastıq, 6 ədəd balaca yastıq, 2 ədəd mütəkkə, 1 dəst yemək sevrisi (qab), 1 dəst çay dəsti, 1 ədəd iri şirniyyat qabi, 2 ədəd şirniyyat qabı, 2 ədəd ləğə qabı, 2 qutu armudu stəkan dəsti, 1 qutu çəngəl, qaşıq bıçaq dəsti, 1 ədəd ət çəkən maşın (elektron), 2 ǝdad padnus, 4 ədəd pərdə, 2 ədəd şirəli qazan, 2 ədəd yemək qazanının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu ilə evlendikdən sonra ona məxsus Goranboy rayonu, Azad kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir müddət sonra gəlini oğlu ilə yola getməməyə başlamış ve onlar ayrılmaq qərarına gəlmişdirlər. Mübahisəli ev onun mülkiyyətidir və Cavabdeh oğlu ilə müvəqqəti yaşamaqları üçün vermişdir. Cavabdeh oğlu ilə ayrılmasına baxmayaraq ona məxsus cehiz əşyaları ona məxsus yaşayış evindədir. Cavabdehin həmin evdə yaşamasını ve yaxud Goranboy rayonu, Azad kəndində yerləşən evdə cavabdehə mexsus cehiz eşyalarının qalmasını istəmir. Könüllü şəkildə xəbərdarlıq etmişdir ki, cavabdeh cehizlərini çıxartsın, lakin sonuncu çıxartmaq istəmir Ona görə də məcbur olaraq məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, cavabdehlə oğlu arasında nikah rəsmi olaraq qalsa da, ailə münasibətləri faktiki olaraq kəsilmiş, artıq bir ilə yaxındır ki, oğlu cavabdehdən ayrılaraq birgə təsərrüfat aparmırlar, cavabdehlə münasibətləri kəskin olduğu üçün birgə yaşamaqları qeyri mümkündür. Cavabdeh hal-hazırda Goranboy rayonu, Yeni Veyisli qəsəbəsində atası evində yaşayır. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri üzrə Dovlət Xidməti Daşınmaz Əmlakın Dğvlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,12 ha torpaq sahəsində yerləşən 31.80 kv.m sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu hal-hazırda rəsmi nikahda olsa da, ailə münasibətləri faktiki olaraq pozulmuş və cavabdehin iddiaçıya məxsus evə hər hansı istifadə hüququ yoxdur. Cavabdeh məxsus cehiz əmlakların iddiaçıya məxsus evdə olması mülkiyyətçinin öz mülkiyyətindən istifadə etməsinə maneələr yaratmış, nəticədə mülkiyyətçi bu maneələrə son qoymağı məhkəmə qaydasında tələb etmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçının iddia ərizəsində göstərilən və cavabdehə məxsus olan 34 adda cehiz əşyaları İddiaçıa məxsus Goranboy rayonu, Azad kəndində yerləşən evdən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlaklar – 2 ədəd güzgülü termo, 1 ədəd üçkünc divan, 2 ədəd serviz yığılması üçün termo, 1 ədəd 12 şamlıq lyustur, 1 ədəd (qabaq) stol, 8 ədəd oturacaq stul, 1 ədəd kuxna mətbəxi (əşyasız), 1 ədəd şvaner, 1 ədə iki nəfərlik çarpayı, 1 ədəd sandıq, 1 ədəd güldan, 2 ədəd xalça, 1 ədəd tuxovka, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd tozsoran, 4 ədəd tək nəfərlik döşək, 4 ədəd təknəfərlik yorğan, 1 ədəd iki nəfərlik çarpayı döşəyi, 1 ədəd iki nəfərlik çarpayı yorğanı, 6 ədəd böyük yastıq, 6 ədəd balaca yastıq, 2 ədəd mütəkkə, 1 dəst yemək sevrisi (qab), 1 dəst çay dəsti, 1 ədəd iri şirniyyat qabi, 2 ədəd şirniyyat qabı, 2 ədəd ləğə qabı, 2 qutu armudu stəkan dəsti, 1 qutu çəngəl, qaşıq bıçaq dəsti, 1 ədəd ət çəkən maşın (elektron), 2 ǝdad padnus, 4 ədəd pərdə, 2 ədəd şirəli qazan, 2 ədəd yemək qazanı İddiaçı məxsus Goranboy rayonu, Azad kəndində yerləşən evdən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar