Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-885/2025 07.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4150 (dörd min yüz əlli) manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iş yoldaşı Mahir vasitəsi ilə tanımışdır. Belə ki, o, Goranboy rayon Yanğından mühafizə şöbəsində işləyirmiş, 2019-cu ilin oktyabr ayında isə işdən çıxarılmışdır. İşinə bərpa olunmasını istədiyindən iş yoldaşı Mahir ona cavabdehi tanıtdıraraq onun bir çox adamları işə düzəltdiyini, əlaqə nömrəsini verərək onunla əlaqə yaratmasını bildirmişdir. O, cavabdehlə telefonla danışan zaman cavabdeh ona sənədlərini və 6000 manat pulu Bakı şəhərinə gətirməsini demiş, o isə 5150 manat pulu və sənədlərini götürüb Bakı şəhərinə getədərk onunla görüşmüşdür. Görüşdükdən sonra dəfələrlə işin düzəlməsi barədə onunla əlaqə saxlasa da, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu vermək istəmir. Həmçinin, cavabdehin atası həmin işin ona aidiyyatı olmadığını bildirərək, həmin puldan 1000 manat qaytarmışdır. Buna görə də məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək etiraf edir və onun həqiqətən də 4150 manat məbləğində iddiaçıya borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir və hər ay 500 manat ödəməyə razı olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X3 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı onun oğludur. Dəfələrlə cavabdehə oğlunun pulunun qaytarılması barədə bildirsə də, cavabdeh ona məhəl qoymamışdır. Həmçinin, cavabdehin atası həmin puldan 1000 manat oğluna geri qaytarmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı onun oğlunun kirvəsidir. Qeyd olunan həmin məbləğdə pulu onun yanında iddiaçı cavabdehə vermişdir. İddiaçı ilə dəfələrlə onlara gedərək pulu tələb etməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Goranboy RİHB-nın Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli, 180 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Goranboy rayon Səfikürd kəndində qeydiyyatdadır və yaşayır. Əsas 11 – N li təsərrüfatbaşına kitabın 52-ci səhifəsi. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Goranboy rayonun Safıkürd kəndində anadan olmuşdur. Goranboy rayonun Səfikürd kəndində qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 5150 manat pulu oktyabr ayının 22-də etdikləri borc müqaviləsini noyabr ayının 1 üçün tam ödənilməsinə söz vermişdir. 17 mart 2025-ci il tarixli xəbərdarlıq-bildirişdən görünür ki, Cavabdeh 4150 manat borcunun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4577 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş borc müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə cavabdeh tərəfindən iddiaçıya olan borcunun geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir. Həmçinin, cavabdeh iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. MPM-nin: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4150 manat məbləğində borc pul İddiaçı xeyrinə tutulmalı və 63 manat məbləğində dövlət rüsmunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4150 manat məbləğində borc pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 63 manat tutularaq dövlət büdcəsinə dövlət rüsumu tutulsun . Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-885/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-885/2025
07.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver