Məhkəmə qərarları › İş №2(046)-1026/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1026/2021

05.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1026/2021 05.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində 05 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə yaranmış 4000 manat kredit borcunun ½ hissəsinin və 30 manat dövlət rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, Cavabdeh arasında 02.07.2012-ci il tarixdə qeydə alınmış rəsmi nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)- 205/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikahda olarkən, yəni 31 avqust 2018-ci il tarixdə Sumqayıt Asan Xidmət X1 X5 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən X5 4000 manat pul məbləğini ona borc vermişdir. Hal-hazırda həmin borc məbləğini ödəməkdə çətinliklərim yaranmışdır. Halbuki, birgə nikahda olduqları dövrdə götürüldüyü üçün birgə öhdəlik yaratmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı bir neçə müddətdir ki, ayrı yaşayırlar, azyaşlı uşağının saxlanması üçün hər ay aliment ödəyir. İddiaçının kredit müqaviləsi bağlayaraq borc pul götürməsindən, həmin pulu hansı məqsədlərlə xərclədiyindən məlumatı olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 31.08.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X2 Vüsalə Həsən qızına 10.10.2018-ci il tarixədək qaytarmaq şərti ilə 4.000 manat borc pul verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları dövrdə 31.08.2018-ci il tarixdə X5 ilə kredit müqaviləsi bağlayaraq borc aldığı 4000 manat pulu cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirir. Həmin pulun yarısının cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının X5 ilə kredit müqaviləsi bağlayaraq borc aldığı 4000 manat pul ilə əlaqədar tərəflərin (ər-arvadın) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında iddiaçı tərəfindən digər şəxslə kredit müqaviləsi bağlanması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh 2000 manat pulun alınaraq İddiaçı alınıb verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə İddiaçı yaranmış 4000 manat kredit borcunun ½ hissəsinin və 30 manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsini dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə yaranmış 4000 manat kredit borcunun ½ hissəsinin və 30 manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsini dair tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar