Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-995/2024 06.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdeh Goranboy rayon Xoylu Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Goranboy rayon Xoylu Bələdiyyəsindən icarə müqaviləsi əsasında istifadəsində olmuş 4 ha torpaq sahəsindən çəkdiyi xərclər nəticəsində onun xərclədiyi 415843.5 manat həcmində olan maddi zərərin ona ödənilməsi və ya çəkdiyi xərcin əvəzlənməsi məqsədi ilə torpaq sahəsinin daha 3 il müddətinə onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər, yəni 03 may 2024-cü il tarixdə İddiaçı iddia ərizəsinin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Goranboy rayon Xoylu Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-995/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-995/2024
06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver