Məhkəmə qərarları › İş №2(046)-1097/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1097/2025

19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1097/2025 19.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ İddiaçı Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aylıq əmək haqqından tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmiş 3173 manat məbləğində pulun, Göyçay rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmiş 249 manat 84 qəpik məbləğində pulun və 55 manat dövlət rüsumunun ümumilikdə 3477 manat 84 qəpik məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin icrasının təminatı qismində Cavabdeh zamin durmuşdur. Cavabdeh öhdəliklərini icra etmədiyindən Bank idda ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-167/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2000 manat əsas borc, 1392 manat faiz borcu olmaqla, cəmi 3392 manat kredit borcu və 20 manat dövlət rüsumu ümumilikdə 3412 manat tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün İcra şöbəsinə yönəldilmiş, Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Buna görə də 3173 manat kredit borcu onun aylıq əmək haqqından tutularaq "xxxx" ASCnin xeyrinə, 249 manat 84 qəpik məbləğində vəsait isə Göyçay rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ilə müraciət edərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə “SMS” bildiriş vasitəsi ilə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(046)- 167/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2000 manat əsas borcun, 1392 manat faiz borcun, cəmi 3392 manat və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin Göyçay filialının xeyrinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş «X1»MMC-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək haqqından 2(046)-167/2011 saylı icra sənədi üzrə xx.xx.2024-cü ildə 350 manat, xx.xx.2024-cü ildə 350 manat, xx.xx.2024-cü ildə 350 manat,xx.xx.2024-cü ildə 1400 manat, xx.xx.2025-ci ildə 350 manat, xx.xx.2025-ci ildə 373 manat, ümumi borc məbləğindən 238 manat 84 qəpik və 11 manat məbləğində pul Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2(046)- 167/2011 saylı icra məktubuna əsasən 249 manat 84 qəpik məbləğində pul Göyçay rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kreditor "xxxx" ASC-i ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmiş,kreditin təminatı olaraq zamin İddiaçı ilə xx.xx.2008-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən kreditorun iddia tələbi Göyçay Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(046)-167/2011 saylı qətnaməsi ilə təmin edilərək, Cavabdeh və İddiaçı 2000 manat əsas kredit borcun, 1392 manat faiz borcun, cəmi 3392 manat kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin Göyçay filialının hesabına keçirilməsi qət edilmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,zamin İddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliyini tamamilə icra etmiş, bu səbəbdən kreditorun hüquqları öhdəliyin icra edilmiş hissəsinə mütənasib həcmdə zamin İddiaçı keçmişdir. Məhkəmə hesab edir ki, zamin İddiaçı tərəfindən 3422 manat 84 qəpik məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam təsdiq olunduğundan, zamin İddiaçı kreditorun yerini tutaraq öhdəliyin icrasına sərf etdiyi vəsaiti geriyə tələb etmək (reqres) hüququna malik olmuş, ona görə də iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 55 manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3173 manat və Göyçay rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmiş 249 manat 84 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 55 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar