Məhkəmə qərarları › İş №2(045)-912/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-912/2024

03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-912/2024 03.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1469 manat borc və ödənilmiş 34,69 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xırda ticarətlə məşğuldur. 5 ilə yaxındır ki, o, pulunu Cavabdeh ala bilmir. Cavabdeh 1972-ci il iyul ayının 24-də Zeyvə kəndində anadan olub və hal-hazırda 58-ci məhəllədə yaşayır. Ev telefonu 24-20-0-93, mobil nömrəsi ***-***-**-** axırıncı nömrəsi ***-***-**-**. Ona veriləcək 1469 manat dəyərində malı hissə-hissə alıb kart verərək onu aldatmışdır. Onu aldadaraq əmək haqqı kartı və sosial kartını verərək pulunu belə ödəyəcəyini bildirmişdir. Sonradan ona belə məlum olmuşdur ki, kartlar yararsızdır və ləğv edilmişdir. O cavabdehin səsini telefona yazdırmışdır. Bundan başqa onu aldadadraq imza etdiyi siyahılar var. O cavabdehə demişdir ki, “məni dəfələrlə aldadıbsan ki, pulunu verəcəm” lakin pulu veməmişdir Sonradan onu bier daha aldatdı ki, “atamın beşmərtəbədə olan ata evimi satırıq,mənim payıma düşən puldan alanda verəcəm”. Ancaq yenə də verməd, gah dedi Goranboy rayonu, Zeyvə kəndində pay torpağını satacaq becərə bilmir və beləliklə vaxtı uzadır. O, aşağıda hansı malların ondan aldığını siyahı edir. Don 12 ədəd -154 manat, alt paltarı 12 ədəd- 28 manat, qadın dəsti 7 ədəd- 174 manat, retuz 1 ədəd -10 manat, pul qabı- 8 manat, su stəkanı 1 ədəd- 1 manat, çekələk 1 ədəd- 5 manat, şpulka 1 ədəd- 2 manat, termos 1 ədəd-12 manat, stəkan 3 paçka -16 manat, kofta 9 ədəd- 92 manat, yataq dəsi 10 ədəd- 300 manat, uşaq dəsti 15 ədəd- 108 manat, serviz dəsti -45 manat, ətir 1 ədəd-8 manat, boşqab dəsti- 55 manat, dəsmal 12 ədəd- 42 manat, döşək üzü 4 ədəd -24 manat, yataq dəsti 6 ədəd -180 manat, qadın paltarı 2 ədəd-10 manat, yay ayaqqabısı 2 ədəd -18 manat, şalvar 2 ədəd-17 manat, corab 4 ədəd-4 manat, qazan 2 ədəd- 40 manat, şortiq 6 ədəd- 42 manat, stol dəsmalı 2 ədəd- 2 manat, maşın 1 ədəd – 3 manat, ayaqqabı 2 cüt- 24 manat, yorğan örtüyü 2 ədəd- 45 manat, cəmi məbləğ 1469 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh İddiaçı ondan 1469 manat dəyərində paltar və cehiz əşyalarını nisyə almışdır. O, cavabdehdən aldığı malın pulunu dəfələrlə tələb etmiş, lakin sonuncu buna məhəl qoymamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı aldığı 1469 manat dəyərində malın pulunun bir qismini ödəmiş və hazırda sonuncuya 960 manat borcu vardır. Həmin borcu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sadə yazılı əqdlərdən görünür ki, Cavabdeh İddiaçı 1469 manat məbləğində nisyə mal almışdır; "xxxx" ASC-nin 26176 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan geyim və cehiz əşyalarını satmağı, cavabdeh isə həmin müqavilə üzrə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi, yəni özünə məxsus geyim və cehiz əşyalarını 1469 manata Cavabdeh satmış, cavabdeh isə malın dəyərini ödəmək öhdəliyini icra etməmiş, nəticədə iddiaçıya 1469 manat borcu qalmış, buna görə iddiaçının cavabdehdən verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmış, cavabdeh də iddia tələbini qismən qəbul edərək iddiaçıya 960 manat borcu olduğunu etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır; 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin işə əlavə edilmiş cavabdehin ərizəsindən görünür ki, iddiaçıdan 1469 manat dəyərində malın nisyə aldığını etiraf etmiş, lakin həmin məbləğdən müəyyən hissəsini ödədiyini və iddiaçıya 960 manat borcunun olmasını qeyd etsə də, iddiaçıya tələb olunan məbləğdən ödəniş etdiyini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, hazırkı iddianın əsaslı olubolmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatı arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı geyim və cehiz əşyalarını 1469 manata cavabdehə nisyə satmış, cavabdeh də aldığı malın dəyərini ödəyəcəyi barədə vəd versə də, bugünədək borcunu ödəməmişdir. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, Cavabdeh malları iddiaçıdan 1469 manata almış və iddiaçı qarşısında öhdəliyini yerinə yetirməyərək malın dəyərini ödəməmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1469 manat məbləğində pul və ödənilmiş 34,69 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1469 manat məbləğində pul və ödənilmiş 34,69 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar