Məhkəmə qərarları › İş №2(045)-884/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-884/2023

20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-884/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X20 Məhəmməd oğlunun sədrliyi, X21 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi ilə məhkəməytə müraciət edərək Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşayalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbində dəqiqləşdirmə apararaq Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının (yataq dəsti – 1 ədəd (qoşa çarpayı, paltar şkafı, 2 ədəd tumboçka, 2 ədəd naçnik, yataq dəstinə aid yorğan – döşək və digər əşyalar), qonaq mebeli – 1 dəst, divan – 2 ədəd, kreslo – 2 ədəd, qabaq stolu dəsti – 2 ədəd, şkaf – 2 ədəd, güzgülü şkaf – 1 ədəd, mətbəx mebeli – 1 dəst, soyuducu – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, mətbəx avadanlıqları və mətbəxə aid qab-qacaq, böyük gəvə - 1 ədəd, balaca gəvə - 1 ədəd, yataq otağı üçün gəvə - 1 ədəd, mətbəx üçün kavrolit – 1 ədəd, lyustr – 4 ədəd) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair qarşılqılı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, onun və xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X15 ilə birlikdə Goranboy şəhəri, H.Əliyev prospekti, 34 (143) nömrəli ünvanda yerləşən İddiaçı adına olan fərdi yaşayış evinə köçürülməyi və yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müqdafiə edəərk qarşılıqlı idida tələbini rədd edərək izahatında bildirdi ki, Cavabdeh onun gəlini olmuşdur. X2 ilə 2012-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdurlar. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun mülkiyyətində olan və Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən 34 saylı fərdi yaşayış evnə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yığmışdır. Cavabdeh demək olar ki, onun mülkiyyətində olan evdə heç yaşamamışdır. Belə ki, toydan az sonra oğlunun daimi yaşadığı Rusiya Federasiyasının Moskva Şəhərinə getmişlər və daima orada yaşamışlar. Oğlu ilə münasibətləri pozulduğu üçün 2022-ci ilin aprel ayında ondan ayrılaraq Azərbaycana qayıtmışdır və həmin vaxtdan atası evində yaşayır. Məhkəməyə təqdim etdiyi nikahın ləğvi barədə şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, cavabdehlə oğlu arasında olan nikah qeydi 28 aprel 2022-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh atası evində yaşasa də gətirdiyi cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmaqdadir. Həmin əşyaların onun evində olması ona və ailə üzvülərinə mane olur, evindən istədiyi ki, istifadə edə bilmir. Cavabdehə dəfələrlə təklif olunub ki, cehiz əmlakını onun evindən çıxarsın, lakin o könüllü olaraq əşyalarını çıxarmaq istəmir. Məhkəməyə təqdim etdiyim Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli olan Çıxarışdan görünür ki, Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh ümumiyyətlə onun evində yaşamamış, sadəcə gəlib getmişdir. Buna görə də onun orada istifadə hüququ da ola bilməz. Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının (yataq dəsti – 1 ədəd (qoşa çarpayı, paltar şkafı, 2 ədəd tumboçka, 2 ədəd naçnik, yataq dəstinə aid yorğan – döşək və digər əşyalar), qonaq mebeli – 1 dəst, divan – 2 ədəd, kreslo – 2 ədəd, qabaq stolu dəsti – 2 ədəd, şkaf – 2 ədəd, güzgülü şkaf – 1 ədəd, mətbəx mebeli – 1 dəst, soyuducu – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, mətbəx avadanlıqları və mətbəxə aid qab-qacaq, böyük gəvə - 1 ədəd, balaca gəvə - 1 ədəd, yataq otağı üçün gəvə - 1 ədəd, mətbəx üçün kavrolit – 1 ədəd, lyustr – 4 ədəd) çıxarılması barədə qətnamə çıxarılmasını, qarşılqılı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Nümayəndə ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı idianı müdafiə edərək, ilkin iddiaya etiraz edərək izahatında bildirdi ki, o cavabdeh X9 ilə el adəti üzrə ailə qurmuş, xx.xx.2012-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012 ilin 03 ayının 10 günüdə 303 №- ilə qeyd edilmişdir. Məmməd Əsgərov və onun valideynləri - cavabdeh, mülkiyyətçi Goranboy şəhəri, H. Əliyev prospekti, 34 (143) №-li ünvanda yerləşən özlərinə məxsus evə, onu öz razılıqları ilə evdə yaşamaq, evdən istifadə etmək üçün gəlin gətirmiş, cehiz əşyalarını həmin evə yığmış, həmin evdə o cavabdehlərlə birgə yaşamış, onlarla birgə təsərrüfat aparmış, onun uşaqları Goranboy şəhəri, H. Əliyev pr. ev 34(143) evdə doğulmuş, yaşamış, böyümüş və həmin evdə qeydiyyatdadırlar. Onun və uşaqlarının evin mülkiyyətçisi və onunla birgə yaşayan ailə üzvləri ilə etibarlı ailə əlaqələri mövcud olmuş, o yaşayış sahəsinə olan ehtiyacını yalnız mülkiyyətçinin evindən istifadə etməklə qarşılamış, hazırda da buna onun və uşaqlarının daha çox ehtiyacı vardır. Cavabdeh X9 ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X14 (doğum haqqında şəhadətnamə xx.xx.2021-ci il, AZ-T N9 168344, Goranboy rayon Qeydiyyat şöbəsi), xx.xx.2014-cü il təvəllüdlü X8 ( doğum haqqında şəhadətnamə xx.xx.2021-ci il, AZ-T № 140291, Goranboy rayon Qeydiyyat şöbəsi), xx.xx.2016-cı il təvəllüdlü X15 ( doğum haqqında şəhadətnamə xx.xx.2021-ci il, Az-T № 168345, Goranboy rayon Qeydiyyat şöbəsi) övladları vardır. O və uşaqları Goranboy şəhərində olarkən cavabdeh X9 xx.xx.2021-ci il tarixdə RF-da məhkəməyə iddia ərizəsi vermiş, xx.xx.2022-ci il tarixli qətnamə əsasında nikah pozulmuş, 28.04. 2022-ci il tarixli, Vİ-MY № 566662 Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O və uşaqları başqa yaşayış sahəsi, evi olmadığı üçün müvəqqəti olaraq onun valideynlərinin evinə sığınmışdır. Lakin o evə köçdüyü zaman, 2012-ci ildə Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış evinə dair istifadə hüququnun verilməsi ilə bağlı mülkiyyətçi ilə hər hansı bir müqavilə bağlamamışdır. Buna görə də ilkin iddianın rədd edilməsi, onun və xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X15 ilə birlikdə Goranboy şəhəri, H.Əliyev prospekti, 34 (143) nömrəli ünvanda yerləşən İddiaçı adına olan fərdi yaşayış evinə köçürülməyi və yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh vəkili Vəkil qarışılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli olan Çıxarışdan görünür ki, Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Goranboy şəhəri, H.Əliyev prosepekti 34 ünvanında yerləşən fərdi yaşayış evi miras qoyan X3 mülkiyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş miras payın bağışlanması haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X6, X10, X9, X4, X1 şəhəri, H.Əliyev prospekti, 34 ünvanda yerləşən fərdi yaşayış evinini anaları İddiaçı bağışlamışlar. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X9 ilə Cavabdeh arasında nikah 10 mart 2012-ci il tarixdə Moskva VVAQ İdarəsi, Solntsevskiy VVAQ şöbəsində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il, AZ-T № 168344 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il, AZ-T № 140291 doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il, AZ-T № 168345 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy şəhər İƏD nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 650 saylı arayışından görünür ki, Nəsibova X16 şəhəri, Fizuli küçəsi ev 07 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Elektron məhkəmə informasiya sistemində Cavabdeh şəxsi məlumatlarınına dair sorğunun cavabından görünür ki, Cavabdeh subaydır, ünvan 5 ünvanında qeydiyyatdadır. İşin göstərilən halları tərəflərin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməli, qarşılqılı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli olan çıxarışa əsasən Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. O ona məxsus olan fərdi yaşayış evində Cavabdeh məxsus olan cehiz əşyalarının çıxarılmasını tələb edir. Cavabdeh 2012-ci ildə ailə quraraq Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış evinə gəlin köçmüş, sonradan həmin fərdi yaşayış evini tərk etmişdir. İlkin iddia ərizəsində qeyd edilən cehiz əşyaları Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış evində yerləşir. Qeyd edilən faktlar işin mübahisəsiz halıdır. Cavabdeh 2012-ci ildə ailə quraraq Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış evinə gəlin köçdüyündən hazırda həmin fərdi yaşayış evinə köçürlüməsini və istifadə hüququnun tanınmasını tələb edir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Nəsibova X16 şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış evinə 2012-ci ildə köçdüyündən qeyd edilən münasibətlərə yeni Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, Nəsibova X16 şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış evinə dair istifadə hüququnun verilməsi ilə bağlı mülkiyyətçi ilə hər hansı bir müqavilə bağlanılmamış, Cavabdehnən həmin fərdi yaşayış evinə dair istifadə hüququ yaranmamış, hazırda da istifadə hüququ mövcud deyildir və o həmin fərdi yaşayış evinə köçürülə bilməz. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış evinə köçürülmə və istifadə hüquqununun tanınmasına tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli olan çıxarışdan görünür ki, Goranboy şəhəri,H.Əliyev Prospektində yerləşən,284.79 kv.m. fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh məxsus əşyaların onun mülkiyyətikndə olan fərdi yaşayış evində olması isə onun mülkiyyət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair ilkin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları (yataq dəsti – 1 ədəd (qoşa çarpayı, paltar şkafı, 2 ədəd tumboçka, 2 ədəd naçnik, yataq dəstinə aid yorğan – döşək və digər əşyalar), qonaq mebeli – 1 dəst, divan – 2 ədəd, kreslo – 2 ədəd, qabaq stolu dəsti – 2 ədəd, şkaf – 2 ədəd, güzgülü şkaf – 1 ədəd, mətbəx mebeli – 1 dəst, soyuducu – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, mətbəx avadanlıqları və mətbəxə aid qab-qacaq, böyük gəvə - 1 ədəd, balaca gəvə - 1 ədəd, yataq otağı üçün gəvə - 1 ədəd, mətbəx üçün kavrolit – 1 ədəd, lyustr – 4 ədəd) çıxarılmalı, qarşılqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında iddiaçı tərəfindən tələb edilmədiyindən həmin məbləğ ilkin iddiaçının özünə, qarşılıqlı iddia tələbi rədd edildiyindən qarşılqlı idia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyaları (yataq dəsti – 1 ədəd (qoşa çarpayı, paltar şkafı, 2 ədəd tumboçka, 2 ədəd naçnik, yataq dəstinə aid yorğan – döşək və digər əşyalar), qonaq mebeli – 1 dəst, divan – 2 ədəd, kreslo – 2 ədəd, qabaq stolu dəsti – 2 ədəd, şkaf – 2 ədəd, güzgülü şkaf – 1 ədəd, mətbəx mebeli – 1 dəst, soyuducu – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, mətbəx avadanlıqları və mətbəxə aid qab-qacaq, böyük gəvə - 1 ədəd, balaca gəvə - 1 ədəd, yataq otağı üçün gəvə - 1 ədəd, mətbəx üçün kavrolit – 1 ədəd, lyustr – 4 ədəd) çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. İlkin iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddiaçıya, qarşılqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar