Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1116/2023 28.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsinə qarşı müvafiq hərbi sənəddə düzəliş edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN- Azərbaycan Respublikası Hərbi Səfərbərlik və Hərbi Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində olan “xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixdək döyüş əməliyyatlarında iştirak etmiş şəxsləri siyahısı” hərbi sənəddə adının Fəyad, ata adının Polad, soyadının Rəsulov qeyd edilməsi barədə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin” adlı siyahısında iddiaçının soyadı, adı və atasının adı “İddiaçı” kimi qeyd edilmişdir. İddiaçı soyadı, adı və ata adındakı yazılış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid İnformasiya Sistemində “İdarələrarası məlumatların avtomatlaşdırılmış sistemi”ndən götürülmüşdür. Məhkəməyə təqdim eidlmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Məlumat Sistemi ilə Məlumat Mübadiləsi nəticəsində digər X1 Sistemlərindən gələn məlumatlara dair çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Məlumat Sistemi“İddiaçı” qeyd edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilsinlər: X3 – əsgər Göründüyü kimi həmin sərəncamda siyahıda İddiaçı adı, texniki səhv üzündən “Fuad” kimi qeyd edilmişdir. İddiaçı qeyd edilən texniki səhvin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli olduğu halda, səhvən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, İddiaçı qeyd edilən texniki səhvin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Hərbi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsinə qarşı müvafiq hərbi sənəddə düzəliş edilməsi tələbinə dair iddiasına məhkəmə qaydasında baxılmalı deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsinə qarşı müvafiq hərbi sənəddə düzəliş edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qeyd edilən texniki səhvin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1116/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1116/2023
28.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver