Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-110/2022 25.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23 mart 2021ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı mənim idarə etdiyim 9Q-KK- 232 dövlət qeydiyyat nişanlı, “Volkswagen Passât CC” markalı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 7455 manat pulun, qəzanın baş vermə səbəbindən və 23 mart 2021-ci il tarixdən hal-hazırkı tarixədək avtomobilin təmir olmunmaması səbəbindən avtomobilsiz qaldığı üçün həmin ərəfədə iddia ərizəsində göstərdiyi səbəblərə görə çəkdiyi mənəvi sarsıntılarla bağlı ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, qəzanın baş vermə səbəbindən **- KK-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Passât CC” markalı avtomobilin bazar dəyərinin aşağı düşməsi nəticəsində 4000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh 23 mart 2021-ci il tarixində saat 15:10 radələrində "Kia Optima” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək yolayrıcını keçmə qaydalarını pozması nəticəsində, X3 məxsus, etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq qəza törətmişdir.Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin əməkdaşları hadisə yerinə gələrək, hadisə ilə bağlı lazımi sənədləşmələr aparmış və bu barədə protokol tərtib etmişlər. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsində izahatları alınmış və inzibati xəta törətmiş şəxsin, yəni Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.2-ci, 469.3-cü maddələrinin əlamətləri olduğundan barəsində inzibati xəta tənbehi tətbiq edilmişdir. Bundan sonra idarə etdiyi “Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılmasından ötrü Cavabdeh arasında danışıqları olmuş və cavabdeh ziyanı aradan qaldıracağına söz vermişdir. Bununla əlaqədar avtomobilin təmir edilməsindən ötrü “Volkswagen” maşınlarının Azərbaycandakı rəsmi servisi mərkəzi olan “EURO STYLE LTD” servis mərkəzinə müraciət etmiş və qüsur aktı almışdır. Qüsur aktına əsasən hadisə nəticəsində idarə etdiyi “Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 7455 manat məbləğində qiymətləndirilmişdir. Lakin keçən müddət ərzində Cavabdeh dəymiş zərəri aradan qaldırmaq üçün verdiyi sözünü yerinə yetirməmişdir. Hadisə baş verənədək daima avtomobilindən istifadə etmiş, avtomobilin hal-hazırki vaxtadək təmir olunmadığından taksi xidmətindən istifadə edir. Maddi vəziyyəti buna imkan vermədiyindən avtobusla əziyyət çəkərək işə gedib- gəlir. Cavabdeh dəymiş ziyanı ödəməməsi, avtomobilinin təmir edilməsinə imkanı olmaması, lazımi yerlərə gah avtobusla, gah da taksi ilə gedib gəlməyi mənəvi təsir edərək zərər vurmuşdur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, özünə məxsus Kia Optima markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus “Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziya vurmuşdur. iddiaçıya məxsus avtomobili təmir etmək üçün iddiaçıya müraciət etmiş, lakin iddiaçı onunla razılaşmamışdır. İddiaçının ondan tələb etdiyi 7455 manat pul ilə razı deyildir. Çünki iddiaçının avtomobilinə 1500 manat ziyan vurmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş TP ******* saylı 23.03.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1, 327.2 və 469.3-cü maddələri ilə təqsirli bilinib 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası EURO STYLE LTD tərəfindən verilmiş Qüsur aktından görünür ki, “Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə7455 manat maddi ziyan vurulmuşdur. Məhkəməyə təqdim edilmiş ABN 808866 saylı X1 şəhadətnaməsindən görünür ki, “Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş Nəqliyyat Vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X5 mülkiyyətində olan “Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini baş etibarnamə ilə İddiaçı etibar etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 22.11.2021-ci il tarixli 9/8012 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş EURO STYLE LTD-nin 24.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı“Volkswagen Passat CC” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təminən 7255 manat müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia ekspert rəyin göstərilən həddə təmin edilməlidir Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh 23.03.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda idarə etdiyi Kia Optima markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarının pozmuş, İddiaçı idarə etdiyi “Volkswagen Passat CC” markalı, **-KK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuş, nəticədə İddiaçı maddi ziyan dəymiş, Cavabdeh İXM-nin 327.1, 327.2 və 469.3-cü maddələrinə əsasən təqsirli bilinərək 60 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun mənasından göründüyü kimi İddiaçı dəymiş ziyana görə 7255 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə baxışı zamanı İddiaçı və nümayəndəsi Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun və avtomobilin bazar dəyərinin aşağı düşməsi nəticəsində 4000 manat pulun tutularaq ona ödənilməsinə əsas verə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88ci maddəsinə əsasən məhkəmə sübutlara obyektib, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin daxili inamına görə (daxili inamı formalaşdıran məqamlar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçı ilə şahidin verdikləri izahatlarla hazırda verdikləri izahatlar arasında əhəmiyyətli fərqlərin olması, iddiaçının, şahidin cavabdehə münasibətdə davranışları, izahatları verərkən göstərdikləri davranış və s. bu kimi işin faktiki halları) iddiaçı torpaq sahəsini alarkən torpaq sahəsində cavabdeh tərəfindən taxıl səpildiyini, taxılın borcun bağlanması əvəzində əkildiyini, həmin məhsulun nə torpaq mülkiyyətçilərinə, nə də torpağı faktiki olaraq icarəyə götürmüş C.Abdullayevə aidiyyatı olmadığını bilmiş, ona həmin taxılın cavabdeh tərəfindən biçilib borc əvəzinə aparılacağı bildirilmiş, alğı-satqı müqavilələri bağlanarkən torpaq mülkiyyətçiləri, C.Abdullayev və iddiaçı arasında bununla bağlı razılıq olmuş, lakin müqavilələr bağlanandan sonra iddiaçı buna hüququ çatmadığı halda, özünə məxsus olmayan taxıl məhsulu və bəlimlə bağlı əsassız iddia irəli sürməyə başlamışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddaçıya ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq ekspertiza mərkəzinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 7255 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 7255 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-110/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-110/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver