Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1028/2021 16.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh 2239 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Ucar rayonunun Qazyan kəndində yerləşən yanacaq doldurma məntəqəsi vardır və həmin məntəqədə yanacaq sataraq sahiblkarlıq fəaliyyəti ilə məşğul olur. 2019-2020-ci illərdə Cavabdeh həmin yol çəkilişində betonqarışdıran maşın sürürdü və ondan 100, 60, 170, 140, 100, 190, 170, 200, 120, 107, 100, 180, 100, 196, 186, 100, 120, 120, 100, 210 və 170 manat olmaqla, cəmi 21 dəfə nisyə 2939 manat məbləğdə yanacaq götürmüşdür. Sonuncu - 3-cü dəfə evlərində olarkən söz vermişdir ki, 2020-ci ilin novruz bayramınadək ona pulu qaytaracaq. Lakin indiyədək dalbadal yanacaq aldığı vaxtlarda ona cəmi 700 manat pul vermiş və ona 2239 manat borcu qalmışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, şirkətdə işlədiyi dövrdə İddiaçı nisyə 2239 manat məbləğində yanacaq almışdır. Həmin pulu şirkət iddiaçıya qaytaracağından iddiaçıya həmin pulu qaytarmamışdır. Lakin iddiaçı tərəfindən tərtib edilmiş qaimə fakturalar onun tərəfindən imzanlanmışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Ucar rayonu Qəzyan kəndində 144.2 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş 9 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, İddiaçı vergi ödəyicisidir. Məhkəməyə təqdim edilmiş 21.10.2019-cu, 23.10.2019-cu,26.10.2019-cu, 29.10.2019-cu,11.2019-cu, 05.11.2019-cu, 07.11.2019-cu, 09.11.2019-cu, 10.11.2019-cu, 11.11.2019-cu, 13.11.2019-cu, 15.11.2019-cu, 17.11.2019-cu, 19.11.2019-cu, 20.11.2019cu, 21.11.2019-cu 24.11.2019-cu 25.11.2019-cu, 27.11.2019-cu 11.2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı cəmi 2269 manat dəyərində nisyə yanacaq almışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı 2019-cu ilin oktyabr və noyabr aylarında hissə-hissə olmaqla 2239 manat dəyərində yanacağı nisyə almışdır. İddiaçı məxsus 2239 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2239 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2239 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1028/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1028/2021
16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver