Məhkəmə qərarları › İş №2(046)-1021/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1021/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1021/2020 11.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə ərizəsinə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ford Fiesta” markalı ** BL *** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 350 manat vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumun Cavabdeh «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxxxxxxx” ASC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsi geri qaytarılmalıdır, ona görə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsaəsn ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 153.6, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : İddiaçı “xxxxxxxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər “xxxxxxxxx” ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar